Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...
TƏBRİK EDİRİK!..

NOYABR AYININ 4-də
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN
AZƏRBAYCAN DİLİ KAFEDRASININ MÜDİRİ,
TANINMIŞ DİLÇİ-ALİM, FİLOLOGİYA
ELMLƏRİ DOKTORU, PROFESSOR
TELMAN QULUYEVİN
70 YAŞI TAMAM OLUR.

BİZ DƏ, FÜRSƏTDƏN İSTİFADƏ EDƏRƏK,
ƏZİZ VƏ HÖRMƏTLİ TELMAN MÜƏLLİMİ
ANADAN OLMASININ
70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ
ÜRƏKDƏN TƏBRİK EDİRİK!..
ONA UZUN ÖMÜR, MÖHKƏM CAN SAQLIĞI,
ŞƏXSİ HƏYATINDA VƏ ELMİ-PEDAQOJİ
FƏALİYYƏTİNDƏ YENİ-YENİ UĞURLAR
ARZULAYIRIQ!...

Müşfiq BORÇALI,
ZiM.Az.



Telman Ziyatxan oğlu Quliyev - 1949-cu il noyabr ayının 4-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonunun Molla-Əhmədli kəndində anadan olmuşdur. 1967-ci ildə Bolnisi rayonunun Aşağı-Qoşakilsə orta məktəbini bitirmiş və həmin ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakultəsinə daxil olmuşdur. 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş və ixtisası üzrə orta məktəbdə müəllim, 1972-ci ildən A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında laborant, baş laborant, sonra isə dosenti işləmişdir.

1989-cu ilin mart ayında M.Rəsulzadə adına BDU-da fəaliyyət göstərən İxtisaslaşdırılmış Şurada namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi elmi adını almışdır. 1999-cu ildən dosentdir.

1991-ci ildən H.Zərdabi adına GDPİ-nin Qazax filialında humanitar fənlər kafedrasında müəllim, 1992-ci ildən isə həmin kafedranın müdiri əvəzi, 1993-cü ildən 2003-cü ilin sentyabr ayınadək həmin kafedranın müdiri işləmişdir.

14 dekabr 2000-ci ildən 26 sentyabr 2006-ci il tarixə qədər Gəncə Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində çalışmışdır.

29 sentyabr 2003-cü il tarixdən 23 oktyabr 2008-ci il tarixədək Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının dosentidir. 2007-ci ilin iyun ayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış müdafiə Şurasında doktorluk dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi elmi adını almışdır. 18 yanvar 2008-ci il tarixdən filologiya elmləri doktorudur. 23 oktyabr 2008-ci il tarixdən 18 oktyabr 2013-cü ilə qədər kafedranın professor əvəzi vəzifəsində çalışmışdır. 18 oktyabr 2013-cü il tarixdən hal-hazıra qədər kafedranın professoru vəzifəsindədir. Universitetin Azərbaycan dili kafedrasının müdiridir.

O, 5 (beş) doktorant və dissertanta elmi rəhbərlik etmişdir. Onlardan 2 (iki) nəfər müdafiə etmiş, 3(üç) nəfəri isə dissertasiya işini tamamlayaraq Müdafiə Şurasına təqdim etmişdir . O, filologiya elminin müxtəlif sahələrinə həsr olunmuş 105 (yüz beş) elmi əsərin, o cümlədən, 1 (bir) dərsliyin, 5 (beş) metodik və dərs vəsaitin, 19 (on doqquz) fənn proqramının, 4 (dörd) monoqrafiyanın, 76 (yetmiş altı) məqalənin müəllifidir. “ Azərbaycanca-Gürcücə məktəbli lüğəti”nin (TDU nəşriyyatı, 1989) redaktorudur. 6 (altı) il Gəncə Dövlət Universitetinin “Elmi əsərlər məcmuüəsi”nin baş redaktor müavini olmuşdur. O respublika və beynəlxalq səviyyədə keçirilən elmi konfranslarda iştirak edir. Elmi fəaliyyəti respublikamızda və onun hüdudlarından kənarda rəğbətlə qarşılanır. O, işgüzar təşkilatçı,dərin biliyə malik mütəxəssis,məsuldar alim-pedaqoq kimi taninmışdır. Tələbkarlığı, pedaqoji bacarığı və səmimiyyəti ilə müəllim-tələbə kollektivində özünə hörmət və ehtiram qazanmışdır. Kafedrada yerinə yetirilən elmi-tədqiqat və tədris-metodiki işlərə layiqincə rəhbərlik edir.

İntizamlı, özünə qarşı tələbkardır. Azərbaycançılıq ideologiyasını gənc nəslin vətənpərvərlik tərbiyəsinə tətbiq edir. Universitet və fakültə Elmi Şurasının üzvüdür. 1998-ci ildən YAP-ın üzvüdür.

Gürcüstan Respublikasında təhsil sahəsindəki xidmətlərinə görə Gürcüstan Respublikası Prezidentinin 07 dekabr 2001-ci il tarixli 1252 №-li Fərmanı ilə «Şöhrət medalı» ilə təltif olunmuşdur.

Ailəlidir. İki övladı var.


Çap olunmuş əsas kitabları :

- Bədii nəsrdə leksik-semantik söz qruplarının və frazeologizmlərin üslubi rolu (Köməkçi vəsait). Tbilisi, 1990. -75 səh.

- Terminoloji yeniləşmə prosesində alınma problemi (Metodik tövsiyyə). Bakı, 1998.- 71 səh.

- Azərbaycan ədəbi dilində terminoloji yeniləşmə(1920-1990-cı illər).Bakı, 2005. - 289 səh.

- Azərbaycan dilinin orfoqrafiyası və orfoepiyası. Metodik vəsait (dos.A.Nağda- -lıyevlə müştərək) .Bakı, 2011. - 34 səh.

- Türk dillərinin leksikası.Dərslik (dos.A.Nağdalıyevlə müştərək).Bakı, 2012.

-202 səh.

- Sintaktik yolla sözyaratma (Metodik vəsait). Bakı, 2013.- 48 səh.

- Söz yaradıcılığı.Fənn proqramı (b/m.M.Məmmədova və F.Saralova ilə müştərək). Bakı, 2015 - 28 səh.

- Qədim türk yazılı abidələri.Fənn proqramı(dos.A.Həsənova ilə birlikdə). Bakı, 2015. - 14 səh.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
Fəxrəddin YUSİFOV (1956)

Fəxrəddin YUSİFOV (1956)

ADPU, Başkeçid, Təbriklər
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
İqtisadçı alim Afət HƏSƏNOVA (1973)

İqtisadçı alim Afət HƏSƏNOVA (1973)

Digər ali məktəblər, "XXI əsrin Ziyalıları", Bolus, İqtisadiyyat
ZiM.Az/Tv-nin qonağı ADPU-nun dosenti Vaqif İsrafilovdur

ZiM.Az/Tv-nin qonağı ADPU-nun dosenti Vaqif İsrafilovdur

ADPU, Tv, Təbriklər
YADİGAR HÜSEYNOV (1955-2016)

YADİGAR HÜSEYNOV (1955-2016)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

AzTU, Bolus, Təbriklər
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..

AzTU, Başkeçid
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ELMAN MƏMMƏDOV!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ELMAN MƏMMƏDOV!..

Gəncə, AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

Digər ali məktəblər, Darvaz, Təbriklər
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ƏMİR MÜƏLLİM!..

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ƏMİR MÜƏLLİM!..

BDU, Hüquq, Təbriklər
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU, "XXI əsrin Ziyalıları"
Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
Dosent ELMAN CƏFƏROV (1973)

Dosent ELMAN CƏFƏROV (1973)

Digər ali məktəblər, "XXI əsrin Ziyalıları", Bolus
Rəy yazın: