Deputat: Gürcüstan hökumətinin yeni qərarı milli azlıqların cəmiyyətə inteqrasiyasına təkan verəcək Gürcüstan » Borçalı 5 января 2018 Bu ildən Gürcüstanda etnik azlıqların yaşadıqları bölgələrdəki orta məktəblərin direktorları yeni qaydalara əsasən seçiləcəklər. Gürcüstanın Elm və Təhsil Nazirliyinin qərarına əsasən etnik azlıqların yığcam yaşadıqları bölgələrdəki orta məktəblərin direktorlarının dövlət dilini bilməsi məcburi olacaq.Uzun müddət təhsil sistemində çalışan, hazırda Gürcüstan parlamentinin deputatı olan Ruslan Hacıyev AZƏRTAC-a açıqlamasında deyib ki, məktəb direktorlarının gürcü dilini bilmələri tələbi əvvəllər də var idi. Gürcüstan hökumətinin bu qərarı milli azlıqların cəmiyyətə inteqrasiyasına təkan verəcək.Qeyd edək ki, azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində hazırda 10-a yaxın məktəbin direktoru vəzifəsi boşdur. İlkin mərhələdə məhz həmin məktəblərdə direktor vəzifəsinin tutulması ilə bağlı müsabiqə elan olunub. Gürcü dilini bilmək hər bir namizəd üçün vacib şərt kimi irəli sürülüb.R.Hacıyev bildirib ki, artıq iki azərbaycanlı gənc məktəb direktoru təyin olunub. Onların hər ikisi dövlət dilini mükəmməl bilir. Qalan məktəblərə də gürcü dilini mükəmməl bilən azərbaycanlı müəllimlər direktor təyin olunacaq. Bu, gənc nəsildə dövlət dilini öyrənməyə marağı artıracaq.Gürcüstanın Elm və Təhsil Nazirliyində bir sıra görüşlər keçirdiyini vurğulayan R.Hacıyev deyib: “Bu görüşlərdə azərbaycanlıların təhsil problemlərinin həlli, onların cəmiyyətə inteqrasiyası və müvafiq işlərlə təmin olunmaları məsələləri diqqət mərkəzində olub”.Deputat qeyd edib ki, bu ildən məktəb direktorlarının sertifikatlaşdırılması da həyata keçiriləcək.Xətayi ƏzizovAZƏRTAC-ın xüsusi müxbiriTbilisiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.