Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub Gürcüstan » Qarayazı 5 декабря 2015 Gürcüstanın Qardabani rayonunda ustad aşıq Aslan Kosalının (Mirzəyevin) ev muzeyinin açılışı olub. Tədbirə Bakıdan, Tiflisdən, Borçalının bütün kəndlərindən, Qaraçöpdən və digər yerlərdən qonaqlar qatılıb. Açılış mərasimində kənd ziyalısı Sahib Mustafayev çıxış edərək deyib ki, aşıq Aslan Kosalı ev muzeyi hər gün onu sevən, saza-sözə məhəbbəti olan hər kəs üçün açıq olacaq. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin rəhbəri Elxan Məmmədli, tarix elmləri doktoru, professor Qela Qutsişvili, Qardabani rayon İcra hakimiyyəti başçısının müavini Rəsul Orucov, professor Mahmud Kamaloğlu və başqaları aşıq Aslan Kosalının yaradıcılığından və onun Türk dünyası ölkələrində fəaliyyətindən söhbət açıblar. A.Kosalının ev muzeyində ona verilən fəxri fərmanlar, medallar, geyimlər, saz alətləri, haqqında yazılan kitablar, fotolar, ona verilən hədiyyələr və müxtəlif eksponatlar yerləşdirilib. Aşıq Aslan Kosalının bu günlərdə folklorşünas alim Elxan Məmmədlinin nəşr etdirdiyi 15 dastandan ibarət kitabı işıq üzü görüb. Məşhur aşığın ev muzeyində qoyulan "Xatirə kitabı"na qonaqlar və Borçalı aşıqları ürək sözlərini yazıblar.Tədbirdə qərara alınıb ki, gələcəkdə Aslan Kosalının evinin qarşısında onun büstü qoyulsun.Qardabani. Nizami Məmmədzadə - APA.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.