Saz, söz sərrafı – şair NƏBİ FAXRALI

Saz, söz sərrafı – şair NƏBİ FAXRALI Azərbaycan aşıq sənətinin uzaq keçmişlərdən soraq verən qədim tarixi vardır. Lakin uzun zaman bu sənətin öyrənilmə və öyrətmə metodu öz məhvərindən uzaq olmuşdur.
Xalq ədəbiyyatında və folklorşünaslıq elmində aşığın müxtəlif önəmli xarakteri təhlil edilib sürəkli şəkildə təqdim olunma mexanizminin mövcudluğu bu və digər alimlərin araşdırmalarında qeyd olunmuşdur. Azərbaycan aşıq sənətinin tam şəkildə öyrənilməsi üçün ayrı-ayrı mühitlərin araşdırılması və tədqiqata cəlb olunması məqsədəuyğundur.


Şifahi xalq ədəbiyyatının janr özünəməxsusluğunu, milli adət-ənənələrini bu gün də qoruyub saxlayan, xalq sənətini zaman-zaman yaşadan, formalaşdıran mühitlərdən biri də Borçalıdır. Bu mühitin tarixən müəyyən ənənələrə malik olması, ustad və ifaçı aşıqları ilə seçilməsi Borçalı aşıq mühitindən kifayət qədər söz açmağa imkan verir. Ulu müdriklərimiz demişkən, torpağın müqəddəsliyi, gözəlliyi onun yetirdiyi barında, bərəkətindədir. Barın təamı qüvvətli, yararlı olanda ondan dadıb – tamsınanlar da güclü, qüvvətli, namuslu, qeyrətli, istedadlı və müdrik olurlar. Belə müdriklər, istedadlar o torpağın başını ucaldır, şöhrətini el – obalarda yayır – yaşadır və müqəddəsləşdirir. Bu baxımdan, Borçalı da müqəddəs torpaqdır. Onun əzəmətli dağları, loğman laylaqları kimi, saz – söz sənətkarları da vüqarlıdır. Borçalı aşıqları xalqın şad günündə (el bayramları, toy məclisləri), həmişə xalq arasında olmuş, xoş avazları, şən havaları ilə elin-obanın ruhunu oxşamış, xeyir-dualarını xalqdan əsirgəməmişlər. Belə ki, bu sənət formalaşdığı dövrdən, insan aləmini, onun istək və arzularını, ağrısını, acısını, sevincini, kədərini, sevgi və iztirablarını tərənnüm edir.
Azərbaycan aşıq sənətində bir çox məktəb mövcuddur. Hər bir məktəbə məxsus aşığın da ifa tərzi, bölgə xüsusiyyətləri ilə bağlıdır. Qeyd edim ki, bu bölgələrin arasında Borçalı aşıq məktəbi öz üslubu ilə çox fərqlənir. Belə ki, Borçalı aşıqları ancaq təklikdə ifaya üstünlük verirlər. Borçalı mahalında, eləcə də digər bölgələrdə aşıq yaradıcılığının inkişafında el şairlərinin də xidməti az deyil. Belə üslubda şeir yazan şairlərə bəzən haqlı olaraq "saz şairləri" də deyirlər.
Borçalı ədəbi mühitində Aşıq Oruc, Aşıq İsmayıl, Aşıq Həsən, Dost Pirməmməd, Alxasağa, Güllər Pəri, Aşıq Şenlik, Aşıq İbrahim, Qul Allahqulu, Şair Ağacan, Aşıq Sadıq, Sarvan Bayram, Xındı Məmməd kimi saz-söz ustaları olub. XIX əsrin sonu, XX əsrin əvvəllərində özünün “qızıl dövrü” nü yaşamış Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri də el şairi Nəbi Orucoğlu-Faxralı dır (1873-1945).

Şair Nəbi yaradıcılığı ilə kökü minillərin dərinlikliklərinə gedən qədim ozan-aşıq sənətinin əsrlər boyu formalaşmış ənənələrinə, aşıq poeziyasının Qurbani, Qaracaoğlan, Abbas Tufarqanlı, Dadaloğlu, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Ələsgər kimi qüdrətli nümayəndələrinin yaradıcılığına, Vaqif ədəbi məktəbinin poetik imkanlarına söykənir. Şairin əlimizə gəlib çatan 250-yə yaxın şeiri, eləcə də deyişmələri və yaratdığı “Mehdi bəyin dastanı” onun məhz aşıq poeziyası üzərində yüksəldiyini, öz əsərləri ilə aşıq poeziyası xəzinəsini zənginləşdirdiyini, özündən sonrakı el şairlərinin yaradıcılığına əhəmiyyətli təsir göstərdiyini təsdiqləyir.

1873-cü ildə Borçalı Mahalının Faxralı kəndində kasıb kəndli ailəsində anadan olan şair Nəbi savad almağa imkan tapmasa da, fitri istedadı sayəsində 14-15 yaşlarından aşıq poeziyasının müxtəlif formalarında bir-birindən gözəl şeirlər yaratmışdır. Buna görə də şair Nəbi elə həmin illərdən el şairi kimi şöhrət qazanmış, gəraylı, qoşma, divani, müxəmməsləri... dildə-ağızda dolaşmış, dövrünün saz-söz xiridarlarının diqqətini cəlb etmişdir. Borçalıda və ətraf bölgələrdə keçirilən toy məclislərinə dəvət alan, güclü poetik nəfəsi, mükəmməl şeirləri ilə könülləri rövnəqləndirən, bədahətən qoşqular söyləyən Şair Nəbi dövrünün ən müqtədir el sənətkarları arasında özünə-məxsus yer tutmuşdur. Onun Aşıq Ələsgərin bağlamasını açması, Çıldırlı Aşıq Şenlik, Göyçəli Dost Pirməmməd, Təhləli Şair Novruz və başqa sənətkarlarla deyiş-mələri, “Mehdi bəyin dastanı” kimi gözəl dastan yaratması, zəmanəsinin Şair Ağacan, Qaraçöplü Aşıq Musa, Aşıq Sadıq Sultanov, Miskinoğlu Allahverdi, kimi saz-söz ustaları ilə dostluq və yaradıcılıq münasibətlərində olması təkcə Borçalı ədəbi və aşıq mühitində yox, həm də XIX əsrin sonu-XX əsrin əvvəllərində klassik aşıq poeziyasında özünəməxsus yer tutduğunu göstərir.

Xöşbəxtlikdən Borçalı Şair Nəbinin yaradıcılığının bir hissəsi özünün sağlığında yazıya köçürülmüşdür. Bununla belə, Borçalının digər el şairləri kimi, Şair Nəbinin yaradıcılığı da uzun illər tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Deyilənlərə görə, Şair Nəbinin çox zəngin ədəbi irsi olmuşdur. Onun bu irsinin əhəmiyyətli hissəsi hələ də hafizələrdə və arxivlərdə yaşayır. Şair Nəbi oxumaq-yazmaq bilmədiyindən bədahətən dediyi şeirləri yazıya köçürə biməmiş, həmin əsərlər ağızdan-ağıza keçərək başqalrı tərəfindən qələmə alınmışdır. Beləliklə, şairin ədəbi irsinin bir hissəsi itib-batmış, müəyyən hissəsi isə bugünümüzə gəlib çatmışdır.
Poeziya bir aləmdir, əsl şair isə onun nurlu günəşi. Şair qəlbi nurlu olur. Həqiqi şair dünyanı işıq selində, işıq içində görür – şair Nəbi kimi. Şair Nəbi qəlblərdə məskən salan, könüllərə işıq saçan əbədi bir xatirədir. Şar Nəbi poeziyasının xüsusi bir rəngi, boyası var. Bu boyanı onun şeirindən ayırmaq olmaz. Ayırmaq mümkün olsa, şeir bütün ifadəlik məziyyətlərini itirər. Onun şeirlərini oxuduqca misralar sanki ana südü kimi, bulaq suyu kimi içilir, mənəviyyatımız nurla, şəfqətlə qidalanır.
Şair Nəbi öz şeirlərində vətənin ucsuz-bucaqsız düzlərindən, başı göyləri dələn dağlarından, dibi gün görməyən meşələrindən, lilparlı buz bulaqlarından söz açır, xınalı qayaları, naxışlı daşları, yalçın qayaları, laləli, nərgizli çəmənləri böyük iftixar hissi ilə vəsf edir.

Getdim gördüm bir səfalı yurd olub,
Əməli, ağbəti düz olan dağlar.
Hər şeyə bərabər gülab suları,
Qaynaq bulaqları göz olan dağlar.

Və ya:

Şair Nəbi səndə gəzdi bir zaman,
Çəkilməz sərindən çiskinli duman.
Çuxur, günavarda bənövşə, reyhan,
Süsənli, sünbüllü, laləli dağlar.

Şair Nəbi yaradıcılığında klassik aşıq şeirinin bütün formalarından istifadə etməklə qiymətli ədəbi nümunələr yaratmışdır. Onun divani, təcnis, gəraylı, qoşma, müxəmməs və s. biçimli şeirləri mükəmməlliyi, ifadə və təsvir vasitələrinin təzəliyi ilə seçilir. O, incə aşiqanə vəsfləriylə məhəbbət lirikasının gözəl nümunələrini yaradıb:

Gizlincə dərdinə düçür olmuşam,
Etmərəm sirrini bəyan gözəlin.
Canımı oxlara qoydum nişana,
Gözü cəllad, qaşı kaman gözəlin.

Şair Nəbinin yaradıcılığında gözəllərin aşiqə etdikləri işvəsi-nazı, qəmzəsi də bədii ifadəsini sadə, aydın şəkildə tapıb:

Sallanıb gedişin od salır cana,
Zülfün havalanıb düşür hər yana.
Layiqdi dəstində olaydım şana,
Yapışaydım ətir-ənbər telindən.

Şair Nəbi haqq, dilək adamı, din, təriqət yоlçusudur. Qəlbindən Allah eşqi, dilindən haqq duası əskilmir. Hər an ulu yaradana sitayiş, dərin etiqad, haqqa inam, insanlığa mərhəmət, halallıq, хeyirхahlıq şeirlərinin ana хəttini təşkil edir. Yaradıcılığının çоxunu dərin, hikmətli ustadnamələr, dini səpgili şeirlər, bağlamalar, təcnislər, təхmislər təşkil edən şair Nəbinin şeirləri məna və məzmununa görə insanlığı kamilliyə səsləyən, hikmət dərslərini andıran həyat həqiqətləridir.

Yazılanlar gəldi başa, qələminə çox şükür,
Cümləmizə muraz verən, kərəminə çox şükür.
Göydən dörd baş kitab endi, əzəl başdan İncili,
Biz götürdük ol Quranı, kəlamına çox şükür.

Şair Nəbi dövrünün ustad sənətkarlarından idi. Onun görüb-eşitdiklərini fitri istedadla mənimsəməsi, məclis aparmaq qabiliyəti, natiqliyi, şairliyi, hazırcavablığı, dastan danışmaq və yaratmaq bacarığı xüsusilə qeyd edilmişdir. Borçalı el şairlərinin aşıqla bərabər məclis aparması yalnız bu aşıq mühitində müşahidə olunur. Şair Nəbi də ozan-aşıq ənənəsində özünəməxsus yeri olan bu keyfiyyəti çox uğurla davam etdirən ustadlardan olmuşdur.

İkinci məqamsa Şair Nəbinin saz çala bilməməsi ilə bağlıdır. Elə bilirik ki, bu, sırf texniki ifaçılıqla bağlıdır. Çünki, şair havacatlara vaqif idi. Havaları sinəsindəki deyil, könlündəki sazda çalırdı. Görünür, sözə qarşı həddən artıq həssaslığı onu ifanın texniki tərəfləri ilə bağlanmağa qoymurdu. Buna görə də həmişə Şair Nəbinin yanında müşaiyətçilər- “saz tutanlar” olmuşdur ki, onlar sözlə havanın vəhdətini yaratmağa xidmət etmişlər. Görkəmli sənətkarımız Aşıq Hüseyn Saraclı da 3-4 il Şair Nəbinin yanında “saz tutmuşdur.”

Şair Nəbi özündən əvvəlki xələflərinin söz-sənət səltənətini özünəməxsus mükəmməl şeirləri, söz sınağından üzüağ çıxan deyişmələri, yaratdığı əhvalatları və dastanı ilə zənginləşdirmiş, dövrünün qüdrətli sənətkarı, bənzərsiz söz ustadı kimi tanınmışdır. Şair Nəbinin gəraylı, qоşma, müхəmməs və s. şeirlərində dərin hikmət, həyat həqiqətləri, sabaha inam vardır. Elə buna görə də оnu söz sərrafı sanırıq. Şeirləri dillər əzbəri, öyüd-nəsihətləri qulaqlardan getməyən Şair Nəbinin həyat və yaradıcılığı hələ çox araşdırılacaq, haqqında çox yazılacaq və onunla bağlı xatirələr heç vaxt unudulmayacaqdır.

Çingiz Haley oğlu Qasımov,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Qaraçöplü Musa (1885 - 1965)

Qaraçöplü Musa (1885 - 1965)

Folklor, Qaraçöp
Aşıq Tərmeyxana və  Aşıq Telliyə BAŞSAĞLIĞI

Aşıq Tərmeyxana və Aşıq Telliyə BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ƏLİ FAXRALI (1926)

ƏLİ FAXRALI (1926)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
AŞIQ ZİYƏDDİN        BUDAQOV        (1987)

AŞIQ ZİYƏDDİN BUDAQOV (1987)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Tiflisdə

Tiflisdə "Haqqa sarı" kitabının təqdimatı keçirilib

Borçalı, Tiflis
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Folklor, Bolus
ŞAİR NƏBİ FAXRALI (1873-1945)

ŞAİR NƏBİ FAXRALI (1873-1945)

Bolus, Müşfiq Borçalı
AŞIQ SONA HAMAMLI (1918-1988)

AŞIQ SONA HAMAMLI (1918-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Başkeçid
Qiymətli tədqiqat əsəri

Qiymətli tədqiqat əsəri

Ədəbiyyatşunaslıq, Ədəbi tənqid, Darvaz, Arxiv

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin səkkizinci toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"
AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
Borçalıda Ozanlar ozanı TƏHLƏLİ NOVRUZun  xatirəsi anılıb

Borçalıda Ozanlar ozanı TƏHLƏLİ NOVRUZun xatirəsi anılıb

Borçalı, Qarayazı
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
AŞIQ ƏMİR SARALLAR (1923-1992)

AŞIQ ƏMİR SARALLAR (1923-1992)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Rəy yazın: