Vaxtın sözü, sözün vaxtı...

Vaxtın sözü, sözün vaxtı... Hər olayın bir zamanı, hər sözün öz vaxtı, hər vaxtın da öz sözü var. Bu gün bu vaxtın szünü deməsən sonra gec olacaq, söz öz meyarını itirəcək, qiymətdən düşəcək. Ona görədə hər vaxtın öz sözünü demək əsas şərtdir . Vaxdında deyilən sözün kəsəri qılncdan itidir-deyiblər. Nədir vaxtın sözü? Yaşadığımız bu təlatümlü dünyada vaxtın lazımlı və vacib sözləri çoxdur. Bunların hamısını bircə-bircə sadalasan bir kitab yaranar. Yenicə öz müstəqilliyinə qovuşmuş ölkəmizin bu vaxtında o qədər deyilməli söz var ki, deməklə qurtarmaq olmaz. Təzə-təzə addımlayan bu məmləkətdə onun inkişafına, onun tərəqqisinə mane olmaq istəyənlər var. Bu da vaxtın vacib sözlərindəndir ki, onlara tutarli cavab verəsən öz qınlarına çəkilələr. Bu da reallıqdır ki, ölkəmizin müstəqilliyi dövründə, iqtisadiyyatın yeni-yeni inkişaf etdiyi vaxtda müxalifət qüvvələrinin baş qaldırıb ölkədə sakitliyi pozması Gürcüstana qarşı böyük təxribatdır. Budur vaxtın sözü, bunu hamı deməlidir. Hər əlinə qələm alıb jurnalistəm deyən şəxs ölkədə baş verən neqativ hallara qarşı öz kəskin münasibətini bildirməlidir. Sözün vaxtı çatanda mütləq deməlisən ki, qiymətli olsun, müsahibinə təsir etsin, hər hansı kriminal hadisəyə qarşı öz təsir gücünü göstərə bilsin.

Azərbaycanın alovlu vətənpərvər şairi Xəlil Rza Ulitürk bunu çox gözəl xarakterizə etmişdir:

Hər zaman kükrəmə, bəzən yavaş get,
Demə ki, tufanlar qəddimi əyməz.
Vaxtında güllə tək açılmayan söz,
Sahibinə dəyər, hədəfə dəyməz...

Çoxları sinələrinə döyərək gecə-gündüz vətən haqqında düşündüklərini deyir və onun uğrunda hətta canlarını belə verməyə hazır olduqlarını söyləyirlər.. Yazıqlar olsun ki, elə insanların--dırnaq arası liderlərin sözləri ilə əməlləri heç vaxtı üst-üstə düşmür. Belə üzdən iraq liderlərin sayı həddən artıq çoxalıb. Hal-hazırda bu liderlər qonşu ölkələrdə firavan yaşasalar da yenə bu torpaqdan əl çəkmək istəmirlər. Siz elə düşünməyin ki onlar bu torpaqları unuda bilmirlər. Əsla yox. Yenə də bu torpaqdan istifadə etməyə, hər hansı bir şöhrət zirvəsinə ucalmağa çalışırlar ki, mən də burda varam. Bu tip insanlar bədəndə əmələ gələn yara kimidir. Bu yaralar daimi orqanizmə ağrı verdiyi kimi, həmin insanlar da bu bölgəyə, onun əsl sahiblərinə eləcə əzab verir. Onlar yalnız bu torpaqlardan öz mənfəətləri üçün istifadə etməyə çalışır, hətta onları satmağa belə hazırdılar, təki onların cibləri dolsun. Adi bir vəzifəyə duranda, ya da bir şirkətə, cəmiyyətə rəhbəlik edəndə və yaxud mərkəzdə millətin nümayəndəsi seçiləndə, onların seçiçiləri tamamilə yaddan çıxır onları bu kürsüyə gətirənlər əbədi unudulur və həmin şəxslər öz qohum-əqrabasını başına toplayıb vəzifəyə yerləşdirir, güzaranına kömək edir, kasıb camaat isə kənarda qalır. Onda da vətəndaşların vətənə qarşı münasibətləri dəyişir və üz tuturlar başqa qonşu dövlətlərə (Rusiyaya, Azərbaycana, Türküyəyə və s.) çörək pulu qazanmağa. Onda bölgəmiz də seyrəkləşməyə başlayır, kəndlərimiz, obalarımız boşalır. Əgər düşüb regionumuzu kənd-kənd gəzsək yüzlərlə evlərin qapılarından iri qıfılların asıldığını görərik. Hanı bu millət, öz ev-eşiyini buraxıb, elini, yurdunu unudub hara gedib. Onların kiçik övladları necə və hansı dildə oxuyurlar? Öz tarixindən, bu günündən, adət-ənənəsindən halı ola bilirlərmi? Budur vaxtın sözü, budur əsas bəla. Bunu, vaxtı, məqamı çatmış söz kimi, hamımızın çəkdiyimiz problem kimi, sən deməsən, mən deməsəm, bəs kim deməlidir? Vaxtı ilə böyük Türk şairi Nazim Hikmət demişdir:

Sən yanmasan,
Mən yanmasam,
Biz yanmasaq
Necə çıxar
Qaranlıqlar aydınlığa...

