Səadət BUTA: "AY MƏDƏD MÜƏLLİM!.."

Səadət BUTA: "AY MƏDƏD MÜƏLLİM!.." Nyu-York Elmlər Akademiyasının akademiki,
görkəmli dilçi, türkoloq-alim,
filologiya elmləri doktoru,
professor Mədəd Çobanova


Mehralı bəy yurdu, Darvaz elində,
Sən nurdan yarandın, ay Mədəd müəllim!
Uymadın dünyada şöhrətə - şana,
Bir haqqa inandın, ay Mədəd müəllim!

Deyirlər dünyada baş olan başdı,
Hər sözün - söhbətin canlı yaddaşdı.
Qələmin qüdrəti zirvələr aşdı,
Dünyanı dolandın, ay Mədəd müəllim.

Səpdin dən-dən oldu bitirdiklərin,
Alim - aqil oldu yetirdiklərin...
Damladan göl oldu götürdüklərin
Elmə arxalandın, ay Mədəd müəllim!

Öyündün, fəxr etdin, müəllim adınnan,
Yandı sevən qəlbin eşqin oduynan,
Yaxşılar heç kəsin çıxmaz yadınnan,
Yaxşılıq qalandı, ay Mədəd müəllim!

Kimin el yanında ucadır başı,
Qocalmaz doxsanı ötsə də yaşı.
Qoy var olsun, oğlun - Müşfiq qardaşı,
Alınmaz qaladı, ay Mədəd müəllim!

Səadət BUTA,
"Şərəf" ordenli şairə

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: