Səhiyyə naziri Davit Sergeenko Qızılhacılıda baş vermiş hadisə nəticəsində yaralanmış şəxslərlə bağlı məlumat verib Borçalı, Kriminal 20 октября 2017 19 oktyabr 2017-ci ildə, Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində “Gürcü Arzusu”nun ştabına naməlum şəxslər tərəfindən hücum edilib və odlu silahdan atəş açılıb. Nəticədə beş nəfər yaralanıb və onlar Marneulidəki “Geo Hospitals” klinikasına yerləşdiriliblər. O cümlədən, “Gürcü Arzusu”nun majoritar namizədi Ceyhun Çovdarov da yaralananalar arasındadır. ZiM.Az saytının Borçalıdakı xüsusi müxbiri Amil Məmmədov xəbər verir ki, gecə hadisə yerinə daxili işlər naziri Qiorqi Mğebrişvili və Gürcüstan Parlamentinin üzvü Arçil Talakvadze də gəliblər. Səhiyyə naziri Davit Sergeenko Qızılhacılıda baş vermiş hadisə nəticəsində yaralanmış şəxslərlə bağlı məlumat verib.Onun dediyinə görə, yaralılar əməliyyat olunub və davamlı müalicə almalıdırlar.“İki əməliyyat başa çatıb. Yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır olaraq dəyərləndirilir. Həmin klinikaya yerləşdirilmiş digər iki nəfər isə yüngül yara alıblar. Onlara artıq lazımi yardım göstərilib. Əməliyyatı başa çatmış iki yaralıya gəlincə, onlar davamlı müalicə almalıdırlar”. – deyə Sergeenko bildirib.“Geo Hospitals” klinikasının direktoru Tata Şenqeliyanın sözlərinə görə, xəstəxanada olan dörd nəfərdən ikisinin vəziyyəti qənaətbəxşdir, onları yəqin ki, bu gün evə buraxacaqlar, ikisi isə hələ də reanimasiya şöbəsindədir, bir nəfər isə ilkin yardım göstərildikdən sora evə buraxılıb.“Dörd yaralı gətirdilər, onlardan ikisinin vəziyyəti qənaətbəxşdir, qarın nahiyəsindən güllə yarası almış digər iki yaralıya gəlincə isə, vəziyyətləri ağırdır, onlar süni tənəffüs aparatına bağlı olaraq reanimasiya şöbəsindədirlər”, - Tata Şenqeliya bildirib.“Geo Hospitals”ın ərazisinə “Gürcü Arzusu”nun tərəfdarları toplanıblar. Buraya patrul polisi səfərbər olunub.Gürcüstan Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, yaralılar xəstəxanaya yerləşdiriliblər. Məsələ ilə bağlı Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurmanı nəzərdə tutan 117-ci maddəsi üzrə cinayət işi açılıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.