Budurmu qanı-qanımızdan, canı-canımızdan.olan soydaşlarımızın öz sabahına ögey münasibəti? Harda qalıb liderlər, harda qalıb imkanlı bu ellərin oğulları? Son illər fikir verirsinizmi məktəblərimizin başına açılan qəribə oyunlara. Onların sayının günbəgün azalması, görəsən hansı lideri, hansı imkanlı eloğlumuzu düşündürür. Bir neçə ildən sonra bu millətin savadlı
insanlarının sayı barmaqla sayılan qədər azalacaq. Onda əsl faciə başlanacaq. Budur vaxtın sözü, vaxtın problemi. Düzdür, Marneulidə fəaliyyət göstərən Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti öz səmərəli fəaliyyətilə bu problemi qismən də olsa aradan qaldırmağa çalışır. Eləcə də ölkəmizdə olan başqa universitetlərin Marneulidə təşkil olunmuş filialları bu xeyrxah və lazımlı işi görür, ancaq bu çox azdır.
Məlum məsələdir ki, buradakı orta məktəblərimizi əla qiymətlərlə bitirən gənclərimiz ali təhsil almaq üçün Azərbaycanın Bakı, Gəncə və başqa şəhərlərinə gedir, qəbul olur, ali məktəbi bitirir, ancaq geri, öz yurduna qayıtmır. Bu da bizim təhsilimizə böyük zərbə vurur, məktəblərimizdə müəllim çatışmamazlığı özünü birüzə verir. Real faktdır ki, son illərdə yüzlərlə valideyin öz uşaqlarını gürcü dilli məktəblərə qoyurlar. Bu bir tərəfdən yaxşıdır, dövlətimizin dilini bilmək hamı üçün lazımdır. Ancaq bizim öz milli adət-ənənələrimiz, milli əxlaqi dəyərlərimiz harda qalır. O, körpə necə böyüyür, onun əxlaqi-düşüncəsi necə inkişaf edir. Bax əsas məsələ budur. Vaxtın sözü məhz budur, hansı ki, həlli gözlənilən çox vacib məsələ kimi bizim qarşımızda durur. Gürcü dilli məktəblərdə Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Azərbaycanın əxlaqi-dəyərləri tədris edilirmi? Əlbəttə yox. Bəs necə etməli? Çıxış yolunu harda və necə tapmalı?
Böyük ingilis dramaturqu V. Şekspir vaxtilə demişdir: “Qəhrəmanlıq zirvəyə çıxmaqda deyil. Əsl qəhrəmanlıq bu zirvəni saxlamaqdır”.
Ona görə açıq deməliyik ki, elini-obasını, dilini, mənsəbini qorumaq inkişaf elətdirmək üçün gürcü dilli məktəblərə uşaq qoymaq əsas şərt deyil. O, qədər gürcü dilini bilən mütəxəsislərimiz ortalıqlarda boş-bekar gəzir ki, sayı-hesabı yoxdur.
Zaman-zaman yaşadığımız bölgənin başına çox bəlalar gəlib. Onun torpaqlarını hissə-hissə kəsib özününküləşdiriblər bədnam erməni qonşularımız.
Vaxtilə bircə kəlməsi ilə göydə quşlar qanad saxlayan müdrik el ağsaqqallarımız artıq həyatda yoxdur. Onların törəmələri isə zəmanənin abı-havasına aldanaraq başqa səmtə doğru istiqamət götürüblər. El də yaddan çıxıb, torpaq da unudulub. Şöhrət gözlərini tutan bu şəxslər hazırda həyata meydan sulayır, “burda mənəm, Bağdadda kor xəlifə”-deyirlər. Ellərimizə-obalarımıza müdrik ağsaqqallıq edən, sözü-söhbəti, bacarıq və qabilyəti ilə bir qoşunu geri qaytaran ər oğullar—Səməd ağalar, İstil İsmayıllar, Mehralı bəylər, Haley bəylər, İsaxan ağalar ərşə çəkilib. Onların yerini isə süni südlə böyümüş şöhrətpərəstlər tutur. Budur vaxtın sözü. Bu dediklərim hamını narahat etməlidi. Hamı vaxtın sözü nə olduğunu bilməlidir. Və həmin sözləri yerində işlətməli, onun mənəvi mənasını başa düşməli, vaxtın, zamanın, anın vacib sözü olduğunu bilməli, neqativ hallara qarşı öz kəsgin etirazını vaxtı çatmış sözlə bildirməlidir. Sözün vaxtı çatdımı, məqamı düşdümü deməlisən. Azərbaycanın ustad aşığı Şəmşir vaxtı ilə demişdir:

Xəstə şəfa tapar təri gələndə,
Həkim ona-yönü bəri gələndə,
Əgər deyə bilsən yeri gələndə
Qılncdan kəskindir söz vədəsində.

Istədiyin sözü, istədiyin vaxt demək olmaz. Sözü gərək məqamında, vaxtı başının üstünü alanda deyəsən. Məqamı çatmış sözləri kim deməlidir? sualına cavab olaraq deyirəm ki, o sözün arxasında duran və öz müdrik kəlamları ilə dağı dağ üstə qoyan, onun mənəvi-dəyərini dərindən başa düşən, kəlamı kiməsə bir məlhəm qədər kömək edərsə, o adamlar deməlidir vaxtın sözünü. Böyük Nizami vaxtı ilə yazmışdır:

Sözünə olmasa layıq bir cavab,
Dəyərli sözləri eyləmə xarab.
Boş-boş söyləməkdən saxla özünü,
Ağzına qıfıl vur, yandır sözünü.

Həyatda hər şey sözlə yaranır, onla bərqərar olur. Dünya sözlə idarə olunur. Vaxtında deyilmiş sözün çox dəyərli qiyməti var. Söz o vaxt gözəl təsir bağışlayır ki, vaxtında deyilir və müsahibin səni anlayır, başa düşür. Görün Nizami vaxtında deyilmiş sözə necə qiymət verir:

Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.

Artıq içilən su kimi, artıq ifadə olunan və yersiz deyilən söz də insana əzab, əziyyət verir. Birdən elə bir, vaxtı çatmamış söz deyirsən ki, bu da sənin həyatın bahasına başa gəlir.
Açıq etiraf eyləmək lazımdır ki, vaxtında, məqamında sərrast sözü demək üçün dilçi alim olmaq o qədər də əsas şərt hesab edilməməlidir. Əsası odur ki, ağzından çıxartdığın söz vaxtında deyilsin və hədəfə dəysin. Böyük dahilər söz haqqında çox yazmışlar, çox düşünmüşlər, çox baş yormuşlar. Sözün qüdrətinə, onun dəyərinə şox yüksək qiymət vermişlər. Azərbaycanın böyük dövlət xadimi, sərkərdəsi, şairi Şah İsmayıl Xətai sözün məcazi mənasını belə açıqlayır:

Söz vardır kəstirər başı,
Söz vardır kəsər savaşı...

Səyavuş UYĞUN
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
XIX ƏSRİN AZƏRBAYCAN İNSANI İLƏ XXI ƏSRİN AZƏRBAYCAN İNSANI ARASINDA YENƏ D ...

XIX ƏSRİN AZƏRBAYCAN İNSANI İLƏ XXI ƏSRİN AZƏRBAYCAN İNSANI ARASINDA YENƏ D ...

Publisistika, Köşə yazılar
Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!..

Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!..

Təhsil, Gürcüstan, Borçalı, Darvaz, Müşfiq Borçalı, Köşə yazılar
Təbrik edirik, Rəşad həkim!..

Təbrik edirik, Rəşad həkim!..

Səhiyyə, Təbriklər
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU
SAMİRƏ SEYİDOVA:

SAMİRƏ SEYİDOVA: "MƏNİM ANA DİLİM, MƏNİM ÖZ DİLİM!"

Məktəblər, Köşə yazılar
Düşünməyə dəyər:

Düşünməyə dəyər: "Nədən boşanmış qadınlar, ya boşanmaq istəyən qadınlar in ...

"Elm və Təhsil", Köşə yazılar
Ulaşlı Qiyas ağa

Ulaşlı Qiyas ağa

Borçalı
Xatirə ömrü

Xatirə ömrü

Milli Məclis, Poeziya
Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

MEDİA, Tiflis, Köşə yazılar
“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…”

“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…”

Qaraçöp, Köşə yazılar
Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

Regionlar, Səhiyyə
Ulu öndər Heydər Əliyevin Müdrik fikirləri

Ulu öndər Heydər Əliyevin Müdrik fikirləri

Azərbaycan
Xaricdə təhsilə maraq

Xaricdə təhsilə maraq

Təhsil
Həyatımızdakı “SON”lar

Həyatımızdakı “SON”lar

Publisistika, Müsabiqə
Nailə MİRZƏYEVA:

Nailə MİRZƏYEVA: "Darısqallıq" (HEKAYƏ)

AzTU, Nəsr
SÖZün qədrini bilən şair

SÖZün qədrini bilən şair

"Şərqin səsi", Ədəbi tənqid
ANA DİLİMİZİN ADI NƏDİR?..

ANA DİLİMİZİN ADI NƏDİR?..

Köşə yazılar
Buludxan Xəlilov:

Buludxan Xəlilov: "Azərbaycan dili qədər təqibə, təzyiqə qalan dil yoxdur ...

ADPU
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİ və KADR PROBLEMİ

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİ və KADR PROBLEMİ

Tiflis, Qarayazı
Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Poeziya, Borçalı, "Borçalı" Cəmiyyəti
Rəy yazın: