Marneulili Gənclər üçün Treninq Gürcüstan » Borçalı 21 ноября 2017 Bu gün, 2017-ci il noyabrın 21-də Marneulili gənclər üçün, Munisipalitetin Meriyasında, “Ədliyyə sahəsində insan hüquqları, gənc aktivizm və liderlik, ictimai inkişafda gənclərin rolu və sosial sahibkarlığın əsasları, eyni zamanda gənclərin hüquqları, vəzifələri və məhkəmə haqqında ümumi məlumat” mövzusunda treninq keçirilib.Marneulidən Turac İbrahimova ZiM.Az-a bildirib ki, İnteraktiv xarakterli görüşdə 40 nəfər məktəb şagirdi və fəal gənc iştirak edib. Tədbir prezentasiyadan, mövzu ilə əlaqədar vokrşopdan və qrupla işdən ibarət olub.Tədbirin sonunda iştirakçılara treninqdən keçdiklərini təsdiqləyən sertifikatlar da təqdim olunub.Qeyd edək ki, “Gənc Refleks” layihəsi “Gənc Qafqaz İttifaqı” və “Açıq Cəmiyyət Gürcüstan” fondunun dəstəyi ilə müxtəlif Munisipalitetlərdə həyata keçirilir. Layihənin keçirilməsində əsas məqsəd isə Gənclərin hüquq ilə əlaqədar problemlərinin araşdırılması, analizi və mövzunun sistematik çərçivəyə salınması, müvafiq reaksiya, problemin həlli yollarına gənclərin cəlb olunmasıdır. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.