Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib Gürcüstan » Rustavi 28 января 2016 Bu gün Rustavi şəhərində "Salam" Mədəni Xeyriyyə cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib. Tədbir Qurandan ayələr oxumaqla başlayıb. Din xadimi Məhəmməd Şamilov Xalq şairi Zəlimxan Yaquba rəhmət diləyib. Tədbiri giriş szü ilə "Salam" Mədəni xeyriyyə cəmiyyətinin sədri Maya Rəcəbova açaraq Xalq şairi Zəlimxan Yaqub yaradıcılığının Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrdə, o cümlədən də Rustavidə də sevildiyini və hər il görkəmli şair ilə görüşlər keçirildiyini bildirib.Tədbirdə Kəpənəkçi icra hakimiyyəti nümayəndəsi İmran Qasımov, Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri Xaləddin Yolçuyev, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu, Gürcüstan parlamentinin keçmiş deputatı Ramiz Bəkirov, şairlərdən Zahid Ələmpaşalı, Əsəd Əliyev və başqaları Zəlimxan Yaqub yaradıcılığını yüksək qiymətləndirərək,onunla bağlıxatirələrini söyləyiblər.Sonra gənc aşıqlardan Məsim Rəcəbov vəAlmaz Nadiroğlu Z.Yaqubun şeirlərinə bəstələnən mahnılar oxuyublar. "Salam" Xeyriyyə Cəmiyyətinin gənclərdən ibarət üzvləri Z.Yaqubun şeirlərini söyləyiblər.Sonda Z.Yaqubun qardaşı Çingizxan Yaqubov anım mərasiminə gələn bütün qonaqlara,həmçinin anım mərasimini təşkil edən "Salam" Mədəni Xeyriyyə Cəmiyyətinin sədri Maya xanımRəcəbovaya təşəkkürünü bildirib.Tədbirdə Z.Yaqubun həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.Anım mərasimində Tiflisdən, Marneulidən, Qardabanidən,Bolnisidən və Rustavidən gələn tədbir iştirakçılarına ehsan süfrəsi açılıb.Nizami Məmmədzadə.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.