MƏHƏMMƏD MƏRVİL OĞLU SÜLEYMANOV (1996) Gürcüstan » Başkeçid 16 января 2025 43 100 1 2 3 4 5 Süleymanov Məhəmməd Mərvil oğlu - 1996-cı il iyunun 16-da qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüstanın Dmanisi rayonundakı Səfərli kəndində anadan olmuşdur. Məhəmməd körpə olarkən ailəsi Moskva şəhərinə köçmüşdür. O, 2003-cü ildə Moskvanın ən müasir tipli məktəblərindən olan 2006 saylı məktəbin 1-ci sinfinə getmişdir. Ailə yenidən yaşam məkanını dəyişərək Bakı şəhərinə köçmüşdür. 2007-2014-cü illərdə Məhəmməd orta təhsilini Bakı məktəblərinin birində davam etdirmişdir.2014-2018-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-Texnologiya fakultəsində Ekologiya Mühəndisliyi ixtisası üzrə bakalavr təhsili, 2018-2020-ci illərdə ADNSU-nin kimya sahəsində ətraf mühitin mühafizəsi ixtisası üzrə magistr təhsili almışdır.2020-ci ildən "Azərloteriya ASC" şirkətində çalışır.Məhəmməd bəy Elmira xanımla evlidir. Murad adlı bir oğulları var. P.S.:Süleymanov Məhəmməd Səfərli kəndinin sayılan, seçilən, uca boylu, mərifətli gənclərdən biridir. O, Moskva və Bakı şəhərində böyüyüb təhsil almasına baxmayaraq doğma kəndinə bağlı olan vətənpərvər bir şəxsdir. Onun sevimli peşəsindən əlavə bir hobbisi də var. Məhəmməd kəndimizin ilk kameramanıdır.Rayon üzrə bir çox fenomen fotoların müəllifidir. Eyni zamanda, başqa kəndlər də daxil olmaqla, doğma kəndi Səfərlinin təbii sərvətlərini, füsunkar təbiətini, gözəl mənzərələrini çəkib sosial şəbəkələrdə işıqlandıran ilk insanlardan biri və birincisidir. M.Süleymanovun fenomen fotolarından birini "Borçalı" nəşriyyatının davamlı olaraq nəşr etdirdiyi 7 cildlik “Başkeçid və Başkeçidlilər” adlı ensiklopedik məlumat kitabının üz qabığını bəzəyir. Bu mənzərəni bütün oxucular alqışladı. Çünki bu foto həqiqətən Başkeçidin sözsüz danışan, məna dolu mənzərəsidir.Afərin sənə Məhəmməd, Başkeçid təbiətinin bir anlıq bahar ecazkarlığını fotoaparat vasitəsi ilə tutub saxlamısan ki, bu fotonu görənlər özlərini cənnəti görmüş kimi hiss edirlər.Hamılıqla sənə “Var ol, sağ ol, Məhəmməd!” – deyirik.Sevgül SƏFƏRLİ,“Borçalı” nəşriyyatınınBaş redaktor müaviniZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.