Azərbaycanın Müstəqilliyi Günü Tbilisi Dövlət Universitetində qeyd olunub Gürcüstan » Tiflis 18 октября 2017 Oktyabrın 18-də İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Azərbaycanın Müstəqillik Gününün 25-ci ildönümü münasibətilə tədbir keçirilib.AZƏRTAC-ın təşəbbüsü və bu universitetdəki Azərbaycanın Dostları Klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva, universitetin professor, müəllim heyəti, tələbələr iştirak ediblər.Klubun rəhbəri Leyla Əmrahova çıxış edərək Azərbaycanın müstəqillik tarixi barədə ətraflı məlumat verib.Sonra universitetin IV kurs tələbəsi Elnarə Tağıyeva “Azərbaycan müstəqillik illərində” mövzusunda məruzə ilə çıxış edib.Daha sonra səfirliyin əməkdaşı Samirə Ağayeva ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın keçdiyi inkişaf yolundan danışıb. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının qazandığı uğurlar barədə məlumat verib.AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilən regional layihələrin əhəmiyyətindən danışıb.Universitetin professoru Sardion Zedalaşvili, Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva və başqaları çıxış edərək Azərbaycan ilə Gürcüstan arasında qədim dostluq əlaqələrindən danışıb, müstəqillik illərində münasibətlərimizin daha da inkişaf etdiyini vurğulayıblar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.