TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!.. Gürcüstanda azərbaycandilli qəzetin
redaktor müavini Elman Kələyev
"Əməkdar Jurnalist"
fəxri adına layiq görülüb


Gürcüstanda nəşr olunan azərbaycandilli "Gürcüstan" qəzetinin redaktor müavini
Elman Hüseyn oğlu Kələyev
Gürcüstan jurnalistikasında uzunmüddətli
uğurlu fəaliyyət göstərdiyinə görə
bu günlərdə "Əməkdar Jurnalist"
fəxri adına layiq görülüb.


TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!.. TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..ZiM.Az-ın Gürcüstan bürosunun
Tiflisdən verdiyi məlumata görə,

bu barədə 2015-ci il, mayın 12-də
Gürcüstan Jurnalistlər İttifaqı
İdarə heyətinin sədri Hamlet Qeqia
sərəncam imzalayıb.

Elman Hüseyn oğlu Kələyev - 1949-ci il oktyabrın 20-də qədim Borçalı mahalının Sarvan kəndində
(indiki Gürcüstanın Marneuli şəhərində)
qulluqçu ailəsində anadan olub.
1957-ci ildə Marneuli şəhərindəki 2 nömrəli Azərbaycan orta məktəbinin birinci sinfinə gedib
və 1967-ci ildə həmin məktəbi bitirib.
Orta məktəbi bitirdikdən sonra Bakı şəhərindəki Azərbaycan Politexnik İnstitutunun avtomobil yollarının istismarı fakültəsinə daxil olub və
üçüncü kursadan sonra təhsilini dayandıraraq Gürcüstana qayıdıb.
O, 1970-ci ildə Tiflisdəki A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun pedaqoqika fakültəsinə daxil olub, 1974-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib.

E.Kələyev institutdan sonra hələ tələbə ikən müntəzəm əlaqə saxladığı Tiflisdə nəşr olunan “Sovet Gürcüstanı” qəzetində ştatdankənar müxbir vəzifəsində çalışıb.
1974-cü ilin noyabr ayından
ali təhsilli mütəxəssis kimi Odessa şəhərində hərbi xidmətdə olub.
Hərbi xidmətdən tərxis edildikdən sonra yenidən “Sovet Gürcüstanı” qəzetində fəaliyyətini
davam etdirib.
1979-cu ilin mayın 15-də “Sovet Gürcüstanı” qəzetinin ştatdankənar şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
1980-ci il sentyabrın 1-dən 1982-ci il iyunun 31-dək Bakı Ali Partiya Məktəbində təhsil alıb.
Həmin il yenidən “Sovet Gürcüstanı” qəzetində müxbir vəzifəsində çalışıb.
1984-cü il mayın 4-də baş müxbir, 1989-cu il fevralın 4-də
redaksiyanın kənd təsərrüfatı şöbəsinin müdiri təyin olunub və redaksiya heyətinin üzvü seçilib.
1991-ci il oktyabrın 10-da “Gürcüstan” (keçmiş "Sovet Gürcüstanı") qəzetinin məsul katibi təyin edilib.
2014-cü ilin noyabr ayından isə redaktor müavini vəzifəsində çalışır.

1974-cu ildən indiyədək "Gürcüstan" qəzetində müxtəlif vəzifələrdə çalışan
Elman Kələyev Azərbaycan dilində çıxan bir neçə ədəbi-bədii və lüğət kitablarının redaktoru olub
“Gürcüstan Konstitusiyası”, seçki haqqında məcəllələri və müxtəlif nəşrləri redaktə edib.

O, Gürcüstanda nəşr olunan “Əhli-Beyt” jurnalının baş redaktoru olub,
Türkiyənin "Anadollu" agentliyinin Gürcüstan təmsilçiliyində çalışıb.
2005-ci ildən APA-nın (Azəri-Press Agentliyinin) Gürcüstan bürosunun əməkdaşı vəzifəsində çalışıb.
Jurnalistika sahəsində çalışarkən Elman Kələyev Gürcüstanın və Azərbaycanın bir sıra mərkəzi qəzet və
jurnallarında, radio verilişlərində, eləcə də Moskvada nəşr edilən “Panorama Azerbaycana” qəzetində
müxtəlif səpgili yazılarla müntəzəm çıxış edib.

1978-ci ildən 1990-cı ilədək Sovet hökuməti dağılanadək SSRİ Jurnalistlər İttifaqının üzvü olan
Elman Kələyev Gürcüstan müstəqillik əldə etdikdən sonra isə Gürcüstan Jurnalistlər Birliyinin üzü
və birliyin yeddinci qurultayının nümayəndəsi seçilib.

Elman Kələyev mətbuat sahəsində səmərəli fəaliyyət göstərdiyinə görə,
Gürcüstan prezidentinin 1997-ci il 16 oktyabr tarixli fərmanı ilə
“Şərəf” medalına və digər mükafatlara layiq görülüb.

2015-ci il mayın 12-də Gürcüstanda nəşr olunan azərbaycandilli
“Gürcüstan” qəzetinin redaktor müavini Elman Hüseyn oğlu Kələyev
Gürcüstan jurnalistikasında uzunmüddətli uğurlu fəaliyyət göstərdiyinə görə
“Əməkdar Jurnalist” adına layiq görülüb.

Biz də Gürcüstanda yaşayıb-yaradan soydaşımız, əziz eloğlumuz, xalqımızın dəyərli ziyalısı,
çox hörmətli qələm dostumuz, tanınmış jurnalist Elman Kələyevi çoxdan layiq olduğu
"Əməkdar jurnalist" Fəxri adına layiq görülməsi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, ictimai və jurnalistlik fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı, Nekroloqlar
Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı

"Gürcüstan" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist İslam Əliyev vəfat ...

Nekroloqlar
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA

YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Təbriklər
Polkovnik ELMAN HACIYEV (1970)

Polkovnik ELMAN HACIYEV (1970)

Darvaz
TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", MEDİA, Tiflis, Borçalı
Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbriklər
Professor TEYMURAZ CƏFƏRLİ (1922-1988)

Professor TEYMURAZ CƏFƏRLİ (1922-1988)

"Gürcüstan", Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
GÜLYAZ ƏLIYEVA  (1957-2011)

GÜLYAZ ƏLIYEVA (1957-2011)

TDPİ-nin Azərbaycan bölməsi, Kaspi
Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktorunu təltif edib

Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktorunu təltif edib

"Gürcüstan", MEDİA
100 İLLİK YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA

100 İLLİK YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...

"Gürcüstan"
Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Təbriklər
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
Tiflisdə

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

Tiflis, Borçalı
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
RZA ŞAHVƏLƏD (1909-1984)

RZA ŞAHVƏLƏD (1909-1984)

"Şərqin səsi", Tiflis
Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Borçalı, Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏFLATUN AMAŞOV!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏFLATUN AMAŞOV!..

Əsas xəbər, MEDİA, Bolus, Təbriklər
NAİLƏ CƏLİL-XOCA (1959)

NAİLƏ CƏLİL-XOCA (1959)

Tiflis, Təbriklər, Müşfiq Borçalı
Rəy yazın: