Səringül Sadə: MƏNİ DAĞLARA YETİRİN... Gürcüstan » Başkeçid 8 февраля 2018 SƏRİNGÜL SADƏ(Səringül Ömər qızıİsmayılova)(1958)Səringül Ömər qızı 1958-ci ildə Ulu Borçalımızın qədim Başkeçd (indiki Gürcüstanın Dmanisi) rayonundakı Qızılkilsə kəndində anadan olub. O, şeir-sənətlə nəfəs alan bir ailədə, dağlar qoynunda böyüyüb boya-başa çatıb. Səringül Sadə hələ kişik yaşlarında ikən anası Xanımın çaldığı laylaları dinləyib, atası Ömər müəllimin dediyi bayatılara qulaq asıb, qardaşı İladi Öməroğlunun, bacısı Səadət Butanın şeirlərini oxuyub. Qanda-canda ilham olduğu üçün, o da hələ orta məktəbdə oxuduğu illərdən əlinə qələm alıb, öz ürək sözlərini şeirlə deməyə başlayıb.1975-ci ildə orta məktəbi, 1990-cı ildə Bakıda Texniki Peşə məktəbinin şirniyyat ixtisasını, 1992-ci ildə isə Mühasbat uçotu kursunu bitirib. Səringül xanımın bəxtinə sanki qürbət ellər yazılmışdır. O, Türkiyədə, daha sonra Avropa və Ərəb dövlətlərini gəzmiş, Kamboca, Tailand, İndoneziya, Malayziya və s. ölkələrdə olmuşdur. Harada yaşamasından asılı olmayaraq, Səringül xanımın qəlbi həmişə vətənlə, yurdla, el-oba ilə döyünmüşdür. O, vətən həsrətli şeirlər, bayatılar yazmışdır.Səringül Sadə hazırda Bakıda yaşayıb-yaradır. Doğma yurdun gözəlliklərindən, yam-yaşıl yamaclardan, başı qarlı dağlardan, diş göynədən buz bulaqlardan və eləcə də, dup-duru bulaq kimi coçub-çağlayan şairə bacısı Səadət Butadan ilham alaraq "Səringül Sadə" imzası ilə şeirlər, bayatılar yazan Səringül xanımın "Könlümün barı" adlı şeirlər kitabı artıq çapa hazırdır. Biz də aşağıda Səringül xanımın bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.AzAZƏRBAYCANÜmid yerim, Azərbaycan,Torpağın ləl, daşın mərcan.Yaşamaram sənsiz bir an,Sən nəfəsim, mən quru can,Azərbaycan, Azərbaycan!MƏNİ DAĞLARA YETİRİNYuxumda dağı görmüşəm,O keçən çağı görmüşəm.Buzlu bulağı görmüşəm,Məni dağlara yetirin.Düşmüşəm sağdan aralı,Olmuşam qəlbi yaralı.Dağsız bənizim saralı,Məni dağlara yetirin.Bildim özümü dağlarda,Dedim sözümü dağlarda.Tapdım dözümü dağlarda,Dərdə çözümü dağlarda.Məni dağlara yetirin,Bu arzumu tez bitirin.QÜRBƏTQürbət eldə qalmaq çətin,Azad nəfəs almaq çətin.Sən qürbətin çək xiffətin,Görək rəngin saralmazmı?Qürbətdə tək olanların,Qəlbi qəmlə dolanların.Dərd-azarı bulanların,Deyin, səbri daralmazmı?Göz yaşını tökənlərin,Qürbətdə qəm çəkənlərin.Səringülə çəkənlərin,Dağlarını qar almazmı?DÜNYANIN Arif olanlar, söyləyin,Varmı səfası dünyanın?Öldürüb məni qurtarsın,Kəssin davası dünyanın!Başıma qarı yağdırır,Budur havası dünyanın.Təkcə mənəmi qalıbdı,Cövrü-cəfası dünyanın!Səringül Sadə anlayıb,Yoxdur səfası dünyanın.Anama nələr çəkdirib,Çəksin anası dünyanın!MƏNƏMAşıq mənəm, ozan mənəm,Dərdi-səri yazan mənəm.Fələk çalan havalara,Sındıran mən, süzən mənəm.Xeyri-şəri qanan mənəm,Oda-közə yanan mənəm.Dağda-daşda gül axtarma,Bağçamda gül, reyhan mənəm.Eşqin cənnət bağı mənəm,Bostanında tağı mənəm.Eşqlə dolu könüllərin,Aranı-yaylağı mənəm.Eşqin bahar çağı mənəm,Fidanı, yarpağı mənəm.Meyvə dolu piyalənin,Yoğrulmuş torpağı mənəm.Səringüləm, düzən mənəm,Diyar-diyar gəzən mənəm.Qürbətin od-alovuna,Tab gətirib dözən mənəm!YAZIĞI GƏLMƏDİ MƏNƏ DÜNYANINMən aman istədim, divan eylədi,Nuhun tufanını yalan eylədi.Onu dağıdaram güman eylədi,Yazığı gəlmədi mənə dünyanın.Bəxti-iqbalımı yana döndərdi,Yığdı dərd-qəmini mənə göndərdi.Göydən od ələdi, alov endirdi,Yazığı gəlmədi mənə dünyanın.Hələ görünməmiş bir qan eylədi,Gerçək bir ömrümü yalan eylədi,Səringül qəddini kaman eylədi,Yazığı gəlmədi mənə dünyanın.AY ANA!Yordu məni qürbət ellər,Qara döndü qara tellər.Öz sözünü dedi illər,Oldum əlli yaş, ay ana!Düşünürəm olanları,Ölənləri-qalanları.Doğruları, yalanları,Boğur məni yaş, ay ana!Mən Sadəyəm, meh kimiyəm,Gül üstünə şeh kimiyəm,Sazın qırıq bir simiyəm,Doğulaydım daş, ay ana! CANIM BAŞKEÇİDDada yetənim,Doğma vətənim.Gülüm-gülşənim,Canım Başkeçid!Daşın-sirdaşım,Qayan qaş-daşım.Suyun göz yaşım,Canım Başkeçid!Səndədir izim,Ocağım-közüm. Sənsən hər sözüm,Canım Başkeçid!Uzanıb əlim,Sən çağır gəlim.Can istə verim,Canım Başkeçid!Arzumdu yolun,Aç mənə qolun.Sadədir qulun,Canım Başkeçid! SƏNSƏN, AY OĞUL!Cahi-cəlalım,Dövlətim-malım.Bəxtim-iqbalım,Sənsən, ay oğul!Dinim-imanım,Canı yananım,Məni qananım,Sənsən, ay oğul!Arxam-köməyim,Arzu-diləyim.Vuran ürəyim,Sənsən, ay oğul!Eldə dayağım,Yanar çırağım, Səsim-sorağım,Sənsən, ay oğul!Tar, kaman, sazım,Şirin avazım.Baharım-yazım,Sənsən, ay oğul!Babək misallı,Koroğlu hallı,Ağıl-kamallı,Sənsən, ay oğul!Sadənin bağı,Aranı-dağı,Qəlbinin yağı,Sənsən, ay oğul!BAYATILAR Vətən sarı,Dərd-qəmi çəkən sarı.Ölsəm qiblə gəzməyin,Basdırın Vətən sarı!Ağır elim Borçalı,Şirin dilim Borçalı.Sənə tərəf uzanıb,Hər vaxt əlim Borçalı.Oğul, ərənlərdən ol,Haqqı görənlərdən ol.Torpaq kimi bir dənə,Min dən verənlərdən ol.Mən aşiqəm, nə dindi,Nə danışdı, nə dindi.Bilən yoxdu tutduğu,Nə məzhəbdi, nə dindi.Mən aşiqəm, bu dayaz,Bu zimistan, bu da yaz.Hamı bir ola bilməz,O dərindi, bu dayaz.Əzizinəm hasarı,Kirpik gözün hasarı.Qız istəsə gedəcək,Bağla, bərkit, ha sarı!Kərəm lələli dağlar,Ağır şələli dağlar.