Deputatlar Marneuli şəhərinin fəal xanımları ilə görüşmüşlər Gürcüstan » Borçalı 11 февраля 2017 Bu gün - 2017-ci il fevralın 11-də Gürcüstan parlamentinin Marneulidən seçilmiş majoritar deputatları Ruslan Hacıyev və Tamaz Naveriani Marneulidə 11 Fevral - "Beynalxalq qadın və qızların elmdə iştirakı günü" ilə əlaqədar olaraq şəhərin fəal qadınları və gənc qızları ilə görüş keçiriblər. Marneulidən AMM-in Gənclər təşkilatının sədri Nərgiz Əliyeva ZiM.Az-a bildirib ki, şəhərin tanınmış qadın müəllimləri, həkimləri, tələbə və şagird qızlarının iştirak etdikləri görüş olduqca məhsuldar olub. Görüşdə qadınların problemləri, təhsili və inkişafı müzakirə olunub. Deputatlar qadinlarımızın cəmiyyətdə böyuk rolu olduğunu və daha çox təhsilli qızlarımız və qadınlarımız olması üçün işlər görəcəklərini vurğulayıblar. Görüş diskusiya formasında davam edib və görüş iştirakcıları onları maraqlandıran problemlər və mövzular haqda deputatlara suallar ünvanlayıblar.Gürcüstan Parlamentinin Təhsil, elm və mədəniyyət komitəsinin üzvü deputat Ruslan Hacıyev, komitədə qızlarımızın təhsili ilə bağlı mövzulara toxunacağını vurğulayıb.Nərgiz xanım daha sonra əlavə edib: "Çox sevidrici haldır ki, deputatlarımızın simasında hakimiyyət qadınlara və onlarln fikirlərinə xüsusi önəm verir. Qadınların cəmiyyətdə fəallığı üçün bu görüşlərin rolu çox böyükdür.Seçkiöncəsi görüşlərdə şəxsən özüm kəndlərdə bu görüşlərə qatılırdım və orada Ruslan Haciyevin verdiyi sözlərə, vədlərə əməl edir. Belə ki, elə bu günkü görüşlərdə qısa zaman ərzində gördüyü işlərlə bağlı hesabatı və müzakirələri ümüd doğurdu..." Fürsətdən istifadə edərək, bütün xanımlarımızı və qızlarımızı "Beynəlxaq qadınlar və qızların elmdə iştirakı günü" münasibətilə ürəkdən təbrik edir, onlara "Bayramınız mübarək!" deyir və yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.