Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib Başkeçid, UNUTSAQ, UNUDULARIQ!.... 3 сентября 2020 ALLAH RƏHMƏT ELƏSİN!..Bu günlərdə Qədim Borçalı mahalında yaşayan dəyərli soydaşımız, elimizin-obamızın sevimlisi, vətənpərvərliyi, yurdsevərliyi və xeyirxahlığı ilə bütün hamının böyük hörmət, məhəbbətvə rəğbətini qazanmış, tanınmış mətbuat təəssübkeşi,çox hörmətli iş adamı, "Borçalı" nəşriyyatının,"Şərqin səsi" və "Elm və təhsil" qəzetlərinin, "ZiM.Az" və "Zirve.info" saytlarınınredaksiya heyətlərinin Fəxri üzvüvə Gürcüstan nümayəndəliyinin rəhbəri,"ZİRVƏ" Mükafatı laureatı,çox hörmətli Bəsti xanım Məmmədovayaağır itki üz vermişdir.Onun əziz qardaşı - tanınmış xeyriyyəçi Başkeçidli Səlahəddin Məmmədov 30 avqust 2020-ci ildə vaxtsız vəfat etmişdir.Salahəddin Qara oğlu Məmmədov - 1964-cü ildə qədim Borçalı mahalının Başkeçid rayonunda, indiki Gürcüstanın Dmanisi rayonunda dünyaya göz açmışdır. 1971-ci ildə Başkeçiddəki rus orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1981-ci ildə 10-cu sinifi bitirib hərbi xidmətə yola düşmüşdür. 1983-cü ildə Hərbi xidmət borcunu o vaxtlar SSRİ-nin Almanyadakı hərbi hissələrindən birində başa vurub doğma vətənə qayıtmışdır.Azərbaycan Milli Aerokosmik Agentliyi və Rusiya Dövlət Ali Aviasiya məktəbi nəzdində Beynalxalq Tədbiqi Kosmonavtika İnstitutunda təhsilini davam etdirmişdir.Azərbaycan Dəmir Yollarında stansiya rəisi vəzifəsində çalışmışdır. 2004-cü ildə Bakı Beynalxalq Avtovağzalında aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuş və uzun müddət həmin vəzifədə işləmişdir.Səlahəddin Məmmədov eyni zamanda xeyriyyəçilik işləri ilə də məşğul olmuş, doğulub, boya-başa çatdığı Başkeçiddə (indiki Dmanisi rayonunda) abadlıq işləri aparmış, bir neçə bulağı bərpa etdirmişdir. Həmin bulaqlardan biri də şəhərin mərkəzində olan Şir bulağıdır. Səlahəddin Məmmədov doğma ata-baba yurdu Şindilər kəndində də yeni bir bulaq tikdirmişdir.Hələ neçə-neçə arzuları, planları var idi... Ömür vəfa etsəydi...Ailəli idi. 3 uşağı var... Biz də dəyərli həmkarımız, çox hörmətli Bəsti xanım Məmmədovaya, əziz qardaşı Səlahəddin Məmmədovun vaxtsız vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, doğmalarına, əzizlərinə və bütün yaxınlarına dərin hüznlə başsağlığı veririk.ALLAH RƏHMƏT ELƏSİN...RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN...Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.