Şamxəlil Məmmədov: “Dünya arzularda yaşayır!..”

Şamxəlil Məmmədov: “Dünya arzularda yaşayır!..”
Bu gün - Fevralın 7-i - mərhum jurnalist
Şamxəlil Hətəm oğlu Məmmədovun Ad günüdür!..
Yaşasaydı indi 67 yaşı tamam olacaydı...
Allah rəhmət eləsin!..
Ruhu şad olsun!..

ŞAMXƏLİL MƏMMƏDOV
(1949-2013)

Şamxəlil Hətəm oğlu Məm­mə­dov 7 fevral 1949-cu ildə qədim Bor­çalı mahalında, indiki Gür­cüs­tan Res­pub­li­kasının Başkeçid (Dma­nisi) ra­yo­nun­dakı Azər­­­baycan Gəyliyəni kən­­dində ziyalı ailə­sində anadan olub. 1966-cı ildə Qı­zıl­­kil­sə kənd orta mək­­təbini, 1970-ci ildə Azər­baycan Döv­lət Pe­da­qoji İnsti­tu­tu­nun bitirib. 1971-1972-ci illərdə Ordu sıra­la­rında həqiqi hərbi xidmətdə olub. 1972-ci ilin 3 iyulundan «Azər­bay­can müəllimi» qəze­tində əmək fəaliy­yətinə baş­layıb, əvvəlcə kiçik ədəbi işçi, ədəbi iş­çi, müxbir, xüsusi müxbir və sonralar isə fasiləsiz ola­raq ömrünün so­nuna kimi elm və təhsil şö­bəsinin re­dak­to­ru işləyib.
Ş.Məmmədovun «Azərbaycan müəllimi», «Uçitelskaya qa­zeta», «So­vet kəndi», «Azər­baycan gəncləri», «Bakı», «So­­vet Gürcüstanı», «Sovet Ermənistanı», «Trialeti», «Ye­ni Mar­­­neu­­li», «Yeni həyat», «Mingəçevir işıqları» və s. qə­­zet­lə­rin­də, «Pioner», «Azər­baycan mək­təbi», «Azər­bay­can tə­biə­ti», «Milli folklor» (Türkiyə) və s. jurnallarda 10000-dən çox el­mi, elmi-metodik, publisistik məqaləsi çap olun­muş­dur.
Ş.Məmmədov Azərbaycan radiosu ilə düz 30 il əmək­daş­­lıq etmişdir. Onun xalq ya­radıcılığı, təhsil, uşaq və gənc­lər re­­­daksiyasının, Güney Azərbaycan baş redaksi­yası­nın xəttilə 500-dən çox ədəbi, bədii, pedaqoji mövzularda verilişi səs­lən­dirilmişdir. Ötən əsrin 80-cı il­lərində Azər­bay­can televi­zi­ya­sında getmiş «Həyatın tələbi» veriliş­lərinin ssenari müəl­­liflərindən biri olub.
Müx­təlif vaxt­larda Bakıdakı 9, 19, 54, 181 və 216 nöm­rəli məktəb­lər­də Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edib. Azər­bay­can Dövlət Pedaqoji İnstitutu, Qafqaz Univer­si­teti, Bakı Ali Pe­daqoji Qızlar Se­minariyası (indiki Bakı Qız­lar Univer­si­te­ti), Ziyalılar Universiteti və başqa ali məktəb­lərdə «Azər­bay­can folkloru», «Azərbaycan ədəbiy­yatı tarixi», «Ədəbi­yat­­şünaslığa giriş, «Ədəbiyyat təd­risi ta­rixi», «Azər­bay­can ədə­biyyatında sufizm», «Ədəbiyyat tədrisinin aktual prob­lem­ləri» və s. mövzularda bakalavriat və magis­tratura pil­­­­­lə­lə­rin­­­də mü­hazirələr oxuyub. Sum­qayıt Dövlət Uni­ver­site­tin­də «Folklorşünaslıq» elmi-tədqiqat la­borato­ri­yasına rəh­­­bər­lik etməklə (0,5 ştat) bərabər, baka­lavr və ma­gistr ha­­zır­lı­ğında əmək sərf edib. 5 magistr, 5 bakalavr işinin elmi rəh­bəri olub.
«Araz» ali ədəbi mükafatı laureatı olan Ş.Məmmədov «Azər­­baycan maarif əlaçısı» (1978), «SSRİ maarif əlaçısı» (1985) döş nişanları, Təhsil Nazir­li­yi­nin Fəxri fərmanları (1994, 2003) ilə təltif olunub.
2005-ci ilin 21 iyulunda ölkə Prezidenti cənab İlham Əli­ye­­vin Sərəncamı ilə «Tərəqqi» medalına layiq görülüb.
Azərbacan Respublikasının Prezidenti cənab İlham Əli­ye­vin 3 oktyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azər­bay­can Res­publikasının əməkdar jurnalisti» fəxri adı verilib.

