MARNEULİDƏ BİLİK YARIŞI KEÇİRİLİB Borçalı, QHT 23 апреля 2017 2017-ci il aprelin 22-də Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Marneuli rayonunda Azərbaycan dilli məktəblərin şagirdləri arasında ümumi fənlər üzrə rayon səviyyəli növbəti olimpiada keçirilib.Gürcüstandan Almaz Nadiroğlu ZiM.Az-a bildirib ki, “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın təşkilatçılığı ilə Azərbaycan dilli məktəblərin şagirdləri arasında keçirilən rayon səviyyəli olimpiada Gürcüstan Elm və Təhsil nazirliyinin və Marneuli rayon İcra hakimiyyətinin dəstəyi ilə baş tutub. Marneuli şəhərindəkiı 8 nömrəli İçtimai məktəbdə keçirilmiş Bilik Yarışında 21 məktəbdən (Əzizkənd, Alegt 1, Alget 2, Ağaməmmədli, Baydar, Dəmiyəgorarxı və s.), VIII, IX, X və XI siniflərindən olan 90 nəfərədək azərbaycanlı şagird iştirak edib. Olimpiadada şagirdlər ümumi fənlər üzrə (Gürcü dili, Azərbaycan dili, Ədəbiyyat, İngilis dili, Tarix, Riyaziyyat, Coğrafiya, Biologiya, Kimiya, Fizika) 10 sualı cavablandırıblar. Müsabiqədə iştirakçılara verilən sualları cavablandırmaq üçün 30 dəqiqə vaxt verilib. Suallar arasında Azərbaycan dili və Ədəbiyyat fəninə geniş yer ayırılıb. “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttfaqı”nın təşəbbüs təşkilatçılığı ilə həyata keçən olimpiadada 4 nəfər şagird qalib olub.Qaliblər 8-ci sinif üzrə Baydar İçtimai məktəbinin şagirdi Lətifə Şərəfova, 9-cu sinif üzrə Təkəli İçtimai məktəbinin şagirdi Cəsur Hacıyev, 10-cu sinif üzrə Əzikənd İçtimai məktəbinin şagirdi Aydəmir Bayramov, 11-ci sinif üzrə isə Qırxlı İçtimai məktəbinin şagirdi Ziyəddin Hüseynov seçilib. Birinci yerə çıxan şagirdlərə təşkilat tərəfindən xüsusi diplom və qiymətli hədiyyələr təqdim edilib. Hədiyyələrin təqdimat tədbirində Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev, Marneuli Resur Mərkəzinin rəhbəri Kənan Omarov, professor Mahmud Hacıxəlilov, məktəb direktorları, müəllimlər, ziyalılar və valideynlər iştirak ediblər. Tədbir zamanı parlamentin deputatı Mahir Dərziyev şagirdlər qarşısında çıxış edərək bu cür olimpiadaların keçirilməsinə görə “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttfaqı”nın sədri Səadət Zeynalqızına təşəkkürünü bildirib. O, belə müsabiqələrin şagirdlərə daha dərin elmi-biliyə yiyələnmələri üçün stimul verdiyini deyib. Sonra çıxış edən professor Mahmud Hacıxəlilov uzun illərdir ki, Azərbaycan dilli məktəb şagirdləri arasında belə olimpiadaların keçirilmədiyini bildirərək, ittifaq tərəfindən mərhələli şəkildə Azərbaycanlıların kompkt yaşadıqları rayonlarda bu cür bilik yarışlarının keçirilməsinin olduqca müsbət əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Sonda Gürcüstanda Azərbaycanlı müəllimlər İttifaqının sədri Səadət Zeynalqızı çıxış dərək olimpiadanın keçirilməsində göstərdiyi dəstəyə görə Marneuli rayon İcra Başçısı cənab Merab Topçuşviliyə dərin təşəkkürlərimiz bildirib. Daha sonra olimpiadada iştirak edən şagirdlərlə xatirə şəkili çəkdirilib. Məlumat üçün onu da bildirək ki, təşkilat tərəfindən növbəti olimpiadaların Bolnisi və Dmanisi rayonlarında keçirilməsi nəzərdə tutulur. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.