Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

TƏBRİK EDİRİK!....

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunubGürcüstanda Azərbaycan Milli Mətbuatının 140 illiyinə həsr olunan "Gürcüstanın azərbaycanlı jurnalistləri" adlı kitab nəşr olunub. Kitabda Gürcüstanda jurnalistikamızın Gürcüstan qolunun inkişafında böyük əməyi olan və azərbaycandilli mətbuatda çalışaraq dünyalarını dəyişmiş və hazırda çalışan azərbaycanlı jurnalistlərin tərcümeyi-halı haqqında ətraflı məlumat verilib. Kitabın müəllifləri Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə və filologiya üzrə fəlsəfə doktoru Mahmud Kamaloğludur. Kitaba jurnalistlərin tərcümeyi-halı ilə bərabər müəlliflərin qələmə aldığı "Gürcüstanda Azərbaycandilli mətbuatın tarixindən" adlı məqalə və "Molla Nəsrəddin" jurnalının Borçalı təmsilçiləri" adlı məlumat da daxil edilib.

"Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabına yalnız bu ölkədə anadan olan və kütləvi informasiya sahələrində çalışmış jurnalistlər daxil edilib. Müəlliflərin bildirdiyinə görə, ikinci kitabda isə Gürcüstanda anadan olub, Azərbaycan və digər ölkələrdə yaşayan və müxtəlif mətbuat sahəsində çalışan jurnalistlərimizin həyat və fəaliyyəti haqqında da geniş məlumatlardan ibarət ikinci kitab da planlaşdırılıb. Milli mətbuatımızın 140 illik yubileyinə həsr olunan kitabda 84 jurnalistin ömür yolu işıqlandırılıb.

Kitab ilk dəfə olaraq Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşəbbüsü və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə nəşr olunub.

Məlumata görə, yaxın günlərdə kitabın ilk təqdimatı Azərbaycanın Mətbuat Şurasının dəstəyi ilə Bakıda və Tiflisdə keçirilməyi planlaşdırılıb.

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunubREDAKSİYADAN:

Biz də bu günlərdə
təzəzcə çapdan çıxmış
"Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabının müəllifləri - hörmətli qələm dostlarımız və dəyərli eloğlularımız, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri,
tanınmış şair-jurnalist
Nizami Məmmədzadəni və
tanınmış tətqiqatçı alim,
filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Kamaloğlunu ürəkdən təbrik edir, onalara uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatlarında, eləcə də ictimai fəaliyyətlərində və elmi-bədii-publisistik yaradıcılıqlarında yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TƏBRİK EDİRİK!.. Həmkarımızın

TƏBRİK EDİRİK!.. Həmkarımızın "Çələbilər" adlı yeni kitabı çıxıb

Borçalı, Təbriklər
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Əsas xəbər, Borçalı, Darvaz, Arxiv
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbriklər
Bolnisidə Azərbaycan dilində

Bolnisidə Azərbaycan dilində "Ümid" adlı qəzet nəşr olunub

"SAZLI-SÖZLÜ BORÇALI", "Ümid", Bolus, Təbriklər
TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", MEDİA, Tiflis, Borçalı
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
Rustavidə əməkdaşımız GÜLLÜ TOMARLInın ilk kitabının təqdimatı

Rustavidə əməkdaşımız GÜLLÜ TOMARLInın ilk kitabının təqdimatı

Rustavi
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı k ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı k ...

Tiflis, Qarayazı
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Yeni nəşrlər, Tiflis
Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı

Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı

Mədəniyyət, Borçalı

"Polşada Azərbaycanlı Gənclər Şurası” Milli Mətbuat günündə jurnalistlərlə ...

Avropa, Diaspora
TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı, Təbriklər
Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflis
Gürcüstanda tanınmış azərbaycanlı fotomüxbirinin sərgisi açılıb

Gürcüstanda tanınmış azərbaycanlı fotomüxbirinin sərgisi açılıb

TDPİ-nin Azərbaycan bölməsi, Mədəniyyət, "Gürcüstan", Tiflis, Borçalı, Arxiv, Dünya
Tiflisdə

Tiflisdə "Haqqa sarı" kitabının təqdimatı keçirilib

Borçalı, Tiflis
Rəy yazın: