TANRININ ƏTİRLİ ÇİÇƏKLƏRİ

TANRININ ƏTİRLİ ÇİÇƏKLƏRİ
Bizi beş günlük ömürnən,
Sınayıb yoxlayan Tanrı.
Yaxşıları çiçək kimi,
Qoparıb qoxlayan Tanrı.


Yaxşı insanlar Tanrı çiçəkləridi, Lələ. Yaxşı insanlar Tanrının qoxladığı çiçəklərdir. Yaxşı insanları ətirli çiçək kimi qoparıb qoxlamaq Tanrının şakəri, bəlkə də ilahi dünyagörüşün qanunauyğunluğudu.
Dünyaya gələn insanların hamısı Allahın dəqiq bildiyi eyni missiya üçün doğulsalar da, heç də hamısı həmin missiyanı yerinə yetirmir, bəzən onlara ayrılan halal ömrün yanındanca ötüb keçirlər. bir qisim insanlar da var ki, onlar təmizliyin, halallığın, alicənablığın və mədəniliyin etalonu kimi, istər sağlığında, istərsə sonra sevilə-sevilə xatırlanır, xatırlana-xatırlana sevilir.

- Ulu Borçalının qoç-qocaman Darvaz oymağında “beşikdən məzaracan elm öyrənən”, öyrəndiklərini həvəslə başqalarına öyrədən, orta yaşlarından özünün ziyalı sözü və ağsaqqal mövqeyi ilə sayılıb-seçilən işıqlı adamlarından biri də düz bir il öncə haqqın dərgahına qovuşan Nəbi Namaz oğlu Çobanov idi. İnsan öləndə daha da dadlanır, sevimlənir, gözəlləşir deyirlər. Fəqət, mən Nəbi müəllimin ilk gördüyüm andan xatirimdən heç vaxt silinməyən nurlu üzünü, kəsərli sözünü, qayğılı və sevimli rəftarını dünya dağılsa da unudan deyiləm. bütün həyatını xalqının maariflənməsinə, onun tərəqqisinə həsr edən Nəbi müəllim heç vaxt insanlıq və yaxşılıq meyarlarından kənara çıxmamış, dilindən, əməlindən kimsəni incik salmamış, hansı vəzifəsində çalışmasından asılı olmayaraq həmişə halallığı hər şeydən üstün tutmuş, düzlük həyat prinsipli olmuşdur. Haqqı nahaqqa qurban verməmiş, xeyirxah əməlləri, ağsaqqal öyüd-nəsihətləri ilə minlərlə könüldə özünə yuva qurmuşdur.

O, həm anatomik, həm də mənəvi xüsusiyyətlərinə görə, əgər təbiri caizsə, simmetrik bir adam idi; sözü əməlinə, əməli qamətinə, qaməti vüqarlı və doğma yurduna yaraşan o ağır taxtalı kişinin yürütdüyü fikirlər, qaldırdığı problemlər, türkçülük və islamçılıq haqqındakı mükalimələri onlarla elmi əsərə mövzu ola bilərdi.
Nəbi Namaz oğlu 1926-cı ildə yaşı əsrləri ötən Darvaz kəndində anadan olmuşdur. Kənddəki yeddi illik məktəbi əla qiymətlərlə bitirib Başkeçid Pedaqoji Texnikumuna imtahansız qəbul olmuşdur.

1942-ci ildə texnikumu müvəffəqiyyətlə bitirib əmək fəaliyyətinə başlamışdır. Rayonun Babakişilər, Dəmirli, Yuxarı Güləvər, Aşağı Güləvər, Kibircik kəndlərində məktəb müdiri vəzifəsində çalışmış, Darvaz orta məktəbində müəllim işləmişdir. Müəllim işləməklə yanaşı təhsilini də davam etdirib. 1950-ci ildə A.S.Puşkin adına TDPİ-nin nəzdindəki Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib.

1971-1977-ci illərdə Darvaz kənd sovetinin sədri vəzifəsində çalışmışdır. Uzun illər Bolnisi rayon məhkəməsində xalq iclasçısı kimi fəaliyyət göstərmişdir. Dəfələrlə kənd və rayon sovetinə deputat seçilmiş, Borçalının ictimai həyatında yaxından iştirak etmişdir.

Yurdunun adi günləri də, xeyir-şəri də bu ziyalı və mömin insanın ömründən təmassız ötüşməyib.

O, uşaqlıq xatirəmdə gözəl, nümunəvi müəllim, yeniyetməlik xatirəmdə ədalətli, insanpərvər kəndxuda (kənd soveti sədri), son bir neçə ildə isə dini fəlsəfi bilgilərini gecə-gündüz artırmaqla məşğul olan əməli-saleh, dili Quran ayəli, əli-üzü salavatlı mömin bir insan kimi qalmışdır.

