YADDAŞLARDA YAŞAYACAQ...

YADDAŞLARDA YAŞAYACAQ...Bilmirəm nədəndir, son zamanlar sanki ölüm də adiləşib. İndi kiminsə ölüm xəbəri insanları o qədər də təəccübləndirmir. Burada bəlkə də qeyri-adi heç nə yoxdur. Çünki əslində insan elə doğulduğu gündən ölümünə doğru yol gedir. Və doğumla ölüm arasındakı bu zamanı hərə bir cür yaşayır, özündən sonra hərə bir cür iz qoyur. Böyük insanlar həmişə yaxşı yaşamaqdan çox, yaxşı ölmək uğrunda mübarizə aparırlar. Yəni elə yaşamağa çalışırlar ki, ölümün üzünə də dik baxa bilsinlər, fizki ölümdən sonra da yaşasınlar.O kəslər Allahın xoşbəxt bəndələridir ki, hələ sağlıqlarında ikən ürəklərdə özlərinə yuva qura bilirlər. “Adam var evdən gedər, adam var eldən” deyimi də məhz belə insanlar üçün deyilib.
Bu il mart ayının sonlarında Nənəxanım Binnət qızı Məmmədovanın ölüm xəbərini eşidəndə hər şeydən əvvəl beynimdən keçən bu oldu: o, eldən getdi.

...Rəsmi sənədlərə görə 1925-ci ildə Borçalının Darvaz kəndində anadan olub. Kənd yerlərində qız uşaqlarının təhsil almasına o qədər də fikir verilmədiyi bir vaxtda – ötən əsrin 40-cı illərinin əvvəllərində tibb təhsili alıb. Adı kimi özü də xanım-xatın bir qadın olan Nənəxanım Binnət qızı Darvazın ziyalı oğlu İlyas müəllimlə ailə həyatı qurub, gözəl övladlar böyüdüb. Burada müdriklərdən birinin dediyi sözləri xatırlamamaq olmur: “İnsanın başqaları üçün görə biləcəyi ən yaxşı iş öz ailəsində ləyaqətli uşaqlar tərbiyə etməkdir”. Ömür-gün yoldaşı ilə bərabər cəmiyyət üçün ləyaqətli övladlar böyüdüb, hər addımlarında onlara aşılamağa çalışıb ki, “yaşamaq vacib deyil, amma yaxşı yaşamaq vacibdir”.

Ömrünün 50 ildən çoxunu Darvaz kəndindəki ambulatoriyada çalışıb, uzun illər bu tibb müəssisəsinin həm də rəhbəri olub. Kəndin ictimai həyatında yaxından iştirak edib, dəfələrlə kənd sovetinin deputatı seçilib. Bütün həyatı boyu elinə-obasına xidmət edib. Sözün əsl mənasında gecə-gündüz bilməyib, qapısını sutkanın istənilən saatlarında döyüb, imdad istəyiblər. O, da kimsənin ürəyini qırmayıb, heç kəsi naümid qaytarmayıb. Ən vacib işini belə kənara qoyaraq hətta qarlı-çovğunlu günlərdə belə payi-piyada xəstələrə baş çəkib, əllərinin şəfasını əsirgəməyib. Hətta təqaüdə çıxandan sonra da özünün bilik və bacarığı, zəngin təcrübəsi ilə həmyerlilərinin xidmətində dayanıb.
Bu gün təkcə Darvazda yox, həm də ətraf kəndlərdə elə bir ailə tapmaq çətindir ki, onun üstündə bu gözəl insanın haqqı olmasın. Kimi onun əllərinin şəfasından xeyir görüb, kimi də dilinin xeyir-duasından. İşindəki nizam-intizam, səliqə-səhman bu gün də çoxlarına nümunədir, örnəkdir. Vəzifəsinə məsuliyyəti ilə yanaşı, insanlara qarşı səmimiyyəti, qayğıkeşliyi və həssaslığı ilə seçilib. Heç kəsin qəlbinə dəyməyib. Kimiyə ana olub, kimiyə bacı, el ağbirçəyi kimi dəyərli öyüd-nəsihətlərinə isə həmişə ehtiyac duyulub.

