Qızılhacılıda deputatlığa namizəd güllələnib Borçalı, Kriminal 19 октября 2017 Oktyabrın 19-da saat 22.41-də Marneuli rayonunun azərbaycanlıların kompakt yaşadığı Qızılhacılı kəndində “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından bələdiyyə üzvlüyünə majoritar deputatlığa namizəd irəli sürülən Ceyhun Çoydarov güllələnib.ZİM.Az saytının Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, hadisə Qızılhacılı kəndindəki seçki qərərgahının önündə baş verib. Məlumata görə, deputatlığa namizədin dostları Anar Məmişov, Vüqar Bayramov və C.Çovdarovun qaynatası Azad Çobanov güllələnib.Hadisəni naməlum şəxslər törədib. Güllələnən şəxslər təcili olaraq xəstəxanaya çatdırılıb. Onların səhhəti ilə bağlı məlumat verilmir.Faktla bağlı Marneuli rayon polis idarəsi məlumatlıdır. Hadisə yerinə polis əməkdaşları gəliblər. Araşdırma aparılır.Nizami Məmmədzadə,jurnalistZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.