“Azərbaycanla bağlı iş görənləri “vətən xaini" elan edirlər”- Amil Hacıyev Gürcüstandan danışır

“Azərbaycanla bağlı iş görənləri “vətən xaini" elan edirlər”- Amil Hacıyev Gürcüstandan danışır Uzun illər Azərbaycan teleməkanında və mətbuatda çalışan
Amil Hacıyevi tanımayan çox az adam tapılar.
Gürcüstan vətəndaşı olmasına baxmayaraq, o, Azərbaycan mediasında çalışdığı müddətdə öz dəsti-xətti seçilməyi bacardı.
Lakin bir müddət əvvəl Amil Hacıyev öz fəaliyyətini davam etdirmək üçün Gürcüstana qayıtdı.
ZiM.Az onunla müsahibəni təqdim edir.


Xatırladırıq ki, Amil Hacıyev 1984-cü il oktyabrın 24-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Marneuli rayonunun Beytarabçı kəndində anadan olub.
1991-ci ildə Beytarabçı kənd orta məktəbinin birinci sinfinə daxil olub.
1993-2001-ci illərdə Bakı şəhəri Xətai rayonu 265 sayli məktəbdə oxuyub.
2002-2007-ci illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil alıb.
2005-ci ildən 2013-cü ilədək ANS televiziyasında çalışıb.
Burada əvvəlcə müxbir sonra İdman Departamentinin rəhbəri olub.
ANS TV-dən ayrılandan sonra “publika.az” saytında baş redaktor, “ölkə.az” saytında şef-redaktor işləyib.
2017-ci ilin əvvəlində Azərbaycanı tərk edən jurnalist doğulduğu Gürcüstan Respublikasına qayıdıb və hazırda orada çalışır.


-Amil bəy, bir müddət əvvəl Gürcüstana qayıdacağınızı media vasitəsilə bəyan etdiniz. Gürcüstanda jurnalistlik fəaliyyətiniz davam etdirirsinizmi?

-Bəli. Artıq burada fəaliyyət göstərən “Kvemo Kartli” televiziyasında həftədə 5 gün olmaqla, Azərbaycan dilində efirə gedən xəbərlər proqramının aparıcısı olacam. Eyni zamanda burada müsahibələr hazırlayıb, Azərbaycan mediasına da göndərirəm. Amma bundan əlavə ilk günlərdə sayt yaratmaq barədə düşünürdüm. Son günlər burada müşahidə etdiyim bəzi məsələlər bu prossesin sürətləndirilməsini zəruri edir. Planım artıq saytla yekunlaşmır. Daha böyük bir layihə haqqında da düşünürəm.

-Yaradacağınız sayt xəbər saytı olacaq, yoxsa…

– Sayt xəbər portalı olacaqdı. Çünki burada nə qədər işlər görülsə də, azərbaycanlıların böyük əksəriyyəti gürcü dilini bilmir. Biz sırf Gürcüstan mediasında gedən xəbərləri, burada baş verən hadisələri yaymaq istəyirdik. Amma artıq bu sayt yaradacağım yeni təşkilatın bir hissəsi olacaq. Çünki hazırda Gürcüstanda Azərbaycan barədə, eləcə də Azərbaycanda Gürcüstan barədə çox zaman həqiqətə uyğun olmayan məlumatlar yayılır.

-Qeyd etdiniz ki, təşkilat yaradırsınız. Bu təşkilatın məqsəd və məramı nə olacaq?

– Gürcüstan- Azərbaycan Media Mərkəzinin əsas məqsədi iki ölkə mediası arasında əməkdaşlıq, fikir, təcrübə mübadiləsi aparmaq, dostluq əlaqələri yaratmaq və s. Amma başlıca məqsəd hər iki dövlətin həqiqətlərini yaymaqdır. Son zamanlar müşahidə etdim ki, Gürcüstanda iki dövlətin dostluq münasibətlərinə mane olan qüvvələr var. Bunlarla mübarizə üçün həqiqətləri yaymaq lazımdır. Gürcüstan haqqında, orada yaşayan soydaşlarımızın sosial problemlərini qabartmaq, media vasitəsilə onlara dəstək vemək istəyirəm. Eyni zamanda bu prosses Azərbaycandakı gürcülərlə bağlı da aparılacaq. Artıq təşkilatın təsis edilməsi istiqamətində iş aparırıq. Bunun üçün təbii ki, hər iki ölkədən dəstək almalıyam. Təkbaşına ediləsi iş deyil.

O cümlədən burada gənc jurnalistlər var. Onlar üçün treninqlər, kurslar təşkil etmək, Azərbaycan mediasında təcrübə keçməsinə yardım etmək istəyirəm. Planlar çoxdur. Çalışıb bütün gücümlə bu layihəni reaallaşdıracam.

-Nə kimi dəstəyi nəzərdə tutursunuz?

-Təbii, birinci dəstəyi həmkarlarımdan gözləyirəm. Birgə işləyib böyük işlər görə bilərik. Gürcüstan- Azərbaycan Media Mərkəzi olaraq, biz həmçinin bir kommersiya təşkilatı kimi də fəaliyyət göstərəcəyik. İstənilən sayt, hətta televiziyalar bura gəlmədən müsahibə və tədbirlərin işıqlandırılması üçün bizə müraciət edə bilər. Bütün sadaladığım layihələri həyata keçirmək üçün maddi dəstək olmalıdır. Bunun üçün artıq komanda formalaşdırırıq. Müxtəlif qrant layihələrinə müraciət edərək, bu işləri həyata keçirəcəyik. Azərbaycan tərəfindən, dostlarımızdan mənəvi dəstək gözləyirik. Burada işləməyə həvəsli gənclər var. Sadəcə, onlara meydan vermək lazımdır. Məqsədimiz həmçinin pərakəndə deyil, birgə çalışmaqdır.

Xocalı faciəsinin ildönümü ilə bağlı burada əksəriyyət təşkilatlar və gənclər əl-ələ verib tədbirlər planı hazırlayırlar. Hamısını da öz gücləri hesabına. Məni də dəvət ediblər. İnandırım sizi, vaxti ilə qrant alıb özləri üçün təşkilat yaradan adamlar indi qıraqdan bizi söyməklə məşğuldur. Onlar elə bilir ki, Azərbaycan tərəfi bu gənclərə yardım edir. Sadəcə, pul ala bilmədikləri üçün aralarında mənim də olduğum gəncləri qınayırlar. Artıq sapı özümüzdən olan baltalar ortaya çıxıb. Onlar Azərbaycanla bağlı iş görənləri “vətən xaini” elan edirlər. Buna baxmayaraq, məqsədim buradakı gənclərlə əl-ələ verib, iki ölkənin dostluğuna dəstək olmaq və burada yaşayan azərbaycanlıların problemlərinə yardım etməkdir.

- Biz də Sizə gələcək fəaliyyətinizdə yeni yeni uğurlar arzulayırıq!..

BƏXTİYAR,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstanda GAXA.ge adlı yeni sayt fəaliyyətə başlayıb

Gürcüstanda GAXA.ge adlı yeni sayt fəaliyyətə başlayıb

Borçalı
AMM Gənclər şöbəsi cəbhədəki vəziyyətin gürcü mediasında işıqlandırılması ü ...

AMM Gənclər şöbəsi cəbhədəki vəziyyətin gürcü mediasında işıqlandırılması ü ...

Qarabağ, Borçalı
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan
AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

Borçalı, Tiflis
Yeni QHT:

Yeni QHT: "Gürcüstanda Azərbyacanlı Müəllimlər İttifaqı" (GAMİ)

Gürcüstan, Qarayazı
GÜLYAZ ƏLIYEVA  (1957-2011)

GÜLYAZ ƏLIYEVA (1957-2011)

TDPİ-nin Azərbaycan bölməsi, Kaspi
Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

---
RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

Gürcüstan, Borçalı, Siyasət
Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Milli Məclis, MEDİA, Gürcüstan, Borçalı
Marneulidə Temur Abasova dəstək konserti keçirilib

Marneulidə Temur Abasova dəstək konserti keçirilib

Borçalı
Əməkdaşlıq memorandumu imzalanacaq

Əməkdaşlıq memorandumu imzalanacaq

Borçalı, Elanlar
Azərbaycan-Gürcüstan dostluğu günləri mövzusunda yeni layihənin icrasına ba ...

Azərbaycan-Gürcüstan dostluğu günləri mövzusunda yeni layihənin icrasına ba ...

Ədəbi əlaqələr, QHT
“Biz bir olanda, erməni yalanları ayaq tutub yürüməz”

“Biz bir olanda, erməni yalanları ayaq tutub yürüməz”

Borçalı
Nərgiz Əliyeva: “Azərbaycanlıların Mədəniyyət Mərkəzi olaraq bizim əsas məq ...

Nərgiz Əliyeva: “Azərbaycanlıların Mədəniyyət Mərkəzi olaraq bizim əsas məq ...

Borçalı, "Region-Press"
“Salam” Mədəni Xeyriyyə Cəmiyyəti: “Xeyriyyəçilik işlərimiz çoxaldıqca, cəm ...

“Salam” Mədəni Xeyriyyə Cəmiyyəti: “Xeyriyyəçilik işlərimiz çoxaldıqca, cəm ...

---
BSU-nun rektoru: “Multikulturalizm həm burada birgə yaşayan xalqların həyat ...

BSU-nun rektoru: “Multikulturalizm həm burada birgə yaşayan xalqların həyat ...

BSU
Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir

Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir

Borçalı, Rusiya, Diaspora
Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa, Rusiya, Diaspora
“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

Gürcüstan, Siyasət
Birləşmiş Gürcüstan Aşıqlar İttifaqı fəaliyyətə başlayıb

Birləşmiş Gürcüstan Aşıqlar İttifaqı fəaliyyətə başlayıb

Borçalı
Rəy yazın: