Gürcüstanda yaşayan İdmançı soydaşlarımızla görüş keçirilib Tiflis, Borçalı 28 ноября 2017 Tbilisidə, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində, Gürcüstanda, xüsusilə də, Borçalıda - Kvemo Kartlidə yaşayan idmançılar və məşqçilər ilə görüş təşkil olunub.Görüşdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Azərbaycanın Fövqəladə və Səlahiyyətli Səfiri Dursun Həsənov,Marneuli rayonunun icra başçısı - meri Temur Abazov, Gürcüstan Parlamentinin azərbaycanlı deputatları Savalan Mirzəyev, Ruslan Hacıyev, Mahir Dərziyev, eləcə də gürcü deputat Tamaz Naveriani, Kvemo-Kartli bölgəsinin qubernator müavini Zaur Darğallı, Marneuli Bələdiyyə Məclisinin - Sakrebulosunun Sədri Amiran Qiorqadze, müavini Mamuka Naveriani, digər rəsmi şəxslər, azərbaycanlı idmançılar və məşqçilər iştirak ediblər.Görüşdə Kvemo Kartli idmançıları və Marneulili məşqçilər sertifikatlar, simvolik hədiyyələr və pul ilə mükafatlandırılıblar.Qeyd edək ki, ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev kyokuşin-karate üzrə Barselonada keçirilən Avropa çempionatının 55 kq çəki dərəcəsində qalibi olmuş Kəmalə Məmmədova və Antalyada keçirilən gənclər üzrə Avropa boks çempionatında 49 kq çəki dərəcəsində qızıl medal qazanmış Sahil Allahverdiyevə mobil telefonlar və pul mükafatı hədiyyə edib. Digər idmançılar da təşəkkürnamələr və pul mükafatıyla təltif ediliblər.Görüşdə çıxış edən Avropa çempionu Kəmalə Məmmədova ona göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan dövlətinə, eləcə də Gürcüstan Parlamentinin deputatı Savalan Mirzəyevə öz minnətdarlığını və təşəkkürünü bildirib.Görüşdə Marneuli rayonunun icra başçısı - Marneuli Munisipalitetinin Meri Temur Abazov Marneulili məşqçiyə mükafatı şəxsən təqdim edib.Tədbirdə Marneuli Munisipaliteti Meri Temur Abazovun oğlu da mükafatlandırılıb. O, Gürcüstan çempionudur.Sonda görüş iştirakçıları Rövnəq Abdullayevlə xatirə şəkli də çəkdirdilər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.