MƏCLİSLƏRİMİZİN BƏZƏYİ - MEHMAN OVÇUYEV Gürcüstan » Başkeçid 8 ноября 2018 MEHMAN OVÇUYEV(1961)Mehman Ovçuyev 1961-ci il mayın 24-də Ulu Borçalımızın qədim Başkeçid (indili Dmanisi) rayonundakı Qırmızı-bulaq elində anadan olub. Uşaqlıq illəri Başkeçidin Qəmərli kəndində keçib. Üç il Qəmərli kənd məktabində ibtidai təhsil alıb. Sonra təhsilini Bolnisi rayonundakı Qoşakilsə kəndində davam etdirib. 1987-ci ildən Bakıda yaşayır. Mehman Ovçuyev xeyir işlərin təşkilatçısı, aparıcısı və toy-nişan məclislərinin bəzəyi olan masabəyi kimi böyük nüfuz qazanıb. O, yaxı saz çalmağı bacardığı kimi, həm də gözəl müğənni kimi tanınır. Əslən Başkeçiddən olan sevimli şairlərimiz Mədəd Coşğunun, Səadət Butanın, Sədi Yaradanqulunun və başqalarının sözlərinə bəstələyərək oxuduğu “Borçalı”, “Borçalı sonası”, “Aynadan gözəl”, “Baldadan oğlan” və s. mahnıları hamı tərəfindən böyük maraqla qarşılanıb, indi dillər əzbəridir.Mehman Ovçuyev həm də gözəl ailə başçısıdır. Bir oğlu, bir qızı və bir nəvəsi var... Biz də Mehman qardaşımıza uzun ömür, möhkəm can-sağlığı, şəxsi həyatında və fəaliyyətində yen-yeni uğurlar arzulayırıq!..(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid". Bakı, I cild, 2015, səh. 379). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.