GAK-ın sədri Hüseynn Yusubovun Gürcüstan Prezidenti Salome Zurabişviliyə MÜRACİƏTİ Tiflis, Bolus 9 января 2019 GAK-ın sədri Hüseynn Yusubov Gürcüstan Prezidenti Salome Zurabişviliyə açıq məktubla müraciət edib. Həmin müraciəti ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik. Gürcüstan prezidenti, xanım Salome Zurabişvili! Sizi Yeni İl ve Isa Peyğəmbərin doğum günü münasibəti ilə GAK-in adından təbrik edirik ve Sizə işlərinizdə uğurlar arzulayırıq.Salome xanim, bildiyiniz kimi, biz, azərbaycanlılar, Gürcüstanda sayca ikinci xalq olaraq, ölkə əhalisinin 10 %-ə yaxınını təşkil edirik.Gürcüstanda yaşayan azərbaycanlıların çox böyük bir hissəsinin işsiz olduğu yəgin ki, Sizə məlumdur. 3000-dən artıq azərbaycanlı gənclər Tbilisidəki Universitetləri uğurla bitirmələrinə baxmayaraq, 90%-dən çoxu bu gün işsizdir.Biz, azərbaycanlılar, say nisbətimizə görə nə Gürcüstan Parlamentində, nə Gürcüstan Hökumətində, nə də bir çox yerli Bələdiyyə orqanlarında təmsil olunmuruq və bunun bizə qarşı ədalətsizlik olduğunu düşünürük.Bolnisi, Dmanisi rayonlarında yaşayan əhalinin 70%-dən çoxu azərbaycanlılar olmasına baxmayaraq, yalnız yaşadıqları rayonların bələdiyyələrində minimum şəkildə təmsil olunurlar. Kaxeti bölgəsində 50 000-dən artıq azərbaycanlı yaşamasına baxmayaraq, onlar da nə Parlamentdə, nə Hökumətdə, nə Quberniya strukturlarında, nə Meriyanın mərkəzi aparatında təmsil olunmurlar, yalnız və yalnız Meriyanın kəndlərdəki nümayəndəliklərində təmsil olunurlar. Şida Kartli bölqələrində, Rustavi və Tbilisi şəhərlərində yaşayan azərbaycanlıların vəziyyəti təmsilçilik baxımından daha ağırdır.Cənab prezident, Sizdən xahiş edirik ki, Gürcüstanın azərbaycanlı ziyalı gənclərinin prezident adminstrasiasında təmsilçiliyini təmin edəsiniz. Əlbəttə, bir-iki nəfərin prezident administrasiyasinda işə alınması, Gürcüstanda yaşayan azərbaycanlıların işzizlik probleminin həlli demək deyil, amma gənclərimizin Gürcüstan ictimaiyətinə inteqrasyasına böyük bir stimul ola bilər.Bizim azərbaycanlı gənclərinı prezident administrasiyasında vəzifəyə təyin etməklə, Siz onların Gürcüstanda sadəcə əsgər olmaq, bazarlarda daxıl arxasında durmaq, əkinçiliklə məşğul olmaq üçün yox, eyni zamanda Vətənimizin Dövlətçiliyində, Gürcüstanımızın quruculuğunda da iştirak edə bilmələrini göstərmiş olursunuz .Bizim ulu babalarımız da Xudu Borcalıdan başlamış bu günki gənclərimizə qədər Gürcüstan Dövlətinə və Dövlətçiliyinə sadiq olmuşlar.Cənab prezident, ölkəmizin Avropa ailəsinə tam hüquqlu üzv olması yolunda, Vətənimizin ərazi bütövlüyünün bərpa olunması yolunda görəcəyiniz bütün işlərdə Sizə Allahdan uğurlar diləyirik. Hörmətlə, Hüseyn YUSUBOV,GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONGRESİNİN SƏDRİZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.