Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib Gürcüstan » Tiflis 10 декабря 2015 9 dekabr tarixində Tbilisi şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Borçalı İrəli İctimai Birliyinin təşkili ilə "Heydər Əliyev - xalqa xidmət yolu" adlı tədbir keçirildi. Tədbir Ümumilli liderin Tbilisidəki büstunu ziyarətilə başladı, Tbilisi Beynəlxalq Akademiyasında davam edən tədbiri giriş sözü ilə açan Borçalı İrəli İctimai birliyinin sədri Məhəbbət İmanov Ulu Öndərin həyat və fəaliyyəti haqqında gənclərə ətraflı məlumat verdi, o qeyd etdi ki, Heydər Əliyev həyatını Azərbaycan dövlətçiliyi, müstəgilliyi və ən əsası xalqı üçün həsr etmişdir. Onun yürütdüyü müdrik və uzaqgörən siyasətini bu gün də davam etdirən Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Gürcüstan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərini bu gün də uğurla davam etdirir. Daha sonra çıxış edən tarix elmləri doktoru, professor David Çitaia Heydər Əliyevin Gürcüstan-Azərbaycan əlaqələrinin qurulmasından və uğurlu siyasətindən danışdı. Tədbirdə çıxış edən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva Heydər Əliyevin hər bir insan üçün fenomen və dünyada tanınan böyük siyasətçi olduğundan danışaraq hər bir gəncin vətənpərvərlik hissini ondan öyrənməsini gərəkdiyindən danışdı. Gürcü gənclərindən Daçi Çitaia tədbirdə iştirak edən gürcü və azərbaycanlı gənclərə üz tutaraq iki xalqın dostluğunun möhkəm olduğundan və Heydər Əliyevlə Eduard Şevernadzenin dostluq və əməkdaşlıq əlaqələrindən danışdı. Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfriliyinin birinci katibi Vüsal Məmmədov, QHT rəhbərləri, KİV-ni nümyyəndələr, gürcü və azərbaycanlı gənc-tələbələri iştirak etdilər.Tədbirin sonunda Heydər Əliyevin həyatından bəhs edən sənədli film nümayiş olundu. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.