Marneulidə yeni layihənin təqdimatı keçirilib Gürcüstan » Borçalı 8 апреля 2015 Marneuli. Marneuli Gənclər Mərkəzində (MGM) “Regional planlaşdırmada cəmiyyətin biliyinin gücləndirilməsi və ictimai təşkilatların qoşulması” adlı layihənin təqdimatı keçirilib. Tədbirdə ətraf kəndlərdə yaşayan fəal gənclər və QHT rəhbərləri iştirak ediblər. MGM -nin mətbuat xidmətinin rəhbəri Aynurə Əliyeva çıxışında layihə çərçivəsində Kvemo Kartli bölgəsinin 2015-2017-ci illər üçün nəzərdə tutulan fəaliyyət planı haqqında iştirakçılara ətraflı məlumat verilib. Sonra gənclərin və QHT rəhbərlərinin rəy və təklifləri dinlənilib. Layihənin təqdimatı Vətəndaş İnkişaf Agentliyi (SİDA) və İctimai Təşkilatların Regional Şəbəkəsi (R-CSN) və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə keçirilib. Layihə “Regional və yerli inkişafın gücləndirilməsi” proqramı çərçivəsində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) və Avstriya İnkişaf Agentliyi (ADC) tərəfindən maliyyələşdirilib.MGM-nin mətbuat xidmətinin rəhbəri Aynurə Əliyeva açqılamasında Marneuli Gənclər Mərkəzinin layihənin Marneulidəki tərəfdaşı olduğunu bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində müxtəlif qruplarla görüşlər davamlı olaraq keçiriləcək. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.