20 Yanvar faciəsi Rustavidə də anılıb

Yanvarın 20-də Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrdə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.
İlk anım tədbiri Borçalıda - Marneulidə Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və təşkilatçılığı keçirilib.

Tədbiri giriş sözü ilə AMM-in sədri Fazil Həsənov açıb, 20 Yanvar və 9 Aprel faciələrinin Azərbaycan və Gürcüstanın müstəqillik günlərinə aparan tarixi bir gün olduğunu bildirib.
Tədbirdə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev, Marneuli rayon icra hakimiyyəti başçısının müavini Kamandar İsmayılov, rayon bələdiyyəsinin rəhbəri Nəbi Abdullayev, "Qeyrət" Xalq Hərakatının rəhbəri Əlibala Əsgərov, Bolnisinin Faxralı kəndindən olan şəhid İlqar Əhmədovun qohumu Avtandil Əhmədov, 20 Yanvar faciəsinin şahidi, elm işçisi İsmixan Abdullayev və digər ictimaiyyət nümayəndələri çıxış edərək Qanlı Yanvar hadisəsinin dəhşətlərindən söhbət açaraq, bu faciənin yaddaşlardan silinməyəcəyini bildiriblər.
Tədbirdə 20 Yanvar hadisəsindən bəhs olunan film nümayiş olunub.

Tədbirdən sonra Azərbaycan səfirliyinin əməkdaşı İmran Abdullayev və parlament üzvləri Kirəc-Muğanlı kəndindən olan Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olmuş, şəhid Vəfadar Eminovun ata yurduna baş çəkiblər.

Tiflisdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyində 20 Yanvar faciəsi anılıb.

Yanvarın 20-də həmçinin Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycanın azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsinə həsr olunan foto əsərlərin sərgisinin açılışı olub.

Bolnisi rayonunun Faxralı kəndində isə 1990-cı ildə 20 Yanvar Bakı faciəsində şəhid olan İlqar Əhmədovun qəbri ziyarət olunub və sonra Arif Əliyev adına orta məktəbdə tədbir davam edib. zərbaycan səfirliyinin rəsmiləri İlyas MəmmədovVüsal Məmmədov, həmçinin SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, məktəb direktorları, müəllimlər iştirak etdikləri tədbirdə şagirdlər qəhrəmanlıq, torpaq və vətən haqqında şeirlər söyləyiblər.

20 Yanvar faciəsi Rustavidə də anılıb 20 Yanvar faciəsi Rustavidə də anılıb20 Yanvar faciəsi Rustavidə də anılıb Həmin gün Rustavidə - "Salam" Mədəni Xeyriyyə Cəmiyyətində də 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğullarının və qızlarının əziz xatirəsinə həsr olunan toplantıda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Cəmiyyətin sədri Maya xanım Rəcəbova 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qırğınlardan danışıb və vurğulayıb ki, həmin faciə Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilməklə yanaşı, həm də eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi.

Daha sonra Rustavi sakini, Şəhid Fariz Babanlının ruhuna dualar oxunub.
Şəhidin anasına "Quran-i Kərim" kitabı hədiyyə olunub.

Allah şəhidlərimizə rəhmət eyləsin...

Sədət QULİYEVA,
Zim.Az-ın Qarayazı üzrə
bölgə müxbiri.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstan, Tiflis, Borçalı, Bolus
“Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

“Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Sosial
Qaraçöpdə Qanlı 20 yanvar façiəsi anılıb

Qaraçöpdə Qanlı 20 yanvar façiəsi anılıb

ŞƏHİDLƏRİMİZ, Qaraçöp, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstanda 20 Yanvar şəhidlərinin ailələrinə yardım edilib

Gürcüstanda 20 Yanvar şəhidlərinin ailələrinə yardım edilib

ŞƏHİDLƏRİMİZ, Gürcüstan, Borçalı, Bolus, Qaraçöp, UNUTSAQ, UNUDULARIQ!...., Diaspora
Tiflisdə Azərbaycan səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr ...

Tiflisdə Azərbaycan səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr ...

ŞƏHİDLƏRİMİZ, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Diaspora
Marneulidə 20 yanvar hadisələri yad edildi

Marneulidə 20 yanvar hadisələri yad edildi

Borçalı, "Region-Press"
Bolnisi rayonunda 20 Yanvar faciəsi anılıb

Bolnisi rayonunda 20 Yanvar faciəsi anılıb

Gürcüstan, Bolus, Diaspora
Bolnisi əhalisi şəhid həmyerliləri ilə fəxr edir

Bolnisi əhalisi şəhid həmyerliləri ilə fəxr edir

Bolus
AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU
GAK 20 Yanvar Şəhidi İlqar Əhmədovun məzarını ziyarət edib

GAK 20 Yanvar Şəhidi İlqar Əhmədovun məzarını ziyarət edib

Bolus, UNUTSAQ, UNUDULARIQ!...., QHT
= AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat bağında = 20 yanvar hadisələri ...

= AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat bağında = 20 yanvar hadisələri ...

Biologiya və tibb elmləri, "Zirvə"

"Gənc İstedadlar" Liseyində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

BDU, Hüquq
Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anı ...

Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anı ...

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Tbilisi Açıq Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tə ...

Tbilisi Açıq Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tə ...

ŞƏHİDLƏRİMİZ, Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diaspora
AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

Humanitar elmlər
AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU
Misirdə 20 Yanvar şəhidləri anılıb

Misirdə 20 Yanvar şəhidləri anılıb

Dünya, Diaspora
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

AzTU
Rəy yazın: