Mayor SƏLİMXAN ƏHMƏDOV

Mayor SƏLİMXAN ƏHMƏDOV
Mayor SƏLİMXAN ƏHMƏDOV

(1949)

Səlimxan Kərim oğlu Əhmədov 1949-cu il dekabr ayının 15-də qə­dim Başkeçiddə, indiki Gür­cüs­tan Respublikasının Dma­nisi rayo­nun­dakı Yuxarı Qarabulaq kəndində anadan olmuşdur.
1965-ci ildə Yuxarı Qarabulaq 8 illik məktəbini, 1967-ci ildə Bolnisi rayonundakı Darvaz kənd orta məktəbini bitirmişdir.
1968-1970-ci illərdə həqiqi hərbi xidmətdə ol­muşdur.
Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 1971-ci ilin av­qustundan etibarən Tbilisi şəhərində Gür­cüs­tan SSR Daxili İşlər Na­zirlinin nəzarətçisi işləmişdir. 1972-1974-cü illərdə Vladimir Şəhərində SSSRİ Daxili İşlər Na­zirli­yinin xüsusi məktəbində rəhbər kadrların hazırlığı kur­sunun tərkibində təhsilini da­vam etdirmişdir.
S.Əhmədov 1974-1983-cü illərdə Tbilisi şəhərindəki Təc­ridxanada rəis müavinin köməkçisi, 1983-1985-ci illərdə dəstə rəisi vəzifələrində xidmət etmişdir. 1985-1986-cı illər­də Marneuli şəhərində məhbusların yaşayış lagerində xid­mətini davam etdirmiş, 1986-1988-ci illərdə elə həmin la­gerdə xüsusi hissədə baş təlimatçı vəzifəsinə irəli çəkilmiş, hə­min lager ləğv edildikdən sonra 1988-1992-ci illərdə Rus­tavi şəhərində ciddi rejimlə işləyən məhbuslar kaloniyasında nəzarətçi usta vəzifəsində çalışmışdır. Bir sözlə, o, düz 21 il Gürcüstan SSR DİN orqanlarında xidmət etmişdir.
XX əsrin 90-ci illərində Borçalıda baş vermiş məlum ha­dissələrdən sonra bir çox soydaşlarımız kimi, o da öz doğma yurd-yuvasından ayrılıb Azərbaycana köçməyə məcbur ol­muşdur.
Səlmxan Əhmədov Azərbaycana gələn kimi könüllü ola­raq Milli Orduya yazılmışdır.
O, 1992-1996-cı illərdə Bakı şəhərindəki N saylı hərbi hissədə texniki hissə üzrə hərbi hissə komandirinin müavini vəzifəsində çalışmış, mayor hər­bi rütbəsinə layiq görülmüş, sonra isə 1996-1997-ci illərdə hərbi hissə komandiri vəzifəsindəı şərəflə xidmət etmişdir.
Səlimxan Əhmədov 1997-ci ilin 2 fevralından etibarən isə tə­qaüddədir.

(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid". Bakı, II cild, 2015, səh. 104-105)


P.S.: Fürsətdən istifadə edərək, Səlimxan Əhmədovu Ad günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür və möhkəm cansağlığı arzulayırıq!...




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: