Bir gözün nurunda 78 kitab yazan alim

Bir gözün nurunda 78 kitab yazan alim “Təhsil millətin gələcəyidir”, “Mən yer üzərində müəllimdən yüksək ad tanımıram”, “Biz təhsilimizi milli zəmin və bəşəri dəyərlər əsasında qurmalıyıq” - bu fikir və tövsüyələr Azərçaycan xalqının böyük oğlu, ümummili liderimiz Heydər Əliyevə məxsusdur. Azərçaycanı bir modern dövlət kimi quran, yaradan xalqımızın ideoloji birliyini təmin edən dahi şəxsiyyət H.Əliyevin təhsilin inkişafını, ölkəmizin hərtərəfli tərəqqisini ən vacib şərti hesab etməsi heç də təsadüfi deyildi. Təhsili olmayan millətin gələcəyi yoxdur prinsipi, təhsilin inkişafına xidmət edən ciddi islahatların keçirilməsi, məhz xalqın, dövlətin gələcəyi üçün yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının yenidən dövlətin mühüm əhəmiyyət verdiyi məsələlərdən birinə çevrilməsi ulu öndərmizin adı və misilsiz fəaliyyəti ilə sıx bağlıdır.
Heydər Əliyev təhsilimizin, bütövlüklə milli inkişafımızın təmin olunmasına xidmət edən fəaliyyət və ideyaları müstəqil Azərbaycan dövlətinin ümumi tərəqqisinin başlıca şərti kimi qəbul olunur.
Bu gün prezident İlham Əliyev ümummilli liderimizin siyasi kursunu davam etdirməkdədir. Azərbaycan dövlətinin başçısı kimi cənab İlham Əliyev də elmin və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərməkdədir.
Möhtərəm prezidentimizin rəhbərliyi altında həyata keçirilən kompleks tədbirlər proqramını hər bir Azərbaycan vətəndaşı birmənalı şəkildə qəbul edir. Artıq həyatımızın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də yeni inkifaf mərhələsinə qədəm qoyulub. Bu mərhələdə isə dövlət başçısına təhsil sistemində ən böyük dəstək Heydər Əliyev fondu tərəfindən verilir.
Azərbaycanın birinci xanımı, xoşməramlı səfir, millət vəkili “Heydər Əliyev Fondu”nun prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən iri həcimli layihə və proqramlar ictimayyətin bütün təbəqələri arasında geniş rezonans doğurub. Mübaliğəsiz demək olar ki, ölkə təhsili indi inqilabi dəyişiklik ərəfəsindədir. Yeni təhsil ocaqlarının tikintisindən tutmuş maddi-texniki bazanın möhkəmləndirilməsinə, təhsilin məzmun və keyfiyətcə yeniləşməsindən tutmuş müəllimlərin iş şəraitinin və sosial-rifah hallarının gündən-günə daha da yaxşılaşdırılmasına qədər!
Bütün bu məsələlərin həyata keçirilməsində heç şübhəsiz qabaqcıl elm və təhsil xadımlərinin təcrübəli pedaqoqların üzərinə böyük vəzifə düşür.
Belə pedaqoqlardan biri də Azərbaycan Texnologiya Universitetinin Kimya kafedrasının dosenti Rövşən Hüseynovdur.
Rrövşən müəllimi Azərbaycan elm və təhsil ictimaiyyəti, onun tələbələri milli təhsilmizin canlı fədaisi hesab edir. Onun keçdiyi ömür yolunu və iş fəaliyyətini əsl ziyalı, ləyaqətli pedaqoq və kamil insan nümunəsi sanırlar. Rövşən müəllim özünün ən böyük amalını vətəninə və dövlətinə sədaqətlə xidmət etmək prinsipində görür. Oxucularmızı bu elm fədaisi ilə tanış etmək məqsədilə Rövşən müəllimin keçdiyi ömür yoluna və fəaliyyətinə qısaca işıq tutmaq qərarına gəldik.
Rövşən islam oğlu Hüseynov 1939-cu il mayın 2-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Qasımlı kəndində anadan olub. O, 1953-cü ildə Qasımlı kənd səkkizillik məktəbini, 1956-cı ildə Ermənistanın Spitak rayonunun Saral kənd orta məktəbini bitirib. Rövşən müəllimin orta məktəb illəri çox ağır keçmişdir. Onun atası müharibəyə getdiyindən ailənin bütün ağırlığı anası Kiçik xanımın üzərinə düşür. O, iki qız, bir oğlu çox çətinliklə dolandıra bilib. İki övladının ali təhsil almasına imkan və şərait yaratmışdır. Əlbəttə, bu işdə Rövşən müəllimin əmiləri ona yaxından kömək etmişlər. Ailə vəziyyətini nəzərə alıb onu 1956-1957-ci tədris ilində Marneuli rayonunun Qasımlı kəndində yenicə açılan orta məktəbdə pioner baş dəstə rəhbəri vəzifəsinə təyin edilirlər. Lakin burada Rövşən müəllim çox işləyə bilmir. Oxumaq həvəsi onu Bakıya çəkir. 1957-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olub oranı 1962-ci ildə bitirib. R.Hüseynov 1962-ci ilin sentyabr ayından dekabr ayına kimi M. Əzizbəyov adına Azərbaycan Neft və kimya İnstitutunda kimya kafedrasında baş laborant, 1963-cü ilin yanvar ayından 1964-cü ilin dekabr ayına kimi Bakı şəhərində Bakı Neft-Yağ zavodunda növbətçi mühəndis vəzifəsində işləyir. Bu illərdə Rövşən müəllimin ailəsində xoş bir hadisə baş verir. Öz el qızı, Sehran Alı qızı ilə ailə həyatı qurur və onun dörd övladı-iki qızı, iki oğlu dünyaya gəlir. O, oğluna öz atası İslam kişinin adını qoyur. R. Hüseynov 1964-cü ilin dekabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) əyani aspiranturasına daxil olur. 1969-cu ilin may ayının 16- da kimya elmləri namizədi adını almaq üçün M.Əzizbəyov adına Neft və Kimya institutunda dissertasiya müdafiə edir və kimya elmləri namizədi alimlik dərəcəsi adını alır. Onun elmi rəhbərləri Azərbaycan Respublikasi EA-nın sabiq prezidnenti akademik Rüstəm İsmayılov və akademik Sahib Əliyev olmuşdur. Rövşən müəllim 1967-ci ilin dekabr ayından 1971-ci ilin oktyabr ayına kimi akademik Y.H.Məmmədəliyev adına EA-nın NKPİ-də kiçik elmi işçi 1971-ci ilin oktyabr ayından 1980-ci ilin avqust ayına kimi H.Zərdabi adına GDPİ-də ümumi kimya kafedrasında baş müəllim, 1980-ci ilin avqust ayından 1990-cı ilin may ayına kimi Azərbaycan Texnologiya Univerisitetində baş müəllim və 1990-cı ilin may ayından bu günə kimi həmin ali məktəbdə dosent vəzifəsində çalışır. Elə həmin vaxtlardan o, Azərbaycan dövri mətbuatında müntəzəm olaraq elmi məqalələri ilə,çıxış edir, kitablar yazır.
Rövşən müəllim 1997-ci ildə Beynəlxalq Ekologiya və həyat Fəaliyyətinin Təhlükəsizliyi EA-nın həqiqi üzvü,1998-ci ildə Nyu-York EA-nin həqiqi üzvü, 1999-cu ildə Gürcüstan Respublikası Biznes EA-nın həqiqi üzvü seçilmişdir. O, bu günə kimi 245 elmi, elmi-metodiki və elmi-kütləvi əsərlərin, o cümlədən üç müəlliflik şəhadətnaməsinin müəllifidir. Çex Respublikasının paytaxtı Praqa şəhərində keçirilən kimyaçıların konqresində 2 tədqiqat işi (1993-cü və 1996-cı illərdə) dinlənilib. Bunlardan başqa ümumi həcmi 492 çap vərəqi olan 78 adda kitabı, (o cümlədən, monoqrafiya, dərs vəsaiti, elmi-kütləvi, metodik tövsiyələri) çap olunub. Rövşən Hüseynovun kitabları Moskva, Bakı, Gəncə və Yerevan şəhərlərində nəşr edilib. Həmçinin onun müxtəlif respublika, şəhər, rayon və çoxtirajlı qəzetlərdə 304 məqaləsi çap olunub. Tələbə elmi cəmiyyətində (TEC) rəhbərlik etdiyi tələbələrin tədqiqat işləri Bakı şəhərində keçirilən Azərbaycan Respublikası Ali məktəblərinin konfransında və müsabiqələrində I,II,III dərəcəli diplomlara, «Ən yaxşı tələbə elmi işinə görə» medalına layiq görülmüşlər ( 1977-1980-сi illər) və 1980-ci ildə rəhbərlik etdiyi tələbə Ümumittifaq müsabiqəsinin qalibi olmuşdur. Tələbələrlə birlikdə 200 elmi və elmi-kütləvi məqalələrini cap etdirmişdir. Tələbələrlə apardığı tədqiqat işləri (I-VIII) hissədən ibarət olan «Kimyadan tələbə tədqiqat işləri» adlı kitabları metodiq tövsiyə şəklində çap edilib. Elmi kitablarla yanaşı Rövşən müəllim elmi kitablarla yanaşı bir neçə publisist- nəsr və şeirlər kitabı nəşr etdirmişdir.. Onu da qeyd edək ki, Rövşən Hüseynov bu qədər işləri yalnız sol gözlə yazıb yaradıb! Belə ki, 1974-cü ildə kimyadan laboratoriya dərsində partlayış nəticəsində Rövşən müəllimin sağ gözü oxuma qabiliyyətini itirmişdir.
Onun əməli fəaliyyəti Təhsil Nazirliyi tərəfindən iki dəfə fəxri fərmanla, iki dəfə təşəkkür və dəfələrlə Universitet rəhbərləri tərəfindən fəxri fərman və təşəkkürə layiq görülüb.
Rövşən müəllimin ümidə bir arzusu var. Onun göstərdiyi elmi fəaliyyətini nəzərə alaraq ona professor adı, elm və təhsil sahəsində olan fəxri adlardan birinin verilməsi məqbul sayılsın. Rövşən müəllim həm də böyük bir nəslin davamçısıdır. Onun babası İstil İsmayıl yazıçı Tahir Hüseynovun “Borçalı əhvalatları”“Çaxşaxda atılan güllə” povestlərinin baş qəhrəmanıdır. Atası İslam İsmayıl oğlu Hüseynov 1942-ci ildə Böyük Vətən müharibəsində qəhrəmancasına hələk olmuşdur. Rövşən müəllim və onun bacıları Tehran və Xandut anaları Kiçik xanım Alı qızının himayəsində böyüyüb ərəsəyə çatmışdır. Atası İslam müharibəyə gedəndə Rövşənin 2 yaşı olmuşdur. Kiçik bacısı Xandut isə hələ anadan olmamışdır.
Bu kiçik körpələrə qayğı göstərməklə yanaşı anası Kiçik xanım 1951-ci ildə əmək fəaliyyətinə görə o zamankı dövrün ən ali mükafatı olan “Lenin” ordeninə layiq görülmüşdür.
Rövşən müəllimin böyük oğlu iş adamı İslam Hüseynov öz vəsaiti hesabına Rusiya Federasiyasının Ulyanovsk şəhərində ulu öndər, böyük tarixi şəxsiyyət Heydər Əliyevin böyük abidəsini ucaldırmış, onun adına müzey məktəb və park açdırmışdır.
Bu ilin may ayında Rövşən müəllimin 77 yaşı tamam olur. Buna baxmayaraq o, yaşının ahıl çağlarında belə gənc nəslin təlim-tərbiyəsində, onların ləyaqətli və yüksək ixtisaslı kadr kimi yetişməsində həvəslə çalışır. Onun yorulmaq bilməyən və əzmkar fəaliyyətində daha böyük uğurlar arzulayır və milli təhsilin inkişafı naminə yeni-yeni naliyyətlər qazanmasını istəyirik.

Səyavuş UYĞUN
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Gəncə-Marneuli
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: