Marneulidə keçirilən tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün önəmindən danışılıb Gürcüstan » Borçalı 28 декабря 2015 Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuli Gənclər Mərkəzi ilə birlikdə dekabrın 28-də soydaşlarımızın yığcam yaşadıqları Kvemo-Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar tədbir keçirib.Tədbirin keçirildiyi “Çay evi” tədris mərkəzinin foyesində Azərbaycan xalçalarından, rəsm əsərlərindən və digər mədəniyyət nümunələrindən ibarət sərgi açılıb. Mərasimdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.Sonra Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov çıxış edib, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciətinin mətnini oxuyub.Diplomat Azərbaycan Prezidentinin Gürcüstana son səfəri zamanı bu məkanda soydaşlarımızla tarixi görüşünü xatırladıb. O, dövlətimizin başçısının xaricdə yaşayan soydaşlarımıza, eləcə də Gürcüstandakı azərbaycanlılara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib.Marneuli Gənclər Mərkəzinin layihə rəhbəri Emin Əhmədov çıxış edərək gənclərin maariflənməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından Həmrəylik Gününün əhəmiyyətini qeyd edib. Çıxışlarda bildirilib ki, 31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulması, onlar arasında birlik və həmrəyliyin yaranmasında mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə, mənəvi ehtiyaca çevrilib.Tədbir konsert proqramı ilə davam edib.Xətayi ƏzizovAZƏRTAC-n xüsusi müxbiriMarneuli. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.