Nəbi müəllimin övladları da atalarının tutduğu yolu davam etdirilər. Hamısı ali təhsilli və humanist peşəli. hazırda Bakıda yaşayan Səməd həkim Bolnisidə işlərkən şəfayəti, loğmanlığı ilə bütün Borçalıda bəlli idi. Musa neçə illərdir öz pedaqoq-jurnalistlik fəaliyyəti ilə üzdə olan ziyalılarımızdandır. Digərləri də eləcə...
Bu qısaca yazıya sonluq olaraq onu da söyləyim ki, aramızda xüsusi sıcaq münasibətlər olan müəllimim, ağsaqqalım Nəbi Namaz oğlunun simasında həm də yaxın bir dostumu itirdiyim üçün duyduğum hüzr və üzüntünü doğma kəndimə hər gəlişimdə yenidən yaşayacam və Tanrının qoparıb qoxuladığı çiçəklərə rəhmət deyəcəm.

Rafiq HÜMBƏT,
"Borçalı" qəzeti, 16 noyabr 1999.

***

Nəbi Namaz oğlu Çobanov 1926-cı ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub.
Doğma kəndində yed­dillik orta məktəbi bitirdikdən sonra təhsilini Başkeçid Pedaqoji Texni­kumunda davam etdirib.
1942-ci ildə texnikumu müvəf­fəqiyyətlə bitirib əmək fəaliy­yətinə başlayan Nəbi müəllim Bol­nisi rayonunun Babakişilər, Dəmirli, Gibircik, Yuxarı Güləver və Aşağı Güləver kənd­lərində dərs deyib, məktəb müdiri vəzifəsində çalışıb, sonra isə pedaqoji fəaliyyətini Darvaz orta məktəbində davam etdirib.
O, 1950-ci ildə A. S. Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun nəzdindəki Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini də bitirib.
Nəbi Çobanov rayonun ictimai-siyasi həyatında yaxından iştirak edib, dəfələrlə kənd Sovetinin deputatı seçilib, Bolnisi rayon məhkəməsində Xalq iclasçısı kimi fəaliyyət göstərib.
Nəbi Çobanov 1971-ci ildə Darvaz Kənd Sovetinin sədri vəzifəsinə seçilib və 1977-ci ilədək bu vəzifədə çalışıb. Gördüyü işlərlə, xeyirxah əməlləri ilə, o, hələ uzun müddət həmyerlilərinin yaddaşında yaşayacaqdır.
Nəbi Çobanov 1998-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!..

Darvaz.com
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Darvazlı  CAVANŞİR NƏBİ OĞLU ÇOBANOV vəfat edib

Darvazlı CAVANŞİR NƏBİ OĞLU ÇOBANOV vəfat edib

Nekroloqlar
Tanınmış həkim Səməd Çobanov vəfat edib

Tanınmış həkim Səməd Çobanov vəfat edib

Səhiyyə, Darvaz, Nekroloqlar
ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

Başkeçid, Nekroloqlar
YUBİLEYİN MÜBARƏK, ƏZİZ QARDAŞIM, ÇOX HÖRMƏTLİ SƏMƏD HƏKİM!..

YUBİLEYİN MÜBARƏK, ƏZİZ QARDAŞIM, ÇOX HÖRMƏTLİ SƏMƏD HƏKİM!..

Səhiyyə, Bolus, Darvaz, Təbriklər
ZAKİR NƏBİZADƏ (1949)

ZAKİR NƏBİZADƏ (1949)

Səhiyyə, Darvaz
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Darvaz, Nekroloqlar
EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

Başkeçid
QURBAN QURBANOV  (1927-2001)

QURBAN QURBANOV (1927-2001)

Başkeçid
Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Gəncə, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
El-obamızın sevimlisi Şahsənəm xanımı siz də tanıyın

El-obamızın sevimlisi Şahsənəm xanımı siz də tanıyın

Bolus
Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Ədliyyə polkovniki NƏBİ NƏBİYEV  (1932)

Ədliyyə polkovniki NƏBİ NƏBİYEV (1932)

"XXI əsrin Ziyalıları", Başkeçid, Bolus
Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər
Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Avropa, Rusiya
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
TANINMIŞ ZİYALI BƏKİR SƏMƏD OĞLU QARALOV

TANINMIŞ ZİYALI BƏKİR SƏMƏD OĞLU QARALOV

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər, "Borçalı" Cəmiyyəti
Əlləz Ormeşənli:

Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV"

Başkeçid, Bolus, Darvaz, Mədəd Çobanov
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

Digər ali məktəblər, Darvaz, Təbriklər
Rəy yazın: