Əşrəf müəllim, yubileyiniz mübarək!.. Başkeçid, Təbriklər 25 июля 2021 TƏBRİK EDİRİK!.. Ulu Borçalımızın qədim Başkeçid elindəki Ormeşən kəndinin say etibarıyla ən böyük nəsillərindən biri də Qocalı nəslidir. Mənim ata tərəfim Qaraloğulları ana tərəfim Qocalıdır. Dayımın dediyinə görə Qocalılar Ormeşən kəndinin ilk sakinlərindən olublar... Tarixi məntiqin diqtəsi ilə ara-sıra bu mövzuda dayımla aramızda xeyli şirin mübahisələrimiz də yaranıb. Ta atamın müdaxiləsinə qədər. Atam daha çox birləşdirici məqamları qabartmağın tərəfdarıdır. Deyir dayınla işin olmasın. Elə deyir qoy elə olsun... Atamın anası da Qocalı olduğu üçün atam da, əmim də Qocalıya dayısı evi kimi - çox doğma baxırlar. Elə mən də. Mənə bu gözəl nəslin öyünülə biləcək və heç bir ciddi mübahisə predmeti doğurmayacaq çox güclü tərəfləri məlumdur.Elə götürək ana babamı. Babam İbrahim kişi kəndin qızıl kitabına düşən manşır kişilərdən olub. Cənnətə düşməyin tələblərinə inansaq yeri cənnətdir bilirəm. Ruhu şad olsun. Onun həyat fəlsəfəsi gələcəyə və gəncliyə örnək baxımından öyrənilməlidir. Lələmin təhsilə, elmə münasibəti böyük bir söhbətin mövzusudur. Lələm torpağın dilini bilirdi. Lələmin öz kəndçilik fəlsəfəsi vardı. Kəndçi necə olmalıdır? Və o, öz gündəlik həyat tərzində örnək kəndçiliyin nümunəsini göstərirdi. Ağaca, ota, daşa, quşa,... heyrət doğuran müdrük insani münasibəti vardı. Bununçün insan gərək ki, dahi olaydı. Lələmlə gecə-gündüz işləsən də of deməzdin. Hər işin səmtini bilirdi. Ev heyvanlarına xüssusiylə də ata, itə münasibətdə olduqca həssas idi. Qoçaq adamı əzizi, təmbəl adamı gözünün düşməni bilərdi. Qapısında qışa hazırlıq otu, odunu olmayan adamların salamını belə almazdı. Onun nəsil təəssübü milli təəssübündən irəli gəlirdi. Türkiyə sevdalısıydı. Qarsdan söz düşəndə gözü yaşarardı. Əlini qarlı dağların üstünə tuşlayıb yaxşı atnan səhər çıxsan axşam Qarsdasan deyib özünə təskinlik verərdi. Nur içində yatsın. Lələm indi övladlarının işıqlı əməllərində yaşayır. Bu gün o tarixi kişinin yadigarı, ocağının od qoruyanı, nəslinin ağsaqqalı olan əziz dayım Əşrəf müəllimin 70 yaşı tamam olur. Mübarək olsun Əşrəf dayı!Cijim demiş:- Dağda görüşək, düzdə görüşək, gün o gün olsun yüzdə görüşək. Gəzdiyin yaylaq olsun, mindiyin daylaq olsun, yediyin quymaq olsun.Həmid ORMANLI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.