Baydar əsas məktəbində “Qələbə günü” Gürcüstan » Borçalı 10 мая 2016 May ayının 9-da qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Baydar kənd əsas məktəbində faşizm üzərində qələbənin 71 illiyinə həsr olunmuş tədbir keçirilib. Zim.Az-ın xüsusi müxbiri Elida Muxayeva bildirir ki, tədbir müharibə qurbanlarının şərəfinə düzəldilmiş elə məktəbin önündə yerləşən abidənin qarşısında baş tutub, müəllim və şagirdlərin qatıldığı tədbirə kənd sakinləri də qoşulub. Əvvəlcə abidə üzərinə çiçəklər düzülüb və müharibə qurbanları bir dəqiqəlik sükutla yad edilib.Tədbirin aparıcısı 11-ci sinif şagirdi Şıxıyev Nemət tədbiri açaraq sözü məktəbin tarix müəllimi Bayramov Şakirə verib. Şakir müəllim tədbir iştirakçılarına müharibə haqqında məlumat verərək, müharibə iştirakçılarının necə əzm və ruh yüksəkliyi ilə vuruşduğundan söhbət açıb. Daha sonra məktəbin təqaüddə olan tarix müəllimi Fərrux İrişov öz növbəsində şagirdlərə azadlığmız uğrunda canını fəda edən kişilərdən və eyni zamanda onlarla birgə igidlik göstərən qadınların da qəhramanlığından danışıb. Tarixçilər bu gün azad yaşamağımızın qurbanlarımız və həyatda olan müharibə veteranlarımız sayəsində olduğunu da vurğulayıblar.Daha sonra tədbir bədii hissə ilə davam edib. 11-ci sinif şagirdi Baxşıyev Alı, 9-cu sinif şagirdləri Dəmirçiyeva Xədicə və Selcan, Qurbanova Aytəkin, Baxşıyeva Sona, Qurbanov Hümbət, Çobanov Sakin,7-ci sinif şagirdi Şərəfova Lətifə, Qarayeva Fərqanə, Sultanova Cəvahir, Sultanova Mahizər çıxış ediblər. Şagirdlər “Ana və poçtalyon”u məharətlə səhnələşdiriblər, rollarını alqışa layiq ifa ediblər, qələbəyə aid şeirlərlə tədbir davam edib. Bu gün Baydar əsas məktəbində nəinki yuxarı sinif şagirdləri, ANA ,VƏTƏN sözlərini kağız üzərinə köçürə bilən birinci sinif şagirdləri belə bu günün əhəmiyyətini başa düşüb, qələbə sevinci yaşayıblar. Xatırladaq ki, tədbirin təşkilatçısı məktəbin müdirəsi Dəmirçiyeva Sevildir.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.