Hərənin bir tale yazısı var. Nənəxanım Binnət qızını da sözün əsl mənasında tam xoşbəxt taleli insanlardan saymaq olardı, əgər 1997-ci ildə böyük oğlu Rizvanın vaxtsız oğul itgisi ilə üzləşməsəydi. Bu itki onu sarsıtsa da, dərdini içində özü çəkdi, başqasına yük eləmədi.
Bir tacik xalq misalında deyilir ki, insanın ömrü – onun dünyaya baxması və dünyanın onu gör­məsi ilə deyil, insanların onu yadda saxlaması ilə ölçülür. Bu mənada Nənəxanım Binnət qızı ölmədi, ölməzliyə qovuşdu. Çünki nə qədər ki, Darvaz var, qədirbilən darvazlılar var əli şəfalı, dili dualı bu xeyirxah insan da ürəklərdə yaşayacaq, yaddaşlardan yaddaşlara keçəcək.
Allah rəhmət eləsin!

Musa NƏBİOĞLU,
Darvaz.com


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İNSAN ƏZİZLƏNƏR ELDƏN GEDƏNDƏ...

İNSAN ƏZİZLƏNƏR ELDƏN GEDƏNDƏ...

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Səmimi və təvazökar insan - ADİL ÖMƏROV

Səmimi və təvazökar insan - ADİL ÖMƏROV

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
TANRININ ƏTİRLİ ÇİÇƏKLƏRİ

TANRININ ƏTİRLİ ÇİÇƏKLƏRİ

TDPİ-nin Azərbaycan bölməsi, "XXI əsrin Ziyalıları", Darvaz
RUHUN ŞAD OLSUN, ARİF MÜƏLLİM!..

RUHUN ŞAD OLSUN, ARİF MÜƏLLİM!..

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

Darvaz
Tanınmış həkim Səməd Çobanov vəfat edib

Tanınmış həkim Səməd Çobanov vəfat edib

Səhiyyə, Darvaz, Nekroloqlar
Qəlbimizdə əbədi yaşayacaqsan

Qəlbimizdə əbədi yaşayacaqsan

UNUTSAQ, UNUDULARIQ!....
Müəllimliyi ilə həmişə fəxr edən Nənəxanım Bayramova

Müəllimliyi ilə həmişə fəxr edən Nənəxanım Bayramova

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları", Bolus
Elida MUXAYEVA: Vağzalı qurbanları

Elida MUXAYEVA: Vağzalı qurbanları

MEDİA, Tiflis, Köşə yazılar
Musa NƏBİOĞLU:

Musa NƏBİOĞLU: "BİR ÖMÜRLÜK XATİRƏNİN İYİRMİ CÜMLƏSİ..."

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ALLAH RƏHMƏT ELƏSİN, ƏNVƏR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, ƏNVƏR MÜƏLLİM!..

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

Səhiyyə, Darvaz, Nekroloqlar
Omrünün 70-ci baharı

Omrünün 70-ci baharı

Təbriklər, Qərbi Azərbaycan
Darvazlı Valya Qəhraman qızı Hacıyeva vəfat edib

Darvazlı Valya Qəhraman qızı Hacıyeva vəfat edib

Darvaz
Borçalı elinin İslamı getdi...

Borçalı elinin İslamı getdi...

"Gürcüstan", UNUTSAQ, UNUDULARIQ!....
Çıxış yolu intiharda deyil, imandadır

Çıxış yolu intiharda deyil, imandadır

Köşə yazılar
DARVAZLI ŞƏHİD Raim Ənvər oğlu Məmmədov  (1972-1993)

DARVAZLI ŞƏHİD Raim Ənvər oğlu Məmmədov (1972-1993)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
YUBİLEYİN MÜBARƏK, ƏZİZ QARDAŞIM, ÇOX HÖRMƏTLİ SƏMƏD HƏKİM!..

YUBİLEYİN MÜBARƏK, ƏZİZ QARDAŞIM, ÇOX HÖRMƏTLİ SƏMƏD HƏKİM!..

Səhiyyə, Bolus, Darvaz, Təbriklər
Ömür insanın sənət əsəridir

Ömür insanın sənət əsəridir

Məktəblər, "Şərqin səsi", "XXI əsrin Ziyalıları"
Ucalıq və müdriklik nümunəsi

Ucalıq və müdriklik nümunəsi

Nekroloqlar
Rəy yazın: