Ayrılıq yaman dərdmiş... və Əli Günəşlinin şeirləri... Qarayazı, UNUTSAQ, UNUDULARIQ!.... 20 мая 2017 Onun haqqında danışmaq da, yazmaq da həmişə mənə çətin gəlib. Gündə ünsiyyətdə olduğum bu adam hər gün, hər an yenidən tanımaq istəyirdim. Onun varlığını araşdırmaq, fikirlərini çeşidləmək, düşüncəsini silkələmək, söz-söhbətlərini ələkdən keçirmək elə bil mənə həvalə edilmişdi. Söhbətlərindən doymazdım, hadisələri, əhvalatları elə yerli-yataqlı, duzlu-məzəli danışırdı ki, istər-istəməz adam valeh olurdu. Görkəmindən qos-qocaman vüqarlı bir dağa bənzəyirdi - "əzəldən səngərli, qalalı", gələnə-gedənə sevinən, üstündən karvan yeriməyən, sözü-söhbəti bitib-tükənməyən Əyriqara, Keçəlqoraya, Xudura bənzəri vardı. Arabir dilə gətirdiyi dağətirli, layla təravətli, bulud qüssəli şeirləri də, mayası salğarlı el məsəllərindən tutulmuş rəvayətləri də, çox zaman sinəsində qövr eləyən yarasının nadincliyindən köç havaları üstdə cuşa gələn tavar sazı da, ən çox ürəyinə yatan saz havaları da - "Kərəm köçdü", "Mansırı". "Qaraçı", "Ruhani", "Sarıtel", "Zarıncı", "Yanıq Kərəmi" və onlarla başqa havalar da onun yaşamaq eşqini pərvazlandırırdı. Ölümdən qorxmazdı və bizdən belə tez ayrılacağını da ağlına gətirmirdi. Elə hey deyərdi babalarımız bu havaları zümzümə edə-edə yüzə varıblar. Babası Xanəhməd kişi də 120 il ömür sürmüşdü. "Günəşli" təxəllüsünü dilə gətirəndə qürur duyurdu. "Əli Günəşli". Qarayazı mahalının Birlik kəndindən olan bu şəxsi həmkəndliləri və ətraf kəndlərdə dülgər kimi tanıyırdılar. Onun həm də saz-söz ustası olduğundan çoxlarının xəbəri yox idi. Ancaq o, qıraq ellərdə böyük-böyük məclislər yola verirdi. Əli Günəşli dünyaya göz açdığı gündən ömrünün sonuna qədər saz, söz onun yol yoldaşı olub. Bəlkə beşikbaşı laylaları da saz havaları üstündə olub. Aşıq sənətinin sirlərini kamil öyrənmək üçün Borçalının, Qarayazının, Qazax-Gəncə bölgəsinin ustad sənəkarları ilə ünsiyyət qurub, "Ustadın kimdir?" soruşanda cavabı bu olardı: - Məşədioğlu Həsən, Mehrioğlu Söyün, Qara Qulu. Birlik kəndinin ağırləngərli batmanlı kişiləri idi bunlar. Sazın. sözün xiridarı idilər. Onladan çəkinərdi aşıqlar. Əli Günəşli çox vaxtını onlarla keçirərdi. Onun tam orta təhsili də yox idi. Ancaq 70 illik ömründə çoxlarının keçə bilmədiyi həyat məktəbini bitirmişdi. Əli Günəşlinin Tərcümeyi-halı çox qısa və sadə olsa da, bizə qoyub getdiklərinin hərəsi bir sənət əsəridir sanki.Bu il mayın 5-də 70 illik yubileyini qeyd edəcəkdik. Ancaq üzü döndü ayrılığın. Onu sıramızdan apardı. "Ömür bostanının tağı kəsildi". Söz pərən-pərən oldu, arzular kəsik qaldı, baxışlar leysan buluda döndü, yubileyə dəvət alanlar yasa gəldilər.El-obamızın ağırçəkili, xoş avazlı, şux yerişli, ağır salğarlı, dostcanlı bir kişisi bizimlə yaşamaqdan usanaraq bizi yazın oğlan çağında tərk elədi. Özü də kəndimizin "köhnə kişisi" (mən onu həmişə belə çağırardım). Köhnə kişi!.. Köhnə kişilərdən dərs almışdı o. Elə yaddaşlarımızda da beləcə qalacaq Köhnə kişi. Adamın inanmağı gəlmir. Ayrılığın üzü dönsün!Ə.İbrahimsoyZiM.AzƏli Günəşlinin şeirləriSAZIMMərdlərin əlində sıyrılmış qılınc,Elin dar günündə davasan, sazım!Ədalət yaşında körpə bir uşaq,Dədəm Qorqud yaşda bavasan, sazım!Qərib axşamlarım sənin səsindir,Ağlama, sızlama, yetər, bəsindir!Sevincim harayın, qəmim pəsindir,Dərdlərə arxacsan, yuvasan, sazım!Saraçlı Hüseyn imtahan eylər,Əmrah, Xındı Məmməd min tufan eylər,Kamandar qol açsa, bir meydan eylər,Günəşli gözündə bahasan, sazım!KAMANDARSaz mənə məlhəmdir əzəl binadan,Unutsa, unudar naşı, Kamahdar!Səsinin avazı, ağır ləngəriBütün məclislərin başı, kamandar!Ayrılıq ömrümün yarpaq tökümü,Bu dərdi namərdlər, söylə, çəkimi?!Sənsiz çəkəmmirəm sənət yükünü,Düşüb üzüyümün qaşı, Kamandar!Qəlbim odlanardı xoş avazından,Günəşim doğardı telli sazında.İlimin, ayımın bahar-yazındaYurdumun torpağı, daşı Kamandar.Borçalı yurdunun şah sənətkarı,Sənət dünyamızın, sərvəti, varı,Ozan sənətinin həm ixtiyarı,Ağılı, kamalı, huşu Kamandar.Günəşli Əliyəm, obamdır Təhlə,Sənə məhəbbətim sidqi ürəklə.Ad-san qazanmısan halal əməkləAşıq sənətində kişi Kamandar.DAĞLARNə zamandır gələmmirəmHüzuruna yenə, dağlar!Səndən gen düşən güzarımGəzir sinə-sinə, dağlar!Duman gələr asta-asta,Can sadağa sən tək dosta.Telli sazım min sim üstəƏyriqarda dinə, dağlar!Qırxbulağın məzəsi xoş,Əliklərin canda təılaş.Qocalıram yavaş-yavaş,Cavanlığım dönə, dağlar!Yayın, yazın dönər qışa,Gədiklərin bir tamaşa.Qızlar-gəlinlər baş-başaYallarından enə, dağlar!Günəşli də fikrə dalıb,Meylini də sizə salıb.Ürəyimdə hələ qalıbSöz-söhbətim sənə, dağlar!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.