Yerişi, duruşu nazdı Tellinin... Gürcüstan » Borçalı 17 апреля 2017 Aşıq Telli BorçalıyaMənalı ötüşən hər günü, ayı,Solmayan bahardı, yazdı - Tellinin.Gözəldən gözəldi, incədən-incə,Yerişi, duruşu nazdı Tellinin.Bir şeyda bülbüldü, qonub gül üstə,Gah bəmdə çağlayır, gah da zil üstə.Kökləyib sazını ,,Sarıtel" üstə,Dilində nəğmədi, sözdü - Tellinin.O da bir aslandı öz meydanında,Az kişi tablaşar qız meydanında.Aşıq məclisində, söz meydanında,Daim sinəsində sazdı Tellinin.Kimi dərdə salsa, tapılmaz çara,Aşiqi zülfüylə çəkəcək dara.Ahılı, cavanı salır odlara,Baxışı alovdu, közdü- Tellinin.Bir belə gözəli saxla, ay Allah,Nurunu görəndə sönür ay, Allah.Yer-göyə sığmayan nazı var, vallah,Qəmzəsi könüllər üzdü - Tellinin.Elimin, yurdumun Xatun gözəli,Könlünə dəyməyin, sizdən küsəli.Ələsgər demişkən: ,,sözü məzəli",Söhbəti şəkərdi, duzdu Tellinin.Hər sözü, kəlməsi bizlərə xoşdu,Sazıyla kükrəyib nəğmələr qoşdu.Bu Mais Təmkinin ilhamı coşdu:Şəninə bu şeiri yazdı - Tellinin.Mais TƏMKİNZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.