Özgə evin yıxanın,Öz evicə dağılar. Keçər gedər,Hər gələn keçər gedər.Kimsəyə rəhm eyləməz,Əzrayıl biçər gedər.Axıtsın sellər məni,Aparsın yellər məni.Atsın Şindi dağına,Bürüsün güllər məni!Haraya gəlim,Çağır haraya gəlim.Nə qapın var, nə bacan,Söylə haraya gəlim?Sinə-sinə,Mərd gəzməz sinə-sinə.Dağlar çəkdi Mübariz,Düşmənin sinəsinə!Əzizinəm ha sarı,Keçmə səddi-hasarı.Mən nə lütü istərəm,Nə də pullu yasarı!Əzizim, bizim dağlar,Söhbətim-sözüm dağlar.Qırx ildi, yenə sizdə,Qalıbdı gözüm dağlar!Qərib sevər bayatı,Qəmlə keçər həyatı.Damağında dad olmaz,Seçməz təzə bayatı!Duman sürünər gedər,Dağa bürünər gedər.Ömür yuxuya bənzər,Bir an görünər gedər. DAĞLAR Soruş sənə cavab verim,Aran deyil, dağdı yerim.Başkeçiddi mənim pirim,Dağlardı qardaşım mənim!Mən sevirəm güllərini,Boz-bulanlıq sellərini.Dolanmışam ellərini,Dağlardı sirdaşım mənim.Qorxmaz idim küləklərdən,Don geyərdim çiçəklərdən.Sadə doymaz diləklərdən,Dağlardı yurddaşım mənim!ADAM VAR Kİ...Adam var ki, göydən enən mələkdi,Adam var ki, özü boyda kələkdi. Adam var ki, könülləri şad eylər,Adam var ki, şeytan ondad dad eylər.Adam var ki, sevir eli-obanı,Adam var ki,satır yurdu-yuvanı.Adam var ki, baldı, şirin-şəkərdi,Adam var ki, zəy-zuqqumdu-zəhərdi.Adam var ki, yolu Haqqın yoludu,Adam var ki, şər-böhtanla doludu.Adam var ki, daşdan çıxır çörəyi,Adam var ki, kabab yeyir köpəyi.Adam var ki, əzbər bilir Quranı,Adam var ki, yoxdur dini-imanı.Adam var ki, kəsməz xeyir-duası,Adam var ki, qırx azana salası.Adam var ki, öz sözünün ağası,Adam var ki, əldə qalıb yaxası.Adam var ki, hey yaradıb, hey qurar,Adam var ki, evi yıxıb-uçurar.Adam var ki, əksik olmaz qonağı,Adam var ki, bağlı qalar otağı.Adam var ki, Sadə ona can deyər,Adam var ki, nə anlayar, nə duyar!QÜRBƏT ELİN QAYDASI BUQara teli çal eyləyər,Çox dilləri lal eyləyər.Dərdi-qəmi bol eyləyər,Qürbət elin qaydası bu!Əzrayıla gəl söyləyər,Tez bu canı al söyləyər.Zəhər verib, bal söyləyər,Qürbət elin qaydası bu!Qürbət gözü kor eyləyər,Səringülə zor eyləyər.Hər yanını tor eyləyər,Qürbət elin qaydası bu! DƏRDİN ALIM!Gecə-gündüz işim mənim,Ah-məlaldı, dərdin alım.Əzəlindən fani dünya,Qalmaqaldı, dərdin alım!Ömür dağdı dumanı var,Şaxta, qarı-tufanı var.Azıb yolda qalanı var,Çoxu kaldı, dərdin alım!Yada salaq keçənləri,Kam almadan köçənləri.Sağlıq deyib içənləri,İndi laldı, dərdin alım!Çox üzündən deyənləri,Düzəlmiş iş əyənləri,Fələk müftə yeyənləri,Gözdən saldı, dərdin alım!Dünya yalan, boş xəyaldı,Yığılan şey burda qaldı.Sadənin də yarı vardı,Torpaq aldı, dərdin alım!(Bax: Müşfiq Borçalı. Sazlı-Sözlü Başkeçid. 3-cü cild. Bakı, 2015, səh 556-564.). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.