Qaçağan ərazi vahidliyində Temur Abasov təqdim edilib Gürcüstan » Borçalı 5 октября 2017 Bu gün, oktyabrın 5-də Marneuli bələdiyyəsinin Qaçağan ərazi vahidliyində “Gürcü Arzusu” partiyası yerli özünüidarə etmə seçkilərində Marneuli merliyi uğrunda mübarizə aparan Temur Abasovu kənd əhalisinə təqdim etdi. Bununla yanaşı, "Gürcü Arzusu" partiyasında siyahıda birinci sırada yer alan bələdiyyə məclisi sədirliyi uğrunda mübarizə aparan Amiran Qiorqadze və Qacağan ərazi vahidliyindən majoritar namizəd olan Hüseyin Hüseyinovun Qaçagan sakinlərinə tədimatı baş tutdu. Onlar iştirakçılara öz partiyalarının proqramını təqdim etdilər.ZiM.Az-ın Borçalıdakı müxbiri Amil Məmmədov xəbər verir ki, təqdimatda Gürcüstan parlamentinin majoritar deputatları: Ruslan Hacıyev, Tamaz Naveriani, Kvemo-Kartli qubernatorunun müavini Zaur Darğallı, Marneuli bələdiyyəsinin nümayəndələri də iştirak edirdilər və onlar əhaliyə səslənərək seçkilərdə “Gürcü Arzusu” partiyasını dəstəkləməyi dəvət etdilər.Görüşdə Qaçağan, Təkəli, Kirəc Muğanlı, Xancığazdı kəndlərinin sakinləri, müəllimlər, məktəb şagirdlər iştirak edirdilər.Marneuli merliyi uğrunda mübarizə aparan Temur Abasov əhaliyə səslənərək bildirdi ki, seçildiyim təqdirdə Marneuli şəhəri və onun kəntlərində mövcud olan problemlərin həlli üçün çalışacağını, həmçinin gənlərin yanında olacağınıda bildirdi:“Mən bilirəm ki kəndlərdə içməli su problemi var, suvarma suyu problemi var. Yol problemi var. İdman komleksleri yoxdu. Mən mer olandan sora bu problemləri həll edəcəm.”Tədbirin sonunda Anar Əskərovun çıxışı ilə tədbirə yekun vuruldu. ZiM.AZ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.