Bayram Qaralov: D E Y İ R Borçalı, Başkeçid, Təbriklər 20 апреля 2015 Bayram Qaralov D E Y İ RAltımış yaşın da öz gözəlliyi-İnsan müdrükləşir, buna az deyirGörüb, götürdüyü əlindən tutur,Dindirəndə söz cavabın saz deyir. Ağrılı ürəklə dayandım, durdumXırda çırpılardan bir ocaq qurdumSənin qucağında ay ana yurdumAllaha ibadət yaşa, yaz deyir.Şükürlər olsun ki, nəvə də gördümAl-əlvan güllərdən telinə hördümDünyanın işini mən ondan sordumGördüm uşaq qızıl kimi söz deyir.19 aprel 2015-ci il REDAKSİYADAN:Biz də fürsətdən istifadə edərək ZiM.Az -ın bütün yaradıcı heyəti adından el ağsaqqalı Bayram Qaralovu həm anadan olmasının 60 illik Yubileyi və həm də BABA olması münasibəti ilə ürəkdən və səmimi qəlbdən təbrik edirik!..Ona uzun ömür, möhkəm cansağlığı, çoxlu-çoxlu nəvə-nəticələr, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!...Dərin hörmətlə,Müşfiq BORÇALI. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.