Rustavidə “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin hesabat konfransı keçirilib Gürcüstan » Rustavi 15 октября 2017 Rustavidə “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin hesabat konfransı keçirilib. ZİM.Az saytının məlumatına görə, tədbirdə iştirakçılar “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin 3 illik hesabatı ilə ətraflı tanış olublar. Qeyd olunub ki, 3 il ərzində Mərkəz bir çox xeyriyyəçi işlər həyata keçirib, mədəni-kütləvi konfranslar, kimsəsiz və xəstə insanlara, yoxsul ailələrə dəfələrlə yardım edib. Tədbirdə həmçinin gələn ildə həyata keçiriləcək planlar haqqında konfrans iştirakçılarına məlumat verilib.Tədbirdə professor Mahmud Hacıxəlilov, Azərbaycan səfirliyinin birinci müavini Fəxri Hacıyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri, ZiM.Az-ın Gürcüstab Bürosunun rəhbəri Nizami Məmmədzadə, “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyev, İTV-nin Gürcüstan üzrə xüsusi müxbiri Çingiz Yaqubov, şairə Səadət Buta, axund Məhəmməd Şamilov və başqaları çıxış edərək “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin gördüyü təqdirəlayiq işləri alqışlayaraq, təşkilata uğurlar arzulayıblar. Sonda "Salam" Mədəni Xeyriyyə Mərkəzi”nin sədri Maya Rəcəbova çıxış edərək Mərkəzin fəaliyyətində gənclərin, ziyalıların böyük rolu olduğunu bildirib.Tədbirdə Mərkəzin tədbirlərini fəal işıqlandıran jurnalistlərə, tədbirlərdə iştirak edən ziyalılara və gənclərə diplomlar və hədiyyələr təqdim edilib.Tədbirin sonunda aşıq Məsim Rəcəbovun ifasında aşıq mahnıları dinlənilib.Nizami Məmmədzadə, jurnalistZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.