"Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı"nın Tbilisi üzrə nümayəndəsi Tbilisidəki məktəblərin pedaqoji kollektivləri ilə görüşüb Tiflis, Qarayazı 20 ноября 2017 "Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı"nın Tbilisi üzrə nümayəndəsi Rəna Ələddinqızı bu gün - 2017-ci il noyabrın 20-də paytaxt Tbilisidəki 64 və 73 saylı ictimai məktəblərin pedaqoji kollektivləri ilə görüş keçirib.ZiM.Az-ın Gürcüstandakı xüsusi müxbiri xəbər verir ki, görüşdə Rəna Ələddinqızı müəllimlərə "Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı"nın İdarə heyətinin səmimi salamlarını və xoş arzularını çatdırıb, onlara ittifaqın orqanı olan "Müəllim" qəzetinin növbəti sayını təqdim edib. Sonra qəzetdə dərc olunmuş məqalələr, eləcə də informasiylar barədə qarşılıqlı fikir mübadilələri aparıb. Görüşdə iştirak edən dəyərli müəllimlərimiz "Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı"nın fəaliyyətini yüksək qiymətləndirərək, təşkilata gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Hər iki ziya ocağında keçirilən görüş olduqca səmimi və təqdirə layiq başa çatıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.