Marneulinin rəhbər şəxsləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad ediblər Tiflis, Rustavi, Borçalı 12 декабря 2017 Mer Temur Abazov başda olmaqla Marneuli rayonun rəhbər şəxsləri bu gün Azərbaycan Respublikasının keçmiş prezidenti və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov ilə birlikdə, Tbilisi və Rustavi şəhərlrində Heydər Əliyevin abidələri önünə təzə-tər gül dəstələri qoyaraq, Ulu öndərin əziz xatirəsini yad ediblər.Marneulidən jurnalist Turac İbrahimova ZiM.Az-a bildirib ki, tədbirdə Kvemo Kartli Qubernatoru Qriqol Nemsadze, qubernatorun müavini Zaur Darğallı, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, onun müavini Mamuka Naveriani, Rustavi və Marneuli şəhər bələdiyyələrinin rəhbər şəxsləri, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirin ikinci hissəsi Tbilisidə, Azərbaycan səfirliyində davam edib. Səfir Dursun Həsənov və Marneuli rayonunun meri Temur Abazov çıxış edərək Ümummilli liderin həyatından, Gürcüstan və Azərbaycan arasındakı dostluq əlaqələrindən söz açıblar.Görüşün sonunda Heydər Əliyevin həyat və yaradıcılığına, siyasi fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.