MURTUZ FƏRHADOĞLUna BAŞSAĞLIĞI Başkeçid, Nekroloqlar 2 января 2016 "Ziya" qəzetinin və "Zim.Az" saytının baş redaktoru Müşfiq Borçalı keçmiş tələbə yoldaşı və hazırkı həmkarı,istedadlı qələm sahibi, şair-jurnalist Murtuz Fərhadoğluna, atasıEl ağsaqqalı, tanınmış müəllim FƏRHAD MUSAYEVin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.Allah rəhmət eləsin!.. FƏRHAD BƏXTİYAR OĞLU MƏMMƏDOV(1945)Fərhad Bəxtiyar oğlu Məmmədov 1945-ci ildə qədim Borçalı mahalının Başkeçid rayonunundakı (indiki Gürcüstanın Dmanisi rayonu) Qizil-Kilsə kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən (1963-cü il) sonra bir neçə il Rustavi şəhərində "Rustavqaz" zavodunda fəklə, çilingər işləmişdir. 1968-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun "İbtidai təhsil metodikasi və pedoqogikasi" fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə Başkeçid rayonunun Qizil Hacili, Qəmərli, Qizil-Kilsə, Dunus kənd orta məktəblərində müəllim işləmişdir. F.Məmmədov idmanla da yaxindan məşğul olmuşdur. Voleybol üzrə idman ustası idi. Dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur.Ömrünün 37 ilini şagirlərinə həsr edən Fərhad müəllim 2005-ci ildə səhhəti ilə əlaqədar sevdiyi sənətindən və doğma kəndindən uzaqlaşmağa məcbur olmuş, Bakı şəhərinə köçmüşdür. 3 övladı var.Fərhad Bəxtiyar oğlu Məmmədov 2016-cı il yanvarın 2-də vəfat etmiş və Bakıdakı “Binə” kənd qəbristanlığında dəfn olunmuşdur. Allah rəhmət eləsin!..(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid". I cild, Bakı, 2016, səh. 315)Fərhad Musayev və Murtuz Fərhadoğlu.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.