Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidəki Azərbaycan mədəniyyət ocaqlarında olub Tiflis, Diaspora 13 июня 2018 Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstana səfəri çərçivəsində iyunun 12-də Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında olub.Komitə sədri teatrın rəhbərliyi və aktyorlar ilə görüşüb.Teatrın bədii rəhbəri Varlam Nikoladze, direktor müavini, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Namiq Hacıyev teatrın fəaliyyəti, hazırladığı tamaşalar, Azərbaycan mədəniyyətinin təbliği, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafı ilə bağlı gördükləri işlərdən danışıblar.Eyni zamanda, komitə sədrinə bu mədəniyyət ocağındakı vəziyyət barədə məlumat verilib.Fuad Muradov teatrın kollektivini narahat edən məsələlərlə ciddi məşğul olacağını, bununla əlaqədar lazımi qurumların məlumatlandırılacağını bildirib.Dövlət Komitəsinin sədri, həmçinin Nəriman Nərimanovun ev-muzeyində, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub, Botanika bağındakı köhnə müsəlman qəbiristanlığında Azərbaycanın tarixi şəxsiyyətlərinin məzarlarını ziyarət edib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.