Həyat yoldaşı M.Məmmədova ali təhsilli kim­ya-bio­lo­giya müəllimidir. 2 qızı var.
Anası Həmayıl Dilbazi təqaüddə olan müəllimdir. Üç qar­daşı, üç bacısı var.
Şamxəlil Məmmədov Azərbaycan Təhsil Problemləri İns­­ti­­tutunun dokto­rantı idi, «Folklor və Azərbaycan ədə­biy­­­ya­tı­nın qarşılıq­lı əla­qəsi məsələlərinin öyrədilməsi yolları (Azər­­baycan Res­publikası ali məktəblərinin filolo­giya fakul­tə­lərinin Azər­baycan şifahi xalq ədəbiyyatı və Azər­­baycan ədəbiyyatı ta­rixi materialları əsasında)» möv­zusunda doktor­luq işini demək olar ki, bitirmişdi.
Təəssüf­lər olsun ki, vaxsız ölüm macal vermədi…
O, 2013-sü ilin əvvəlində dünyasını də­yişdi...
Allah rəhmət eləsin... Ruhu şad olsun...

Şamxəlil Məmmədov: “Dünya arzularda yaşayır!..” Ş.Məmmədovun aşağıdakı kitabları nəşr olunub:

1. Folklor materiallarının tədrisi prosesində V.İ.Lenin nə­zə­ri ir­si­nin öyrədilməsi. Metodik tövsiyə. Bakı, 1981, 26 səh., 500 nüsxə
2. Folklor və Azərbaycan ədəbiyyatı (fakultativ kurs proq­ram­ları). Bakı, 1982, 24 səh., 500 nüsxə
3. Azərbaycan folkloru üzrə sinifdənxaric işlərin forma və yolları. Bakı, 1983, 28 səh., 500 nüsxə.
4. Ümumtəhsil məktəblərində diyarşünaslığın təşkili yolla­rı. Ba­kı, 1986, 28 səh., 500 nüsxə
5. Ədəbiyyat və incəsənətin digər növləri (fakultativ kurs proq­ramları). Bakı, 1989,23 səh., 500 nüsxə.
6. Dünya arzularda yaşayır. Oçerklər. Bakı: «Maarif», 1990, 104 səh., 5000 nüsxə.
7. Əllərin sehri. Bakı: «Azərbaycan», 1995, 72 səh., 1000 nüs­xə.
8. Qafqazda ilk pedaqoji elmlər doktoru (professor Ə.Se­yi­­dov ba­rədə). Bakı: «Azərbaycan», 1996, 62 səh., 300 nüs­xə.
9. Müəllim ömrü. Bakı: «Mütərcim», 1997, 92 səh., 300 nüsxə.
10 Ümid və inam olmasaydı… B., «Mütərcim», 1997, 64 səh., 500 nüsxə.
11. Dərslərdə yaşanan həyat. B., «Azərbaycan», 2002, 207 səh., 600 nüsxə.
12. Qonağım olun (toplama və tərtib). Bakı: «Nasir», 2003, 77 səh., 1000 nüsxə.
13 Milli təhsilin fədailəri. B., «Nasir», 2004, 247 səh., 350 nüs­xə.
14.Tədrisin estetikası (Elmi-pedaqoji, publisistik oçerk­lər). Ba­kı: «Nasir», 2005, 134 səh., 400 nüsxə.
15. Azərbaycan folkloru. Ali məktəb tələbələri üçün dərs və­sai­ti. Bakı: «Ziya-Nurlan», 2008, 326 səh.

Həmmüəllifi olduğu kitablar:

1. N.Gəncəvinin həyat və yaradıcılığının ümumtəhsil məktəb­lərində tədrisi məsələləri (Ş.Mikayılov və b.). Bakı: «Maarif», 1987, 166 səh., 800 nüsxə.
2. Həyat işığı (M.Baharlı). B., «Gənclik», 1988, 45 səh., 500 nüsxə
3. Akademik Hüseyn Əhmədovun elmi - pedaqoji fəaliy­yə­tinin əsas istiqamətləri. B., ADPU, 1996, 192 səh. (Ş.Məm­­­­mədov. Tarixə çevrilmiş illər. s.88-95.)
4. Müasir elmin korifeyi (L.Zadə haqqında) (F.Tağı­yev­lə). Bakı: «Azərbaycan», 1997, 56 səh., 500 nüsxə.
5. «Dədə Qorqud» - 1300. Elmi konfransın materialları. Ba­­­kı: «Çaşıoğlu», 1999, 67 səh. (Ş.Məm­mədov, Ön söz əvəzi. səh.3-4)
6. Ədəbiyyat. VI sinif üçün dərslik (Müəlliflər kol­lekti­vi). Bakı: «Təhsil», 1997, 200 səh., 50000 nüsxə.
7.Ədəbiyyat və jurnalistika kafedrası üzrə proqramlar (Ali təhsilin bakalavr pilləsi üçün). Bakı: «Nurlan», 2003, 71 səh. (Ş.Məm­mədov, səh. 4-6; səh. 7-11; səh. 39-41)
8.Ədəbiyaşarlıq (A.Ağayev haqqında materiallar toplusu). Bakı: «Avropa», 2004, 176 səh. (Ş.Məmmədov. İllərə nə var ki… səh. 24-27)
9. Nizami Mirzə. Ayrılığın üzü dönsün… Bakı: «Araz», 2005, 208 səh. (Ş.Məmmədov. Ön söz əvəzi, səh. 3-14)
10. Yaddaşda iz buraxmış xatirələr. (R.H.Məmmədzadə-75) Bakı: «Müəllim», 2005, 136 səh. (Ş.Məmmədov. Bir ömür­dən sətirlər, səh. 6-19)
11.Rasim Xoşmətov, Sevda Quliyeva. Aşıq yaradı­cı­lı­ğın­da dini-mənəvi dəyərlər. Sumqayıt: 2006, 75 s. (Ş.Məm­mə­dov. Xalq mə­nəviyyatının güzgüsü, s.4-11)
12.Y.Talıbov. Ürəyimi insanlara verdim. Bakı: «Nasir», 2006, 149 səh. (Ş.Məmmədov. Ön söz, səh. 3-10)
13.Yəhya Kərimov necə varsa. B., «Pedaqogika», 2007, 183 səh. (Ş.Məmmədov. Zəhmətlə naxışlanmış ömür sahibi, səh. 116-118)
14. Əziz Nuriyev. Zəncəzur: Tarixi hadisələr, danışan fakt­­­lar. B., «Çaşıoğlu», 2007, 64 səh. (Ş.Məmmədov. Ön söz, səh.3-6)
15.Cəbrayıl Qəhrəmanov. Düşüncələr işığında. Bakı: «Elm», 2008, 312 səh. (Ş.Məmmədov. İllərin izi, səh. 268-274)
16.Özü üçün yaşamayan insan (H.Məmmədli haqqında mə­qa­lələr toplusu). B., «Nurlan», 2008, 388 səh. (Ş.Məm­mə­dov. Qor­­­­qud dünyasına məhəbbətlə yaşananda, s. 94-102; Gö­zəl maa­­rif iş­çisi, el ağsaqqalı, s. 103-107; Ş.Hətəmoğlu. «Görüm Fax­ralının bi­ri olsun beş..», s. 293-296)
17. F.Bünyatova. Konstruktiv təlim: mahiyyət, prinsip, və­zifələr və dərsdən nümunələr. B., «Ziya-Nurlan», 2008, 217 səh. (Ş.Məm­­mədov. Ön söz əvəzi, s.8-10)
18.M.Həbibli. Həyati bacarıqlara əsaslanan təhsil. Bakı: «MSV» nəşr, 2009, 112 səh. (Ş.Məmmədov. Yaradıcı müəl­lim ömrünün salnaməsindən sətirlər, səh. 5-30)
N.Səfiyev, R.Məmmədov, A.Mehrabov, A.Abbasov, Sa­daxlı kəndi, İ.Adıgözəlov haqqında kitab­Lar­da məqalələri dərc olunub.

Redaktorluq fəaliyyəti:

