100-nü GÖRƏK Rustavi, Bolus, Darvaz, Təbriklər, Mədəd Çobanov 10 июля 2017 100-nü GÖRƏK(Professor Mədəd Çobanovun 80 illik Yubileyinə)Aqillər əhlinin bir əfsərindən,*Müdrik ağsaqqaldan, fitrətdən asim,**Bəsincə dad almış elm kövsərindən,Alimdən nəql edim, bir təbrik yazım.Borçalı ziynəti, daş-qaş, cövhəri,Elmin fədaisi, müqəddəs insan,Təfəkkür işığı, xalqın gövhəri,Əqli, zəkasıyla qazanmış ad-san.Hikməti, qüdrəti ellərə bəlli,Hər zaman hər kəsə edər lütf, mədəd,Vətənə töhfədir işi, əməli,Xalqımın şərəfi, şöhrəti Mədəd.Ulu yaradanın əziz bəndəsi,Tanrısal xislətə sahib bir ərdir.Xalisdir mayası, safdır kündəsi,Kamal dəryasında o, təkdir, birdir.Ulaşsın amaca, hey zəfər çalsın,Tanrımız dəfnədən bəxş etsin çələng.***Zəngin əsərləri xəzinə qalsın,Səksəni, doğsanı, yüzünü görək!Əziz DƏLİVƏLLİ,“Sözün işığı” qəzetinin baş redaktoru, elmlər doktoru, Gürcüstan Yazıçılar Milli Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü.*Əfsər —tac**Asim – ismətli, həyalı*** Dəfnə çələngi zəfər simvoludurZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.