Marneuli Bələdiyyəsi Məclisinin növbədənkənar iclası keçirilib Gürcüstan » Borçalı 24 ноября 2017 Bu gün, 2017-ci il noyabrın 24-də Marneuli Munisipalitetinin yeni seçilmiş Bələdiyyə Məclisnin (Sakrebulosunun) növbədənkənar iclası keçirilib. ZiM.Az-ın Gürcüstandakı xüsusi mübiri xəbər verir ki, İclasda Yeni çağırış Marneuli Bələdiyyə Məclisində (Sakrebulosunda) daimi fəaliyyətdə olacaq 5 komissiya yaradılıb, həmin komisiyyaların tərkibləri və rəhbərləri müəyyənləşib: Maliyyə-Büdcə komissiyasının sərdi - Roman Tabatadze, Sosial Məsələlər üzrə komissiyanın sədri - Besik Quceciani, Ərazi planlaşdırılması və İnfrastruktura komissiyasının sədri -Qivi Qiorqadze, Əmlak İdarəsi və Təbii Resurslar üzrə komissiyaya sədr - Nodar Mtvarelidze, Etika və Prosedur komissiyasının sədri kimi isə Riçard Qiqani seçilib.Sakrebulonun bu günki iclasında Marneuli Munisipalitetinin Meri Temur Abazov da iştirak edib.İclasda planla nəzərdə tutulan digər mövzular da müzakirəyə olunub. Belə ki, Sakrebulo komissiyalarının nizamnamələri təsdiqlənib və Sakrebulo fraksiyalarının yaranması haqqda məlumat verilib. Məsələ ilə bağlı Sakrebulo üzvü Besik Qelenidzenin təşəbbüsü ilə ilk “Gürcü Arzusu” fraksiyası qeydiyyatdan keçib. “Bakradze-Uqulava-Avropalı Gürcüstan” partiyasının nümayəndələri də fraksiya yaradacaqları barədə məlumat veriblər. Yaxında sözü gedən partiyanın fraksiyası yaranmaq üçün sənədlər qeydiyyatdan keçəcək.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.