1. Y.Talıbov.Şagirdlərin V.İ.Leninin həyat-fəaliyəti nü­munə­sin­də tərbiyəsi (Sinifdənkənar işlər prosesində). Bakı: «Elm», 1971, 27 səh.
2. Y.Talıbov. Şagirdlərin estetik tərbiyəsində ictimai təş­ki­lat­ların rolu. Bakı: Azərbaycan SSR Maarif Nazirliyinin mət­­bəəsi. 1971, 29 səh.
3. E.Əliyev.Şagirdlərin sosialist humanizmi tərbiyəsi. Ba­­kı: Azərbaycan SSR Maarif Nazirliyinin mətbəəsi, 1972, 42 səh.
4.S.Əliyeva «Oriyentir» proqramı əsasında məktəbdə pio­ner­lərlə aparılan tərbiyə işinin təş­kili. Bakı: Azərbaycan SSR Maarif Nazirliyinin mətbəsi, 1978, 23 səh.
5. Bakı şəhərinini Lenin rayonundakı 80 nömrəli mək­təbin şa­ğirdlərinin ideya-siyasi və mə­nəvi tərbiyəsinin kom­pleks planı. Ba­kı: Azərbacan SSR Maarif Nazirliyinin mət­bəə­si, 1980, 150 səh.
6.M.Əbdülov. Azərbaycan dili üzrə sinifdənkənar işlər. Ba­kı:Azərbaycan SSR Maarif Na­zirliyinin mətbəəsi, 1981, 38 səh.
7.A.Mürsəlov. Məktəblərin mənəvi tərbiyəsində küt­lə­vi təbligat və informasiya vasitə­lərindən istifadə. Bakı: Azər­baycan SSR Maarif Nazirliyinin mətbəəsi, 1982, 23 səh.
8. Ş.Vəzirov. Yolda fövqəladə hadisə. Bakı: «Maarif», 1984, 100 səh.
9. Akademik H.Əhmədovun elmi-pedaqojifəaliyyətinin əsas isti­qamətləri. Bakı: 1996, 192 səh.
10.«Dədə Qorqud» - 1300. Elmi konfransın materialları. Bakı: «Çaşıoğlu», 1999, 67 səh.
11. Azərbaycan şifahi xalq ədəbiyyatı. Ali məktəb üçün proqram. Tərtib edəni A.Ağbaba. Sumqayıt: 2002, 25 səh.
12. Ə.Adıgözəlov. Qərbi Azərbaycan məktəblərinin ta­rixi. Bakı: 2003, 120 səh.
13. M.Həsənov. Çiləgir: dünəni, bu günü, sabahı. Bakı: «Na­­sir», 2003, 2.5 ç.v.
14.Yaddaşda iz buraxmış xatirələr. Prof. R.Məm­mədza­dənin 75 illiyi. Bakı: «Müəllim», 2005, 16 səh.
15. R.Xosmətov, Ş.Quliyeva. Aşıq yaradıcılıgında dini-mə­­­nəvi dəyərlər. Sumqayıt: 2006, 75 səh.
16.Ə.Nuriyev. Zəngəzur: tarixi hadisələr, danışan faktlar. Ba­kı: «Çaşıoğlu», 2007, 64 səh.
17. Y.Talıbov. Ürəyimi insanlara verdim. Bakı: «Nasir», 2006, 148 səh.
18. N.Ə.Quliyev. Peşə təhsili müəssisisələrinin idarə olun­ması­nın bəzi məsələləri. Bakı: «Müəllim», 2007, 120 səh.
19. F.Bünyatova. Konstruktiv təlim: mahiyyət, prinsip, və­zi­fələr və dərslərdən nümunələr. Bakı: «Ziya-Nurlan», 2008, 217 səh.
20. M.Həbibli. Həyati bacarıqlara əsaslanan təhsil. Bakı: 2009, 112 səh.

Tərtibçilik fəaliyyəti:

1.Azərbaycan. müəllimlərinin qurultayları I-XII. Bakı: «Ça­şı­oğlu», 2008,783 səh. (Ş.Məm­mə­dov və b)
2.Azərbaycan müəllimlərinin XIII qurultayı. Bakı: «Ça­şı­oğlu», 2009, 303 səh. (Ş.Məm­mə­dov, E.Əbdülov)
3.İlk ən yaxşı məktəb, 100 ən yaxşı müəllimi. Bakı: «Təh­sil», 2009, 283 səh. (Ş.Məmmə­dov, E.Əbdülov)
4. Azərbaycanın təhsil nazirləri. Bakı: 2011, 160 səh. (Ş.Məm­­mədov, Ə.Daşdəmirli və b.)


REDAKSİYAMIZIN ARXİVİNDƏN:

1994-cü ildə qələmə alınmış müsahibə

“DÜNYA ARZULARDA YAŞAYIR!..”

Müsahibimiz “Azərbaycan müəllimi” qəzetinin
elm və təhsil şöbəsinin müdiri,
tanınmış alim-pedaqoq, istedadlı jurnalist,
pedaqoji elmlər namizədi Şamxəlil Məmmədovdur.

(8 sual - 8 cavab)

1.-Şamxəlil müəllim, yaxşı olar ki, söhbətimizə sizin tərcümeyi-halınızdan başlayaq. Bu tanışlıq, oxucularımız üçün də maraqlı olardı.

-1949-cu il fevral ayının 7-də Gürcüstan Respublikası Başkeçid (indiki Dmanisi) rayonunun Azərbaycan Gəyliyəni kəndində dünyaya gəlmişəm.
Kəndimizdə səkkizillik məktəbi bitirdikdən sonra qonşu Qızılkilsə kəndində orta təhsil almışam (Yeri gəlmişkən qeyd edim ki, o vaxtlar rayonumuzda cəmi iki orta məktəb vardı: Hamamlı və Qızılkilsə kənd məktəbləri. Həmin təhsil ocaqları rayonun maarif və mədəniyyət tarixində xüsusi əhəmiyyət kəsb ediblər. bu müvzuda kitab üzərində ilkin işlərə-axtarışlara başlamışam).
1966-cı ildə orta məktəbi bitirib Bakıya gəldim. Sənədlərimi jurnalistika fakültəsinə götürmədilər: o vaxtlar belə bir tələb vardı: Məqalələrin çap olunubmu? Azərbaycan Pedaqoji İnstitutunun (indiki N.Tusi adına (ADPU) filologiya fakültəsinə daxil oldum.
Ali məktəbi bitirib bi il Bakıda orta məktəb müəllimi işlədim, sonra ordu sıralarında oldum. Əsgərlikdən dönəndə işsiz idim; dərs ilinin sonu idi. “Azərbaycan müəllimi” qəzetinin keçmiş redaktoru, professor, əməkdar elm xadimi Şahin Səfərov xeyirxahlıq edib məni müvəqqəti olaraq müxbir məktubları şöbəsinə kiçik ədəbi işçi vəzifəsinə işə götürdü. Sonra redaksiyada ştat boşaldı, bir il sonra müxbir oldum... və indi 10 ildir ki, elm və təhsil şöbəsinin müdiriyəm. Ümumiyyətlə, 22 ildir “Azərbaycan müəllimi” qəzeti redaksiyasında çalışıram.
Hər biri I ç. v. həcmində olmaqla üç metodik tövsiyəm, orta məktəb üçün ədəbiyyatdan fakultətiv kurs proqramlarım, “Dünya arzularda yaşayır” adlı oçerklər kitabım nəşr olunub. “Nizami Gəncəvinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisi məsələləri” (10 ç.v.), metodik vəsaitinin, “Həyat işığı” adlı kitabçanın (2 ç. v.) müəlliflərindən biriyəm.
Respublika və Türkiyə mətbuarında nəşr olunmuş 50-dən çox metodik, elmi-publisistik jurnal məqaləsinin müəllifiyəm. 7 ildir ki, radionun Cənubi Azərbaycan redaksiyasında “Tarixin daş yaddaşı”, “Azərbaycan-dünyam mənim”, “Babaların düzümü, nənələrin yozumu” adlı verilişlərim səslənir. 10 il “Pioner” (indiki “Günəş”) uşaq jurnalımda “Dədə Qorqud” adlı folklor guşəsini aparmışam.
1990-cı ilin 13 noyabrında namizədlik dissertasiyamı müdafiə etmişəm. İkinci ildir ki, APU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının doktorantı kimi araşdırmalarımı davam etdirirəm. Məsləhətçilərim professor Paşa Əfəndiyevlə professor Pənah Xəlilovdur.
Ailəliyəm. İki qızım var, biri tələbə, o biri orta məktəb şagirdidir. Ömür-gün yoldaşım müəllimədir. Ümumiyyətlə, ailəmiz müəllimlər ailəsidir.

2.Ömür yolunuzdan səhifələr...
-45 illik ömrümün acılı, ağrılı səhifələri daha çoxdur. Özü də bunların çoxu insanlara inam, xeyirxahlıq və sadəlövhlüyümdən irəli gəlib. Məmməd Araz demiş, bu da bir ömürdü, yaşayıram. Amma, ocaq daşı da olmamışam... Ən çox zəhləm gedən xüsusiyyətlər bunlardı: nankorluq, çörək itirənlik, yaltaqlıq, xəbərçilik və intizamsızlıq. Halallıqdan bir balaca yan ötəndə tale məni elə cəzalandırıb ki... Nə isə, insan bədənində qalan qəlpəni çox vaxt çıxartmırlar. Belə ağrılı günlər çoxdur və unutqanlıq etmədən bunları yaddaşımdan silmirəm. Oxucu ovqatı da xoş olsun deyə, ömrümdə ən nurlu, xeyirli il və günləri sadalamaq istərdim: ali məktəb daxil olub bitirdiyimillər-1966-1970; beşillik övlad həsrətindən sonra iki qızım dünyaya gəldiyi günlər-15 mart və 14 fevral; ETPEİ-də 14 nəfərin oxuyub rəy verdiyi, 3 il əldən-ələ ötürülən dissertasiyamı APU-da yüksək səviyyədə (təvazökarsızlıq üçün üzr istəyirəm) müdafiə etdiyim gün-13 noyabr 1990-cı il; “Klassik irs və folklor” (“Yazılı ədəbiyyat mənbəli epik folklor”) mövzusunda doktorluq dissertasiyamın mövzusunu təsdiq etdirdiyim gün-1 aprel 1992-ci il... “Dünya arzularda yaşayır” kitabımın ilk siqnal nömrəsini aldığım gün-25 may 1992-ci il. (Kitab anamın, ilk müəllimim Həmayıl Dilbazovanın 70 illik yubileyinə hədiyyəm idi. Orada ali məktəb müəllimlərim, folklorşünaslar və tanınmış maarif işçiləri ilə bağlı yazılarım toplanıb)...

3.Şamxəlil müəllim. Siz həm müəllim, həm alim, həm də pedaqoji mətbuat sahəsində tanınan istedadlı jurnalist kimi tanıyırıq. Bəs Siz necə, özünüz hansı peşəni daha üstün tutursunuz?
-Oçerklər kitabımın ilk səhifələrində müəllimliyə qiymət verməyə çalışmışam: “Müəllimlik-səmimiyyət, insana hörmət, xalqa məhəbbət, torpğa ehtiram, ədəbiyyat, xoşbəxtlik, axtarış və əməksevərlik keyfiyyət və etik kateqoriyalarının üzvi şəkildə qovuşub vəhdət təşkil etdiyi əbədi peşədir. Bu peşəni seçib şərəflə yaşayanlar unudulmur, hafizələrimizə həkk olunurlar”.
Bu sətirlərdən sonra münasibətimi açıqlamağa ehtiyac duymuram. Müəllimliyi üstün tuturam. Orta məktəblərin birində VI sinifdə dərs deyirəm, doğma ali məktəbdə saat hesabı mühazirə və seminar aparıram. Sinfə, auditoriyaya daxil olanda elə bil axar suda durulanıb paklanır, körpə baxışlarından nur alır, gəncləşir, bütün həyəcanlı hisslərdən silkinib çıxıram.

4.Təhsilin bu günkü vəziyyəti, problemlər...
-Sualınıza obrazlı bir cavab verməyə çalışacağam. Bu yaxınlarda ETPEİ-də təhsilin problemlərinə həsr olunmuş elmi simpoziumda üç gün təhsil problemlərindən danışıldı. Mən qəzetimizin əməkdaşı sifətilə tədbirdə iştirak edirdim. Eşitdiklərimdən, bildiklərimdən çıxardığım nəticə budur ki, Azərbaycanın təhsilinin bu günü və sabahı ciddi təhlükə qarşısındadır. Və mövcud vəziyyəti belə ifadə edərdim:
Balaca, girdə bir güzgü idi. Qızlar bulağından təzəcə su içmiş bir gözəl güzgüdə özünə baxırdı... Çatma qaşlar, ala gözlər, azca çəhrayıya çalan biçimli dodaqlar şəkilləşirdi. Elə bil qızın şıltaqlığı tutmuşdu, özünə baxmaqdan doymurdu və... birdən güzgü əlindən düşdü. Yerə dəyməyi ilə çiliklənməyi bir oldu. Bapbalaca bir çay daşının gücünə baxın: ayna çilik-çilik olmuşdu. Qorxub həyəcanlanmış qız əyildi və tezcə dikəldi: aynadan qaşları, gözləri paralanmış bir gözəl ağlaya-ağlaya ona baxırdı.
Bu gün müstəqil respublikanın təhsilinin vəziyyətini daşa toxunmuş güzgü ilə müqayisə edərdim. Bilmirəm, müqayisəm nə dərəcədə münasibdir, hər halda reallıqla səsləşən bənzətmə sayıram.

5.Təklif və mülahizələriniz?
-Cavabı geniş və əhatəli sualla məni dara qısnamayın. Hər halda yığcam cavab verməyə çalışaram. El arasında belə sınamalar var ki, filankəsin ocağı haram götürmür. Yəni bir manat haram götürəndə 100 manat ziyana düşür,-deyirlər. Təhsil sistemi tamahı güclü, nəfsi iti adamlardan təmizlənməlidir. Təhsil sistemi bötüvlükdə halallıq sevən elə bir ocaqdır ki, bütün xalqın yolu oradan keçir...
Təkliflərimə gəlincə, müəllimin maddi vəziyyəti iqtisadi cəhətdən hamıdan yaxşı olmalıdır; yaxşı müəllimlə pis müəllimi ayırd edən insaflı, obyektiv və prinsipial attestasiya keçirilməlidir. Bu attestasiya aşağılarda, şagird və valideynlərin bilavasitə iştirakı ilə keçirilməlidir. Pedaqoji universitet və institutlara qəbul olunanların çoxu bu sahəyə meyillilər deyil. Necə olur ki, incəsənət universitetinə qəbul edilənlər qabiliyyət imtahanı verirlər, amma pedaqoji instituta girənlərdən heç olmazsa, bir soruşmurlar ki, müəllim olmaq istəyirsən ya yox? Pedaqoji kadrlar hazırlayan ali və orta ixtisas məktəblərində hər şey kökündən dəyişdirilməlidir: sən müəllim olmalısan!-Tələbələrə bu müqəddəs amal-niyyət-məqsəd hər addımda, hər dərsdə aşılanmalıdır...

6.Sizin üçün Borçalı nə deməkdir və ata yurdumuza bağlılığınız?..
-Zəlimxan Yaqubun bir şeiri var: “Borçalı” o şeirdən yaxşı cavab demək olmaz. Həmin sənət incisindəki “Nəymiş Allah bu Borçalı deyilən?” sualına cavabım: Borçalı səmimiyyət, ülviyyət, sadəlik və məhəbbət qaynağım, varlığımı isidən odum, ocağım, haçansa dönüb torpağına çevriləcəyim ilk məhəbbətimin şahidi məkan, müqəddəs yurd yerim deməkdir...
Borçalı ilə bağlılığım... Vaxtilə “Sovet Gürcüstanı” qəzetində “Onalar gürcüstandandırlar” rubrikası ilə oçerklərimi nəşr etdirmişəm. Sonra hansı insafsızsa buna bir özgə məna verdi, düz, əlim bu işdən soyudu. İndi o vaxtların materialları əsasında “Borçalı elləri” adlı tarixi-coğrafi-pedaqoji-elmi-publisistik məzmun və üslubda 20 çap vərəqi həcmində kitab üzərində işləyirəm (sirimi aşkarladığınız üçün Allah sizə insaf versin, iş görəndə qabaqcadan danışmaq mənə düşmür). Zahid Qaralovun təklifi ilə Zəlimxan Yaqubla bağlı bir məqalə yazmışdım. Onun yaradıcılığı ilə yaxından maraqlandım və həmin yazını heç yerə vermədim. İndi təxminən 3 çap vərəqi həcmində kitabça hazırlayıram. Burada şairin həyatı, doğma yurdu, bədii yaradıcılığının mövzu və ideya rəngarəngliyi, xalq yaradıcılığı ilə əriş-arğac bağlılığı məsələlərini öz duyumum və bacarığım, sevgim, hörmətim dairəsində açıqlamağa çalışacağam.
Bundan əlavə “Yurd yerləri, qəlb ağrıları” adlı bir neçə məqalə də qələmə almaq fikrindəyəm, faktları toplayıram.
Doğma yurdla bağlı fəaliyyətimdə bir tərəf də var: bir qrup el oğlunun təşəbbüs və iştirakı ilə “Başkeçid” Xeyriyyə Cəmiyyəti yaradılıb. Cəmiyyətin araya-ərsəyə gəlməyində az-çox əməyim olub (vətəndaşlıq borcumdur) və idarə heyətinin sədri podpolkovnik Əlləz Ovçiyevin müavinlərindən biri kimi tapşırılan işləri görürəm.

7.Daha nələr haqqında söhbət etmək istərdininz?..

-Müşfiq, əzizim, az-çox təcrübəsi olan jurnalistin müsahibə verməsi çətin olurmuş... Etiraf edim ki, bəzi sualına konkret, aydın, əhatəl cavab vermədim. Amma bu sualınla kövrəltdin məni.
Nəbi Xəzrinin bir çeirində deyilir:

Tanrı, dərd çəkməyə
Səbr, dözüm ver,
Həyatın yolları
Qışdır, borandır.
Dərdlilər dünyada
Yarımpeyğəmbər
Dərdsizlər dünyada
Yarıminsandır.
...Dərd ancaq öldürmür.
Dərd ucaldır da...


Yəni dərdlər axarında danışılası şeylər azdımı? Xocalı faciəsi, Qarabağın talanıb dağıdılmış yurd yerlərimizin çoxunda olmuşam, bir müxbir kimi. dost kimi... Orada tikilən evləri, daş-kəsəkdən təmizlənib bağa-bağçaya çevrilmiş torpaqları görmüşdüm. İnsanlar bir ömür qoymuşdular... Haçan o torpaqlara dönəcəklər? Təzədən elə yurd-yuva qura biləcəklərmi? İrəvandan, Borçalıdan Bakıya ya da Azərbaycanın başqa yerlərinə köçüb yaşayanlar, vallah, yurd həsrətindən korun-korun yanırlar... Puç olmuş ömürlərdən, dərddən partlayan ürəklərdən, vaxtsız ağarmış saçlardan, torpağa həsrət əkinçi-biçinçidən, gərdəyi qurulu qalmış gəlindən, həyatdan muradsız getmiş şəhidlərdən, Arazı keçəndə çayda boğulub meyidi əllərdə qalanlardan...-yəni tanıyıb bildiklərimdən, görüb şahidi olduqlarımdan, eşitdiklərimdən söhbət açmaq istəyirəm. Yazılarımda, radio verilişlərimdə bir az ürəyimi boşaldıram, yoxsa... Onsuz da ötən yay miakard keçirmişəm. kitab şkafındakı o xəritənin arxasında bilirsən nə var? Göstərəcəyəm. Orada neron dövrünün xəritəsi var və “Armeniya” adlı cırtdan bir dövlətin sərhədləri göstərilib. İndiki iranın ərazisində, Van gölünün aşağısında borçalılar demiş, cıqqılı bir yer imiş. Amma indi... Haradan sülənə-sülənə gəlib, harad özlərinə torpaq davası edirlər? Özü də o boyda Azərbaycanla, yəni mən o tay-bu tay Azərbaycanı birlikdə götürəndə ölçünün böyüklüyünü nəzərdə tuturam. O xəritə həmişə başımı qaldıranda diqqətimi cəlb edir və bu ağrılı-acılı günlərdə bir-birini dünyamalı, vəzifə üstündə didənlərə, bir-birinə nömrə gələnlərə Şahmar Ələkbərzadənin “Bir ölü məktubu” şeirindən sonuncu bəndi söyləmək istərdim:

“Öldük də qurtulduq, Allaha şükür”
Ölülər beləcə sevinib, gülər.
Bizə yanmağınız kimə gərəkdir,
Bir-birinizə yanın, dirilər...


8.Arzularınız...
- Suallarınızın sayı mənim üçün rəmzidir: ailəmizdə 8 uşağıq-4 qardaş, 4 bacı... Arzularım çoxdur, oçerklər kitabıma elə belə ad qoymuşdum “Dünya arzularda yaşayır”.
Beş müqəddəs arzum var: müharibə qələbəmizlə, haqqın, ədalətin, şəhid qanının qələbəsi ilə başa çatsın. Qalan dörd arzum barədə danışmasam da olar. Bir halda ki, sualınla qəlbimə ayna tutursan deyim: yaxın vaxtlarda geniş, işıqlı ev verəydilər; Xutorda, kiçik bir mənzildə yaşayırıq. Doktorluq dissertasiyamı ilin sonuna kimi müdafiəyə təqdim edəydim. Hazırda əlyazması əlimin altında olan hər biri 2 çap vərəqi həcmində çapa hazır 3 kitabçam var:
“Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru”, “Babaların düzümü, nənələrin yozumu”, “Ədəbiyyatın incəsənət sahələri ilə əlaqəli tədrisi”.
Elə adamlar olub və ya yaşayırlar ki, həyatımda böyük payları, əməlləri var. M.H.Təhmasib, F.Qasımzadə, Mirzə Cavad Bağırov, Ə.Əfəndizadə, Y.Talıbov, Z.Qaralov, Y.Kərimov və b. barədə oçerklərimi “Ömrümdə izi qalanlar” adı altında işləyirəm.
“Dərslərdə yaşanan həyat” adlı kitabımı çapa hazırlayıram. Bunlar mənim kiçik daxmamdakı balaca iş stolunun üstündə yaratdığım övladlarımdır. Bunların nəşrini görmək dördüncü istəyimdir. Və nəhayət, beşinci arzum: bir qızımı həkim, o birini hakim vəzifəsində görməyi Ulu Tanrı mənə və həyatın ağrı-acısını mənimlə bölmüş yad qızı halalıma-yoldaşıma qismət edəydi...

-Allah arzularınıza qovuşdursun... Şamxəlil müəllim. Maraqlı söhbət üçün çox sağ olun. Fürsətdən istifadə edərək, 45 yaşınızın tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir və Sizə yeni-yeni yaradıcılıq uğurları diləyirik!

Müsahibəni apardı:
Müşfiq ÇOBANLI.
"Təhsil" qəzeti,
7 fevral, 1994



(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid". Bakı, I cild, 2015, səh. 190-203)

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Fəxrəddin YUSİFOV (1956)

Fəxrəddin YUSİFOV (1956)

ADPU, Başkeçid, Təbriklər
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər, "Borçalı" Cəmiyyəti
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...

Mədəniyyət, Borçalı, Təbriklər
ŞAMXƏLİL MƏMMƏDOV  (1965-2021)

ŞAMXƏLİL MƏMMƏDOV (1965-2021)

Başkeçid
VƏLİ PAŞAYEV (1940)

VƏLİ PAŞAYEV (1940)

AzTU, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
LEYLA İSRAFIL QIZI MANSUROVA

LEYLA İSRAFIL QIZI MANSUROVA

Başkeçid, Darvaz
ADİLXAN NƏBİYEV  (1938)

ADİLXAN NƏBİYEV (1938)

"XXI əsrin Ziyalıları", Başkeçid
TAMİLLA İSRAFİL qızı ƏLİYEVA  (1965)

TAMİLLA İSRAFİL qızı ƏLİYEVA (1965)

Başkeçid, Darvaz
DƏYƏRLİ ZİYALI, TANINMIŞ FİLOSOF

DƏYƏRLİ ZİYALI, TANINMIŞ FİLOSOF

İctimai elmlər, Başkeçid
ZİYƏDDIN QURBANOV (1938)

ZİYƏDDIN QURBANOV (1938)

"XXI əsrin Ziyalıları", Başkeçid
Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib

"Zirvə", Nekroloqlar
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
Ədliyyə polkovniki NƏBİ NƏBİYEV  (1932)

Ədliyyə polkovniki NƏBİ NƏBİYEV (1932)

"XXI əsrin Ziyalıları", Başkeçid, Bolus
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

Bolus, Təbriklər
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Gəncə, Təhsil, GDU, Bolus, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər
Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni nəşrlər
XIDIRNƏBİ QARALOV  (1949)

XIDIRNƏBİ QARALOV (1949)

Başkeçid, Təbriklər
Rəy yazın: