DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ SÜSƏN XANIM!.. Borçalı, Təbriklər 28 февраля 2024 1570 100 1 2 3 4 5 TƏBRİK EDİRİK!...Bahar fəsilinin ilk günü - mart ayının 1-i elimin obamın dəyərli ziyalısı, Ulu Borçalımızın qeyrətli qızı, tanınmış ictimai xadim, təcrübəli mühəndis, istedadlı jurnalist-publisist, redaktor, sevimli qələm dostumuz, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Abdulla Şaiq”, “Qızıl Qələm”, “Zirvə”, “Zəfər”, “Xan qızı Natəvan” və s. mükafatların laureatı, “XXI Əsrin Ziyalısı” Fəxri Diplomçusu, “Borçalı” nəşriyyatının və “Borçalı” qəzetinin redaktoru, “Zirvə” İnformasiya Mərkəzinin Baş məsləhətçisi, “Yurd” İnformasiya Mərkəzinin və “Şərqin səsi” qəzetinin Redaksiya Heyətinin ən fəal üzvü, 4 kitab müəllifi, səmimi həmkarımız, vətənpərvər, yurdsevər, qayğıkeş və xeyirxah insan, gözəl ana, mehriban nənə, Tomris ismətli, Burla Xatun dəyanətli, Sara xanım siyasətli, Tavad şücaətli, xanımlar xanımı Süsən xanımın doğum günüdür.Süsən xanımı ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,"ZiM.Az"-ın və "Ziya" qəzetinin baş redaktoru,AYB-nin və AJB-nin üzvü,filologiya üzrə fəlsəfə doktoru***BORÇALININ QEYRƏTLİ QIZI - SÜSƏN XANIMHəyatı zəhmətlə qurulmayan kəs, Onun mənasını dərk edə bilməz.Süsən Nəbi qızı Səfərova (Əliyeva) - 1 mart 1951-ci ildə qədim-qayım Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonunun Lejbədin (Lacbədin) kəndində dünyaya gəlmişdir. 1957-1967-ci illərdə kənddə orta məktəbdə təhsil almış, 1968-ci ildə Bakıya gələrək Yasamal rayonundakı 13 saylı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycanh Dövlət İnşaat Mühəndisləri İnstitutunun "Qaz istismarı" fakültəsinə daxil olmuşdur. 1970-ci ildə həmin ali məktəbdə dərs deyən Vidadi müəllimlə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduğu üçün institutda axşam şöbəsinə keçmişdir. İnstitutu bitirdikdən sonra Yasamal rayonu Qaz İstismarı İdarəsində mühəndis vəzifəsində işləmişdir. S.Əliyeva heç bir partiyanın üzvü deyildir. Onun cǝmiyyətdə öz əqidəsi, öz mövqeyi vardır. Tomris ismətli, Burla Xatun dəyanətli, qeyrətli, Sara xanım siyasətli, Tavad şücaətli bu mərd Borçalı qızı Qarabağ hadisələri başlayandan həmişə cəbhə bölgəsində, qaynar nöqtələrdə olmuş, döyüşən əsgərlərimizə imkanı müqabilində müxtəlif vaxtlarda ərzaq və hərbi sursat çatdırmış, onlara bir növ mənəvi dayaq olmuşdur. 1988-ci ildə hörmətli yazıçımız Anarla birlikdə ilk mitinqin aparıcılarından biri olmuş bu böyük ürəkli nəcib insan sonrakı illərdə də əsil vətənpərvərlik nümayiş etdirmişdir.1990-cı ilin o müdhiş 20 yanvara açılan gecəsində, saat 00:30 radələrində Prezident Aparatı qarşısındakı mitinqdən qayıdan 10 nəfər müxtəlif rayonlardan olan tələbəni rus hərbçilərinin əlinə keçməməsi, onların avtomatlardan açdıqları güllələrə tuş gəlməməsi üçün Süsən xanım öz mənzilində səhərə qədər gizlətmişdir. Onun Ermənistandan (Axta, Köçbəy, Sarvan-Tern və başqa kəndlərdən) köçürülən qaçqınlara, Qarabağın Kərkicahan, Xocalı, Malıbəyli, Quşçular, Cəmilli, Meşəli kəndlərinin sakinlərinə etdiyi xeyirxahlıqları, yaxşılıqları söz ilə ifadə etmək o qədər də asan deyildir. Süsən xanımın müxtəlif ünvanlara vurduğu teleqramları, etdiyi müraciətləri, yazdığı məktubları (keçmiş SSRİ Baş Prokuroruna, SSRİ Ali Məhkəməsinə, Qurultayların Rəyasət Heyətinə, "Pravda" qəzetinin baş redaktoru Afanasyevə və s.) saymaqla qurtarmaz...Süsən xanım son illərdə həm də bədii yaradıcılıqla - jurnalistlik fəaliyyəti ilə də məşğul olur, istedadlı jurnalist, publisist və redaktor kimi tanınır. Sevimli qələm dostumuzdur. “Borçalı” nəşriyyatının və “Borçalı” qəzetinin təcrübəli redaktoru, “Zirvə” İnformasiya Mərkəzinin Baş məsləhətçisi, “Yurd” İnformasiya Mərkəzinin, "Şərqin səsi” və "Elm və Təhsil" qəzetlərinin Redaksiya Heyətinin ən fəal üzvüdür. 4 kitab müəllifidir. “Abdulla Şaiq”, “Qızıl Qələm”, “Zirvə”, “Zəfər”, “Xan qızı Natəvan” və s. mükafatların laureatı, “XXI Əsrin Ziyalısı” Fəxri Diplomçusudur.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Süsən xanımın fəxri titullarını və fəxri diplomlarını sadalamaqla bitməz... Süsən xanım ən əsası həm də xoşbəxt anadır. Ömür-gün yoldaşı tanınmış alim, vətənpərvər ziyalı, fizika-riyaziyyat elmləri doktoru, mərhum professor Vidadi Yusif oğlu Əliyevlə birlikdə iki ləyaqətli oğul və iki ismətli qız böyüdür boya-başa çatdırmışdır. Övladlarının dördü də ali təhsillidir. http://zim.az/azerbaycan/qarabaq/6250-pamyati-izvestnogo-uchenogo-fizika-vidadi-alieva.html İLHAM VİDADİ OĞLU ƏLİYEV (Süsən xanımın böyük oğlu)1971-ci ildə Xankəndində doğulub. 1988-1993-cü illərdə Azərbaycan İnşaat-Mühəndisləri Universitetini və 1995-1999-cü illərdə isə Beynəlxalq Universitetin Hüquq fakültəsini bitirib. İdmanla müntəzəm məşğul olur. Karate üzrə qara kəmər ustasıdır. Dəfələrlə Azərbaycan çempionatında, eləcə də İranda, Dubayda müxtəlif yarışlarda iştirak edib. Karate üzrə Hindistanın Mumbay (Bombey) şəhərində keçirilən Avrasiya çempionatında fəxri 3-cü yeri tutub.İlham Əliyev dəfələrlə Daxili Qoşunların tərkibində müxtəlif döyüş bölgələrində olmuşdur. Bir müddət Bakı şəhərində Rabitə və İnformasiyalar Nazirliyinin mühafizə xidmətinin əməkdaşı vəzifəsində çalışmışdı. Hazırda Kapital Bankda inkassator xidmətinin qrup rəhbəridir.Ailəlidir. Nəzrin adlı qızı vardır. FATMA VİDADİ QIZI YILDIRIM(Süsən xanımın böyük qızı)12 yanvar 1973-cü ildə Bakı şəhərində anadan olub.20 saylı Yasamal orta məktəbinin məzunudur. Orta məktəbin yuxarı siniflərində oxuyarkən arzusu həkim olmaq idi. Amma fizika fənnini yaxşı bildiyinə görə atasının yolunu davam etdirir. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetində (BDU) fizika üzrə ali təhsil alıb. Fizika-riyaziyyat elmləri namizədidir. "Amonium-nitrat məhlulunda sintez edilmiş vismutlu superkeçiricilərin quruluş və xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.Bir müddət ailəsi ilə birlikdə Hollandiyanın Rotterdam və Belçikanın Brüssel şəhərlərində yaşayıblar. Belçika Krallığında fəaliyyət göstərən "Avropa Azərbaycanlılar Mərkəzi"nin təsisçisi və sədri olub. Orada Azərbaycan və Türk diasporunun ən fəal üzvlərindən biri olub.Fatma Yıldırım 2012-2016-cı illərdə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində insan resursları şöbəsinin müdir müavini, 2016-2018-ci illərdə isə Mənzil İnşaatı Dövlət Agentliyində (MIDA) insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.2018-ci ildən o, Dövlət Şəhərsalma və Memarlıq Komitəsində insan resursları şöbəsinin müdiri vəzifəsində çalışır.2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 93 saylı Bərdə şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Fatma Yıldırım 65.70% səslə VI çağırış Milli Məclisin deputatı seçilib.2020-ci il martın 10-dan deputat səlahiyyətlərinin icrasına başlayan Fatma Yıldırım, Milli Məclisin elm və təhsil Komitəsinin, habelə təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin üzvü kimi fəaliyyət göstərir.Fatma xanımın həyat yoldaşı Bahri Yıldırım iş adamıdır, iki övladı var. Oğlu Əhəd, qızı Suzan.Övlad ailəyə gətirsə şöhrət, Onların ömrünə bəxş edər möhnət. VƏFA VİDADI QIZI ƏLİYEVA(Süsən xanımın kiçik qızı)1974-cü ildə Bakıda anadan olub. 225 saylı Yasamal rayon orta məktəbini əla qiymətlərlə bitirib. Uşaqlıqdan ingilis dilini öyrənməyə onda böyük həvəs yaranıb. Bir neçə dəfə yeniyetmələr arasında şahmat yarışlarında iştirak edib. Azərbaycan Dillər Universitetinin "İngilis dili" fakültəsini fərqlənmə diplomu ilə bitirib.Azərbaycan Dövlət Televiziyasında ingilis dilində "Xəbərlər" proqramı verilişinin tərtibatçısı və aparıcısı olmuşdur. Həyat yoldaşı Teyfik Karakurt Londonda otelçilik üzrə təhsil almış, təcrübə toplamış turizm üzrə mütəxəssisdir. O, Türkmənistan, Qazaxıstan və Azərbaycanda beşulduz otellərdə baş menecer kimi çalışmışdır. Hazırda birlikdə Türkiyədə yaşayırlar. Vəfa xanım Türkiyədə ingilis dili üzrə pedaqoji fəaliyyətlə məşğuldur.Doğuxan, Aydan və Mələk adlı 3 övladları vardır. YUSİF VİDADİ OĞLU ƏLİYEV(Süsən xanımın kiçik oğlu)24 fevral 1980-cı il tarixdə Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə Bakıdakı 225 saylı Yasamal orta məktəbində oxuyub. Yusif Əliyev Azərbaycan İnşaat və Memarlıq Universitetinin memarlıq, Azərbaycan Texniki Universitetinin yerüstü nəqliyyat vasitələrinin istismarı, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültələrində təhsil almışdır. 4 dildə sərbəst danışır.O, Azərbaycan Daxili Qoşunların Binə Tədris Mərkəzinin məzunudur. Y.Əliyev ehtiyatda olan təcrübəli zabitdir. Hərb sahəsində qazandığı bilik və bacarığını gənc əsgərlərimizə həvəslə öyrədir. Onun vaxtilə rəhbərlik etdiyi tağım Daxili Qoşunların tərkibində nümunəvi hərbi hissə olub. Ən böyük arzusu ata yurdu Qarabağı düşməndən tam azad etmək olub. Uzun illərdir ki, özünün təsis etdiyi "Azkar MMC" nəqliyyat şirkətinə rəhbərlik edir; əsasən xarici vətəndaşlara və yerli şirkətlərə nəqliyyat xidmətini təşkil edir. Bu, bəlkə də ona genlə gəlib; belə ki, ulu babası Alı da vaxtilə tabeliyində olan at arabalarını kirayəyə verərmiş. O, ətirləri çox xoşlayır. Görünür bu da o biri babasından gen ilə keçən bir əlamətdir (babasına "Dux Əli" deyərdilər; o da ətiri xoşlayırmış, onun hətta atının yəhəri həmişə ətirlənmiş formada olardı).Yusif Əliyev ailəlidir. 3 övladı - Süsən və Suada adlı qızları və Vidadi adlı oğlu vardır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.