GAK 20 Yanvar Şəhidi İlqar Əhmədovun məzarını ziyarət edib Bolus, UNUTSAQ, UNUDULARIQ!...., QHT 20 января 2018 Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) rəhbərliyi və nümayəndələri 1990-cı ilin Qanlı 20 Yanvar faciəsi zamanı Şəhid olmuş İlqar Hümmət oğlu Əhmədovun qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd qəbirstanlığındakı məzarını ziyarət ediblər. GAK-ın nümayəndələri şəhidin məzarının üzərinə əklil qoyublar. Anım mərasimində GAK-ın sədri Hüseyn Yusubov, GAK-ın Faxralı kəndi üzrə nümayəndəsi Alı Xuduyev, GAK-ın nümayəndələri - Fatimə Aslanqızı, Hacı xanım Validə Xəlilova, kəndin ziyalılarından Cümşüd Gülməmmədov, Sayad Allahverdiyev, Şəhid İlqar Əhmədovun ailə üzvləri, həmçinin Faxralıdakı 1 nömrəli məktəbin müəllim və şagirdləri iştirak ediblər.Anım mərasimində mərhumun ruhuna dualar oxunub. Faxralı ziyalıları İlqar Əhmədovla bağlı xatirələrini danışıblar.Şagirdlər şəhidə həsr olunmuş şeirlər oxuyublar. Anım mərasimi şəhidin doğulduğu evin ziyarətilə başa çatıb.Yaşar ƏSGƏROV,Tbilisi Dövlət Universitetinin tələbəsi,Professor Mədəd Çobanov adına Fəxri təqaüdçü,ZiM.Az-ın xüsusi müxbiri. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.