Marneulinin meri Fiziki cəhətdn qüsurlu şəxslərlə görüş Gürcüstan » Borçalı 6 декабря 2017 3 dekabr Beynəlxalq Əlillər Günüdür. Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının 47/3 qətnaməsi ilə qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.Mövzü ilə əlaqədar Marneuli Munisipalitetinin meri Temur Abazov, Sakrebulonun sədri Amiran Qiorqadze və onun müavini Mamuka Naveriani ilə birlikdə Qızılhacılının erkən müdaxilə mərkəzinə baş çəkib. Mərkəzdə benefisiarlar və onların valideynləri ilə görüşüb. Beynəlxalq Əlillər Günü münasibəti ilə təbrik edərək, rəmzi hədiyyələr təqdim edib. Mer mərkəzin fəaliyyəti ilə yaxından tanış olaraq dayələr, mərkəzin direktoru və valideynlər ilə söhbət edərək onların ehtiyacları barədə də məlumat alıb.Temur Abazov elə bu gün ictimai kitabxanada “Eşitmə Qabiliyyətindən Məhrumlar İttifaqı”-nın nümayəndələri, kürsü istifadəçiləri və görmə problemi olan şəxslər ilə görüşüb. Mer onların ehtiyaclarını dinləyərək öz səlahiyyətləri daxilində yardım göstərəcəyini bildirib.“Əlillərin hüquqlarının qorunması və onların ictimai həyatda fəal iştirakı hökumətimizin əsas prioritet məsələlərindən biridir. Hər bir insanın özünü ölkənin tam hüquqlu vətəndaşı hiss etməsi üçün sərbəst və bərabər şəraitdə yaşaması mənim üçün də vacib amillərdən biridir. Mən əlillərin işlə təmin olunması, müvafiq təhsil alması, yardım proqramlarının hazırlanması və müəssisələrdə onların hərəkəti üçün uyğun fiziki şəraitin yaranması üçün əlimdən gələni edəcəm” -deyə Temur Abazov bildirib. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.