Qəbrin nurla dolsun bacım, Xalidəm!.. Borçalı, UNUTSAQ, UNUDULARIQ!.... 7 марта 2019 Bacım Xalidənin xatirəsinə ithaf edirəmŞəklini öpürəm hər zaman hər an,Ürəyim doymayır yenə Xalidəm.Dünyanın malını verərdim, inan,Görmək üçün səni bir an Xalidəm.*Unuda bilmirəm, dözə bilmirəm,Bu dərdi heş kəslə çözə bilmirəm,Sənsiz bu dünyanı sevə bilmirəm,Qopub ürəyimdən gedən Xalidəm.*Qadınlar bayramı gəlir qarşıdan,Yaman kövrəlirəm, gəlir ah nalan,Oduma yanıban suyuma axan,Bayram təbrikini edim Xalidəm.*Ölümdən qaçmağı bəndə bacarmaz,Malın mülkün buna gücü də çatmaz,Dünya-aləm bil ki, heç kəsə qalmaz,Borcunu ödədin sən də, Xalidəm.*Oğul nəvən oldu agahın olsun,Özün görmədinsə ruhun şad olsun,Allahın rəhməti səninlə olsun,Qəbrin nurla dolsun bacım, Xalidəm.*Aləm deyər dünya boşdur, fanidir,Göz-qaş arasında ölüm anidir,Əcəl qarşısında insan acizdir,Apardı bizlərdən səni, Xalidəm.Kifayət ABBASƏLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.