Gürcüstanda SOCAR-ın maliyyə vəsaiti hesabına təmir olunmuş daha bir məktəb istifadəyə verilib Gürcüstan » Borçalı 4 марта 2016 04.03.2016 Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Lecbəddin kəndində SOCAR-ın maliyyə yardımı ilə yenidən qurulan orta məktəbin açılışı olub.Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Gürcüstanın elm və təhsil naziri Tamar Sanikidze, Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xzinaşvili, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, parlamentin deputatı Mahir Dərziyev, səfir Azər Hüseyn və digər rəsmi şəxslər iştirak ediblər.Bildirilib ki, SOCAR-ın Gürcüstan nümayəndəliyinin xeyriyyə layihəsi çərçivəsində azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Lecbəddin kəndindəki orta məktəbdə tikinti-yenidənqurma işlərinə 2015-ci il iyulun 10-da başlayıb.İkimərtəbəli məktəbin təmirə qədər ümumi sahəsi 720 kvadratmetr olub. Yenidənqurma işlərindən sonra bu təhsil ocağının sahəsi 960 kvadratmetr olub. Məktəbdə 19 sinif otağı, kitabxana, müəllimlər otağı, yeməkxana, kabinet və informatika otağı var. Burada 130 şagird təhsil alır.Müasir istilik sistemi ilə təmin olunmuş məktəbin həyəti də yenidən qurulub, idman meydançası salınıb, kənddə yaşamış Böyük Vətən müharibəsi veteranlarının və Qarabağ müharibəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun xatirəsinə ucaldılmış abidə də bərpa olunub.Rövnəq Abdullayev deyib ki, Azərbaycan Prezidenti Gürcüstana səfəri zamanı bu ölkədə azərbaycanlıların təhsil aldıqları məktəblərin hamısının təmir olunacağını bildirib. Bu məktəbin binası da məhz Azərbaycan dövlətinin tapşırığına əsasən SOCAR tərəfindən təmir olunub. Azərbaycanlıların təhsil aldıqları digər məktəblər də təmir olunacaq.Nazir Tamar Sanikidze göstərilən diqqət və qayğını yüksək qiymətləndirib və Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.Deputat Mahir Dərziyev və digər çıxış edənlər Azərbaycanın çətin günlərdə Gürcüstana daim yardım etdiyini söyləyib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.Xətayi ƏzizovAZƏRTAC-ın xüsusi müxbiriTbilisi. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.