Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib Başkeçid, Nekroloqlar 2 января 2023 ALLAH RƏHMƏT ELƏSİN...Gürcüstanın azərbaycanlılar yaşayan qədim Borçalı mahalındakı sazlı-sözlü Başkeçid elinin sayılıb-seçilən oğullarından olan dəyərli soydaşımız, tanınmış memar və xeyirxah iş adamı TEYMUR BƏKİR OĞLU QARALOV 2 Yanvar 2023-cü ildə doğma Başkeçid rayonunda dünyasını dəyişmişdir. O, 1954-cü ildə qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüstanın Dmanisi rayonundakı Ormeşən kəndində, Borçalıda tanınmış ziyalı, xeyirxah insan, daima xalqımızın hüquqlarını qorumuş Bəkir Səməd oğlu Qaralovun ailəsində anadan olmuşdur.Başkeçid (indiki Dmanisi) orta məktəbini bitirdikdən sonra, Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU-nun) Memarlıq Fakultəsini bitirmişdir.Uzun müddət Bakı şəhərində, öz ixtisası üzrə müxtəlif vəzifələrdə çalışmışdır. Sonralar dədə-baba yurdu Başkeçiddə sahibkar iş adamı kimi fəaliyyət göstərmişdir. İşlədiyi dövrdə xalqımıza-elimizə lazımı olan köməklikləri etmişdir. O, müdrik el ağsaqqalı olmaqla yanaşı, istiqanlı, vətənpərvər, xalqını-elini sevən, təmiz ürəkli, şirin dilli, gözəl insan idi. Bütün Borçalı əsilli soydaşlarımız adından Teymur Bəkir oğlu Qaralovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, bütün doğmalarına, xüsusilə də oğlu Bəkir Qaralova, qardaşları Zakir, Tahir və Hamlet Qaralovlara, eləcə də bütün qohumlarına və yaxınlarınadərin hüznlə başsağlığı veririk.Bildiririk ki, Teymur Bəkir oğlu Qaralovun əziz xatirəsi, onu tanıyan və sevən insanların qəlbində əbədi olaraq yaşayacaqdır. , Allah ona rəhmət eləsin.Ruhu şad, məkanı cənnət olsun. Amin.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.